525.Az

Çin Suriyaya iki qutu yardım göndərdi


 

Çin Suriyaya iki qutu yardım göndərdi<b style="color:red"></b>

Çin koronavirus pandemiyası ilə əlaqədar Suriyaya sadəcə 2 kiçik qutu yardım göndərib.

“Report” xəbər verir ki, məlumatı Suriyanın SANA agentliyi yayıb.

Bildirilib ki, yardımı gətirən təyyarənin hava limanında qarşılanma mərasimi keçirilib. Tədbirdə Suriya xarici işlər nazirinin müavini Feysəl Məkdad və Çinin Suriyadakı səfiri Fen Biao iştirak ediblər.

Yardım təyyarədən endirilib, məlum olub ki, bu yalnız iki kiçik qutudan ibarətdir.

Rəsmilər həmin qutuların yanında foto çəkdiriblər.

İki qutu yardım üçün qarşılanma mərasiminin keçirilməsi və xarici işlər naziri müavininin mərasimdə iştirak etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

 





16.04.2020    çap et  çap et