525.Az

Koronavirusa görə vahid elektron baza yaradılır


 

Koronavirusa görə vahid elektron baza yaradılır<b style="color:red"></b>

Koronavirus pandemiyası səbəbindən yaranmış şəraitdə aidiyyəti dövlət qurumları və dövlət müəssisələri tərəfindən tələb olunan həcmdə məlumatların müvafiq elektron bazaya daxil edilməsi və bu elektron bazaya aidiyyəti qurumların çıxışının təmin olunması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən elektron portalın yaradılması işləri davam etdirilir.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, artıq 24 dövlət qurumu üzrə məlumatlar elektron bazaya daxil edilib.

Elektron baza iqtisadi siyasət sahəsində təxirəsalınmaz qərarların vaxtında və çevik qəbul edilməsi üçün iqtisadiyyatda baş verən proseslərin operativ izlənilməsi və bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin mütəmadi məlumatlandırılması imkanı yaradır.

 





13.04.2020    çap et  çap et