525.Az

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış (davamı)


 

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış <b style="color:red">(davamı)</b>

İdris ABBASOV

Yəhudilər ibadətlərini "sinaqoq"larda (Bet ha Kneset) icra edirlər. Sinaqoq Qüdsdəki Məbədin dağıdılmasından sonra yəhudilərin ibadət üçün istifadə etdikləri tikililərə verilən addır. Onlara "havra" da deyilir. Sinaqoqlarda yəhudilərin dini milli simvollarından biri olan yeddi qollu şamdan (menora) vardır. Onların digər simvolu Kral Davidin möhürü kimi qəbul edilən iki üçbucaqdan düzəlmiş "Magen David" deyilən altı guşəli bir ulduzdur.

İbadət əsnasında ən önəmli an Tövrat rulolarının boğçalardan çıxarılması haham tərəfindən oxunmasıdır. Sinaqoqda yəhudilər səsli bir şəkildə Tövrat parçalarını oxuyurlar. Oxunan ilahilər ibrani dilindədir. Qadınlar ibadətə qatılmaz, yalnız başı örtülü şəkildə ibadətə tamaşa edərlər. Yəhudilər dinlərinə bağlılığı imanlarını Şəma İsrael Duası ilə açıqlayırlar: "Dinlə, İsrail, O, bizim Tanrımızdır, O təkdir; Onun üçün sev Onu, Sənin Tanrını, bütün qəlbinlə, bütün canınla, bütün gücünlə..." Çox uzun olan bu duanı yəhudilər beşikdən qəbrədək daim təkrar edərlər. Gündəlik ibadət səhər, günorta axşam yerinə yetirilir. Həftəlik ibadət şənbə günü sinaqoqda edilir. Sinaqoqda ibadət etmək yalnız yetkinlik çağına çatmış (on üç yaş) ən az on nəfərlə icra edilir. Başıaçıq sinaqoqa girmək oranın müqəddəsliyinə  Tanrıya hörmətsizlik kimi qəbul edilir.

Yəhudilikdə uşaq səkkizinci gün sünnət edilir. Sünnətə uyğun ayinlər icra olunur. Sünnət olunan uşağı tutan kəsə kirvə mənasına gələn "sandek" deyilir. Uşaq sünnət edilərkən ailəsi beşiyin başına toplaşır, beşiyə bir Tövrat rulonu, mürəkkəb qələm qoyulur uşağın bir Tövrat xəttatı olması diləyi göstərilir. Tövratı öyrənməsi qoruması üçün dua edilir. Yəhudilər uşaqlarına məktəbə başlamazdan əvvəl bir səhər, bir axşam dualarını öyrədirlər. 6-7 yaşında uşağa dini təhsil verilir. 12 yaşından etibarən uşaq sinaqoqa getməyə, oruc tutmağa digər ibadətləri yerinə yetirməyə başlayır. Yəhudilikdə evlənmə dini bir hökmdür. Başqa din mənsubları ilə evlənməyə icazə verilmir. Belə bir evlənmə olarsa doğulacaq uşağın yəhudi dini qaydaları əsasında tərbiyə edilməsi şərt qoyulur. Yəhudilikdə dini bayramlar olduqca çoxdur. Bunların ən önəmlisi

aşağıdakılardan ibarətdir: 1. Roş ha Şana: Yəhudi təqvimində ilbaşıdır. İslamda olduğu kimi yəhudilikdə dini təqvim Günəşə deyil, Aya görə müəyyən edilir. Roş ha Şana tişri (sentyabr-oktyabr) ayının birində başlayıb iki gün davam edər. Yəhudi inancına görə Roş ha Şana kainatın insanın qədərinin yenidən yaradılmasını ifadə edir. Yəhudilər bu iki günü ibadət tövbə ilə dəyərləndirməyə çalışar. 2. Yom Kippur: Roş ha Şananın ilk günündən etibarən davam edən on günlük tövbə zamanının sonundakı kəffarə (günahları örtmə) günüdür. Həmin gün oruc tutulur, axşama qədər ibadət edilir. 3. Pesah (Fısıh): Misirdən çıxışı xatırladan, aprel ayının on beşində başlayan səkkiz gün davam edən dini "hac" bayramıdır. Bu bayram müddəti maya vurulmuş heç yeyilmir. 4. Şavuot: Həftələr bayramı, yaxud On Əmrin verilməsi bayramıdır. İki gündür. 5. Sukkot: Çadırlar bayramıdır. Yəhudilərin Misirdən çıxdıqdan sonra çöldə çadırlarda qalmalarını xatırladır. Yeddi gündür. 6. Simha Tora: Tövratın xətm bayramıdır. Hər il bir dəfə Tövrat oxunub başa çıxılır sonunda bayram edilir.  (Yəhudilərdə hər kəsin bir Tövratı vardır. Tövrata sayğı hər şeydən əvvəldir. Tövrat yerə düşərsə, orada olanların otuz gün oruc tutması vacib olur). Dini əyləncəli bir bayramdır. 7. Purim: Şəkər bayramıdır. Buraya qədər sadalananlar yəhudilərin dini bayramları ikən Purim Xanuka milli bayramlardır. Purim Qüdsdə bir, digər yerlərdə iki gün davam edər. Bu bayram yəhudilərin İranda Əstər adlı yəhudi qızının sayəsində kütləvi qırğından qurtarmalarını xatırladır. 8. Xanuka: Qəndil bayramıdır. İbrani dilində "açılış, qeyd etmə" anlamına gəlir. Suriya kralı Antiyokusa qarşı yəhudilərin qələbəsini xatırladır. Səkkiz gün davam edir.

XRİSTİANLIQ 

Bu gün dünya əhalisinin 2 milyarda yaxınının mənsub olduğu xristianlıq katolik, ortodoks protestant kilsələrindən təşəkkül tapmış üç böyük məzhəb bir çox kiçik məzhəb, yaxud təriqətdən meydana gələn müxtəlif qruplara ayrılımış vəziyyətdədir. Doktrinal qaynaqlarına nəzər yetirdikdə aydın olur ki, xristianlıq, hər şeydən əvvəl, İsa Məsih anlayışı üzərində qurulmuş bir inanc sistemidir. Başlıca fikri "Əhdi-Cədid" ifadə olunan bu inanca görə, İsa Məsih həm tanrının oğlu, həm insanlığın xilaskarıdır. Tanrı bəşəriyyəti günahdan qurtarmaq üçün "yeganə" oğlunu yer üzünə göndərmişdir. İsa Məsih insanlığı xilas etmənin simvolu kimi əvvəlcə çarmıxa çəkilmiş, sonra isə dirilərək Atanın yanındakı yerini tutmuşdur. Xristian inancının mərkəzində dayanan bu doktrina xristian teologiyası daxilində işlənərək müxtəlif görüşlərin ortaya çıxmasına səbəb olmuşdur. Bununla yanaşı Hz.İsa onun gətirdiyi mesaja inanma bütün xristianları bir-birinə bağlayan ortaq bağdır. İslam ədəbiyyatında xristianlara "nasrani" (cəmdə "nasara"), "məsihi" (cəmdə "məsihiyyun") isəvi, xristianlığa isə "nasraniyyə" "məsihiyyə" deyilmişdir. Qurani-Kərimdə xristianları ifadə edən on dörd yerdə keçən "nasara" kəlməsinin mənşəyi mənaları haqqında müxtəlif şərhlər vardır. Kəlmənin Hz.İsanın yardım istəyinə həvarilərin müsbət cavab vermələrinə görə  "kömək etmək" anlamındakı "nasr" kökündən törədiyi, yaxud Hz.İsanın məmləkəti olan Nasıra (Nazareth) şəhərinə nisbət edildiyi bildirilir. İncildə xristian (christianos) adı Rəsulların İşləri Petrusun Birinci Məktubunda olmaqla yalnız üç yerdə keçir. Korintoslulara İkinci Məktubda isə qapalı bir istinad vardır. Əhdi-Cədiddə kəlmə yunanca  "Xristos tərəfdarı" mənasında "Christianos" şəklində keçmişdir. Christos ibrani dilində "müqəddəs, yağ sürtülmüş, yağlanmış" anlamına gələn "Maşiah" sözünün yunanca tərcüməsi olub latın dilinə "Christus", qərb dillərinə "Christ" olaraq keçmişdir. "Christianos" kəlməsi yunanca "christos" latınca "ianos" kökündən düzəlmişdir. Romalılar gentilələr (yəhudi olmayan millətlər) yunan dilində "yaxşılıq, doğruluq, comərdlik" anlamına gələn "chrestos"la "christos"u qarışdırmış, yaxud bir-birinin yerinə işlətmişdirlər. Çünki ellinistik yunancada "e" "i" "ee" şəklində tələffüz edilir tez-tez qarışdırılırdı. "Xristian" kəlməsinin "Məsih tərəfdarları" anlamında I əsrin sonuna doğru işlədilməyə başlandığını söyləmək mümkündür. Hz.İsa dövründə isə bu yeni din mənsublarının özləri üçün işlətdikləri kəlmələr bu şəkildə sadalana bilər: 1. "Şagirdlər" (yunanca "mathates", ibranicə "talmid", latınca "discipulus"). Talmid "hər hansı bir lider, yaxud hərəkata bağlı olan kəslər"mənasında da işlədilir. 2. "Qardaşlar" (yun. Adelfoi, ibranicə ahut). Fərd olaraq "xristian qardaş"ı ifadə edir . 3."Əzizlər", yaxud "Müqəddəslər" (yunanca "hagios, ieros, semnos", ibranicə "qds"). Bu termin eyni ilə yəhudilikdən alınmışdır. İnsanların Tanrı ilə əhd-peymanını ifadə edir. Pavlus gentilə (yəhudi olmayan) mənşəli mühtədiləri (doğru yolda olanları) belə adlandırır. Müqəddəslər ibarəsi Qüds camaatına ünvanlanmış kimi görünür. 4. "İnananlar" (yun. pistis, ibr. əmun). Dini inanc, yaxud əxlaqi fəzilətə sahib olanları ifadə edir. 5. "Seçilmişlər" (yun. eklektoi, ibr. bhr). Nadir hallarda işlənərək apokaliptik (vəhy, peyğəmbərlik) mahiyyət kəsb edir. 6. "Çağırılmışlar" (yun. kaletoi, ibr. kara). Bu söz qrup üzvlərinin adlandırılmasında işlədilmişdir. 7. "Kilsə" (yun.eqqlesia, ibr. kahal). Bu termin birinci əsrdən sonra genişlik qazanaraq bütöv bir qrupu ifadə edir. 8. "Fəqirlər" (yun.patokoi, ibr. eviyon). Yəhudi mənşəli ilk xristianlara verilən addır. 9. "Dost" (yun. fidoi, ibr. rea, axav). 10. "Nasıralılar". Tək halda Yeni Əhddə bir neçə yerdə xatırlanan bu söz cəm halda yalnız bir yerdə xristianları ifadə etməkdədir. 11. "Cəliləlilər". Yəhudi olmayanlar tərəfindən işlədilir. Xristianların Cəlilədən gələn həvarilər olduğu söylənilir.

Xristianlığın meydana gəldiyi Fələstin miladdan öncə I əsrdən etibarən sürətli şəkildə ellin mədəniyyətini qəbul etməyə başlamışdır. Amma bu ellinləşməyi sadəcə bir yunanlaşma kimi başa düşmək olmaz. Çünki ellin mədəniyyəti Anadoludan Hindistana qədər uzanan geniş coğrafiyanın bir sintezidir. Bu dövrdə yəhudilik istər ibadət forması, istərsə inanc müxtəlifliyi cəhətdən ellin sinkretizminin gətirdiyi bütün təsirləri əks etdirir. İsadan öncəki I əsr yəhudiliyi bu təsirləri geniş bir məzhəblər prizmasında əks etdirmişdir. Xristianlıqdan öncəki İsrail oğullarının mənsub olduqları bu məzhəblər yəhudilik üçün olduğu qədər həmin məzhəblər arasından meydana gələn inkişaf edən xristianlıq üçün önəmlidir. Bu məzhəblər aşağıdakılardır: fərisilik; saduqilik; zealot; herodçular. Sözügedən bu məzhəblər haqqında əvvəldə məlumat verilmişdir. Bunlardan herodçular Roma idarəçiliyini dəstəkləyən Herodun krallığını müdafiə edən bürokratik qruplardır. Dini olmaqdan daha çox siyasi bir hərəkatı təmsil edən herodçular yəhudiliklə ellin mədəniyyətini qovuşdurmağı özlərinə hədəf etmişdirlər. Bütün təsirlərə baxmayaraq ilk xristianlıq Hz.İsanı əsas tutaraq bu məzhəblərin xaricində bir inanc sistemi formalaşdırmışdır.

Xristianlığın meydana gəldiyi coğrafiyada yəhudilikdən başqa bir-biri ilə əlaqəli dörd mədəniyyət modeli mövcud idi: Yunan, Roma, Ellin Paqan (politeist = çox tanrılı). Bu mədəniyyətlər xristianlığın yayıldığı coğrafiyada yaşayırdı. Bölgədə bir mədəniyyət qurmuş yunan mədəniyyətinin təməl hakimiyyəti fəlsəfə sahəsində özünü göstərirdi. Miladdan öncə I əsrdən etibarən Yeni Əflatunçu fəlsəfənin çatısı altında birləşmiş aristotelçi, stoaçı, epikürçü skeptik (obyektiv varlığın insan tərəfindən dərk edilə bilməsini inkar edən idealist fəlsəfi cərəyan) düşüncələr bütün yunan həyatını təsiri altında saxlayırdı. Bəzi xristian təlimlərinin dürüst ifadə edilməsində bu fəlsəfələrin böyük təsiri olmuşdur. Eyni dönəmdə bölgəni siyasi cəhətdən hakimiyyəti altında saxlayan Roma İmperatorluğunun dini fəlsəfi baxımdan bu coğrafiya üzərində təsirli rol oynadığı söylənə bilməz. Ənənəvi Roma dini ümumiyə aid bir kult mahiyyətində idi şəxsi keyfiyyətlərdən məhrum idi. Roma idarə başçıları imperatoru tanrılaşdıran ümumbəşəri bir din qurmaq istəsələr , buna nail ola bilməmişdirlər, amma digər dinlərə qarşı daim tolerantlıq nümayiş etdirmişdirlər. Yunan, Roma, Paqan Şərq kultlarının sintezindən əmələ gələn Ellin mədəniyyətinin ən açıq izi sənətdə dini sahədə müşahidə olunur. Ellinizm dini Attis, Qibələ, Mithra kimi Şərq Orta Şərq qaynaqlı ilahlar ətrafında əmələ gəlmiş mistik bir quruluşa sahibdir. Bu dinlərin təməl inanclarından olan ölən yenidən dirilən tanrılar vasitəsilə qurtuluş təlimi xristianlıqdakı bəzi qavramlara təsir etmişdir. Attis Qibələ ilə bağlı inanclar başlıca olaraq böyük nisbətdə paqan qruplarına aiddir. Bununla yanaşı ellin mədəniyyətinin təsiri ilə paqan dini sistemləri qnostik bir xarakterə bürünmüşdür.

(Ardı var)

 





06.12.2013    çap et  çap et