525.Az

Milli Kitabxana “Azərbaycanın tarixi abidələri” adlı virtual sərgini təqdim etdi


 

Milli Kitabxana “Azərbaycanın tarixi abidələri” adlı virtual sərgini təqdim etdi<b style="color:red"></b>

Tarixi Abidələrin Mühafizəsi Günü ilə əlaqədar bu gün Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycanın tarixi abidələri” adlı virtual sərgi onlayn rejimdə oxuculara təqdim edilib.

Virtual sərgidə (http://anl.az/el/vsb/ Azerbaycanin_tarixi_abideleri/index.html) Azərbaycanın tarixi abidələri təqdim olunur və hər bir tarixi abidə haqqında ətraflı məlumat verilir. Sərgidə həmçinin Milli Kitabxananın saytının http://anl.az/new/ “Elektron kataloq və elektron kitabxana” bölməsində yerləşdirilmiş mövzuya dair resursların linkləri də verilib.

Qeyd edək ki, Tarixi Abidələrin Mühafizəsi Günü ilə əlaqədar Milli Kitabxanada elektron məlumat bazasının təqdimatı da planlaşdırılıb.

 





17.04.2020    çap et  çap et