525.Az

Siqaret çəkən insanların koronavirusa yoluxma ehtimalı araşdırıldı


 

Siqaret çəkən insanların koronavirusa yoluxma ehtimalı araşdırıldı<b style="color:red"></b>

Alimlər siqaret çəkən insanların koronavirusa yoluxma ehtimalını araşdırıblar.

“Report” xəbər verir ki, bu barədə məqalə “European Respiratory Journal”da yer alıb.

Əsasən simptomsuz keçən koronavirus infeksiyasının səhhəti ağırlaşdırma faktorlarını tədqiq edən araşdırmaçılar, xüsusilə ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) və siqaret çəkmənin təsirlərinə diqqət yetiriblər.

AXOX bronx, bronxiol və alveolların zədələnməsinə deyilir. Bu, infeksiyalara yol açır, bronxlar və alveollar öz funksiyalarını yerinə yetirməyi dayandırırlar: onlardan hava keçmir və qaz mübadiləsi prosesi pozulur. Çində koronavirusun alovlanması dövründə həkimlər AXOX-a malik pasiyentlərdə COVID-19-un ağır keçməsinə fikir veriblər.

Britaniya Kolumbiyası Universitetinin əməkdaşları AXOX-si olan ağciyərlərdə hüceyrələri koronavirus üçün əlçatan edən faktorların olduğunu güman edirlər.

Araşdırma nəticəsində məlum olub ki, siqaret çəkən və AXOX-si olan insanların koronavirusa yoluxma ehtimalını artıran onların hüceyrələrində olan ACE2 zülalının çox olmasıdır.

Maraqlıdır ki, siqareti tərgidən insanların ağciyərlərində də ACE2-nin miqdarı ümumiyyətlə siqaret çəkməyənlərdən çoxdur. Bununla belə, hazırda siqaret çəkən və tərgidənin hüceyrələrində zülalların miqdarı fərqlənir. 

 





15.04.2020    çap et  çap et