525.Az

Koronavirusun insanlar və heyvanlar arasında yoluxma mexanizmi açıqlandı


 

Koronavirusun insanlar və heyvanlar arasında yoluxma mexanizmi açıqlandı<b style="color:red"></b>

Pişiklər koronavirusa yoluxa bilər, ancaq bundan insanlara zərər gəlməyəcək. İtlər isə virusa həssas olmasa belə təhlükəlidirlər. Çünki, virus onlardan insana ötürülə bilər.

“Report” xəbər verir ki, biologiya elmləri doktoru, Corc Mason Universitetinin (ABŞ) Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova “Lente.ru”ya verdiyi müsahibədə virusun ötürülməsi mexanizmlərini izah edib.

Onun sözlərinə görə, pişiklər insandan infeksiyaya yoluxa bilər, lakin virus başqa insana keçmir. Pişik yalnız virusu öz cinsindən olan heyvanlara yoluxdurur.

Professor, itlərin COVID-19-a yoluxamdığını bildirib. Belə ki, onların “ACE2” reseptorları bu virusa həssas deyillər, lakin itlər özləri ilə koronavirusu daşıya bilərlər. Belə ki, virus itin mədəsindən keçsə də ölmür və onun daxilində çoxalmır, sadəcə nəcislə ayrılır.

İnsan, ən sadə sanitariya normalarına əməl etmədiyi təqdirdə itdən infeksiyaya yoluxa bilər. Digər tərəfdən, heyvanın zibil qutusuna atılan və xəstənin istifadə etdiyi salfetə toxunduqdan sonra sizi yalamasına imkanı verməyin. Eyni zamanda küçədə digər insanların ev heyvanları ilə oynamaq da tövsiyə edilmir.

 





17.04.2020    çap et  çap et