525.Az

İstanbulda Turan Yazqanı anma günü keçirilib- Foto


 

İstanbulda Turan Yazqanı anma günü keçirilib- <b style="color:red">Foto</b>

Millət vəkili Qənirə Paşayeva "inşallah bu cür anma tədbirlərini işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda da keçirək" deyib.

Türk Dünyası Araşdırmaları Vəqfi tərəfindən İstanbul Üniversitetində düzənlənən Turan Yazqanı anma proqramına Azərbaycandan da nümayəndə heyəti iştirak edib. Açılışda çıxış edən Azərbaycan Milli Məclisinin üzvü dr. Qənirə Paşayeva Turan Yazqanın təntənəli anım törənin keçirilməsinin bir vəfa borcu olduğunu, onun qurmuş olduğu orta və ali məktəblərdə  Türk Dünyasının keçmişini öyrənən, bu gününə biganə qalmayan, gələcəyini quran gəncliyin yetişdiyini vurğulayaraq, professor Turan Yazqanın məhz təhsilə önəm verməsinin onun davamçıları üçün bir istiqamətverici yol olduğunu qeyd edib. Azərbaycanda, digər türksoylu dövlət və topluluqlarda Turan Yazqan adının  hələ sağlığın¬daykən əfsanələşdiyini deyən Q.Paşayeva, törəndə səslənən fikirlərin, nümayiş olunan sənədli filimin və “Prof. Dr. Turan Yazqan" kitabının yazılmasını alqışladığını bildirdi. O, özəlliklə Turan Yazqan adına ödülün Türk Dünyası üçün çalışanlara bir töhfə, motivasiya qaynağı olacağına inandığını dedi: "Böyük aydınımız Turan Yazqanı ən çox narahat edən, üzən məsələlərdən biri Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20%-nin  işğal altında saxlaması məsələsi  idi. Çünki o özünü bir millət, iki dövlətin vətəndaşı sayırdı və Azərbaycanın ağrı-acısı onun da ağrı-acısı idi. İnşallah birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda və digər işğal altında olan o gözəl güşələrimizdə Turan Yazqanın qurucusu olduğu Türk Dünyası Araşdırmaları Vəqfinin nümayəndəliyi açılar və bu cür tədbirlər orda keçirərik", - millət vəkili Qənirə Paşayeva çıxışının sonunda deyib.

Keçən il vəfat edən Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) qurucu başqanı Prof. Dr. Turan Yazqanın adına təsis edilmiş ödülün ilkinə Mustafa Cəmil Kırımoğlu layiq görülüb. Proqramda "Turan Yazqan Ödülü"nün ilki öz sahibinə - Kırım türklərinin Stalin və dönəmin Sovet idarəçiləri tərəfindan məruz qaldığı sürgünü sürəkli gündəmdə tutan, Ukrayna torpraqlarındakı ata yurduna dönmələri üçün hər cür hüquqi (və hüquqsuz!) ortamda mübarizə edən, Ukrayna Parlamentində Kırım türklərinin təmsilçiliyini layiqincə həyata keçirən verildi.

Kırım türklərinin əfsanəvi liderinə ödülü millət vəkili Qənirə Paşayeva təqdim edib. Mükafatı təqdim edən zaman millət vəkili Qənirə Paşayeva bu mükafata Mustafa Cəmil Kırımoğlunun böyük mənəvi haqqı olduğunu deyib və onun Krım türkləri üçün misilsiz xidmətlərinin Türk dünyasının hər yerində yüksək səviyyədə xatırlandığını deyib və onu azərbaycanlılar adından da təbrik edib. Mükafatı alan Mustafa Cəmil Kırımoğlu çıxış edərək mükafat üçün Türk Dünyası Araşdırmaları Vəqfinə təşəkkür edib, Turan Yazqanla xatirələrindən danışıb və Türk dünyasının bu günü və gələcəyi ilə bağlı fikirlərini bölüşüb. O, hər kəsi Türk dünyasının birliyi və güclənməsi üçün daha da çox çalışmağa çağırıb.

 

 





10.12.2013    çap et  çap et