525.Az

Media və QHT təmsilçilərindən Prezidentə müraciət


 

Media və QHT təmsilçilərindən Prezidentə müraciət <b style="color:red"></b>

Bu gün Azərbaycan Mətbuat Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası koronaviris (COVID-19) pandemiyası ilə mübarizədə QHT-Media əməkdaşlığının gücləndirilməsinə həsr olunnuş onlayn konfrans keçirib.

525.az xəbər verir ki, konfrans iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ediblər.

Müraciətdə bildirilir:

Möhtərəm cənab Prezident!

Bu gün biz bəşəriyyətin bənzəri olmayan ən böyük böhran və sınaqla üzləşdiyi çətin dönəmdə, dünyada Koronavirus (COVİD-19) pandemiyasının tüğyan etdiyi bir vaxtda   QHT sektorunun təmsilçiləri və media nümayəndələri olaraq vicdanımızın səsi və böyük vətəndaş məsuliyyəti hissi ilə Sizə müraciət edirik. 

İntensiv mübarizə aparılmasına baxmayaraq, dünyanın bir sıra yerlərində, o cümlədən inkişaf etmiş Avropa ölkələrində hər gün yüzlərlə insan bu dəhşətli xəstəliyin qurbanına çevrilir. Lakin Koronavirus (COVİD-19) infeksiyanın qlobal təhlükəyə çevrilməyə başladığı ilk vaxtdan etibarən Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qəbul etdiyi tarixi qərarlar pandemiyanın ölkəmizdə geniş yayılaraq kütləvi insan ölümünə səbəb olmasının qarşısını aldı. Belə ki, Sizin qətiyyətli, çevik və yüksək idarəetmə bacarığınız sayəsində dövlət təşkilatlarının, özəl və ictimai qurumların fəaliyyəti tamamilə pandemiya dövrünün tələblərinə uyğunlaşdırılıb.

Ölkəmizdə mərhələli şəkildə, effektiv mexanizmlərlə tətbiq edilmiş karantin rejimi infeksiyaya yoluxanların sayını minimuma endirib.

Koronavirusa qarşı mübarizədə cəmiyyətin bütün təbəqələrinin qısa müddət ərzində səfərbər olunması, ümumilli həmrəyliyin daha da gücləndirilməsi dövlətimizin sağlam siyasi və mənəvi dayaqlar üzərində bərqərar olduğunu, xalq-hakimiyyət birliyinin sarsılmazlığını göstərir.

Hörmətli Cənab Prezident!

Ölkəmizin aparıcı ictimai institutlarından olan qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri də COVİD-19 pandemiyası ilə bağlı həyata keçirdiyiniz siyasətə birmənalı dəstək verir. Millətimizin və dövlətimizin təhlükəsizliyi naminə Sizin apardığınız mücadilədə QHT-lərin və medianın vahid platformada çıxış etməsi günümüzün əsas tələbidir. Hər iki sektorun nümayəndələrinin, ümumiyyətlə cəmiyyətimizin, ictimai-siyasi şəxslərin, ziyalıların, elm adamlarının gəldiyi yekdil bir nəticə var: bəşəriyyətin hazırlıqsız yaxalandığı pandemiya ilə effektiv mübarizədə Azərbaycan öz standartını yaradaraq dünyaya bunu təqdim etməyi bacardı. Dünyanın bir çox inkişaf etmiş ölkə liderlərinin pandemiyanın qarşısını vaxtında ala, kifayət qədər cəsarət və liderlik bacarığı nümayiş etdirə bilməməsi nəticəsində həmin ölkələrdə yaşanan faciəvi durumu və kütləvi insan ölümünün  hər gün şahidi olururq.

Azərbaycan isə Sizin liderliyiniz və fədakar əməyiniz nəticəsində infeksiyanın yayılmasını tam nəzarətdə saxlayır, vətəndaşların sağlamlığı, iqtisadi və sosial təminatı üçün dünyaya nümunə olacaq tədbirlər görür. addımlar atır,  mücadilə aparır. Məhz bunun nəticəsidir ki, artıq onlarla ölkə Azərbaycan təcrübəsindən yararlanmaq üçün bizə müraciət edir və onu tətbiq edirlər.

Möhtərəm cənab Prezident!

Azərbaycanda vətəndaş cəmiyyətinin əsas institutları olan  QHT və media təmsilçiləri olaraq ölkəmiz üçün  belə həssas və çətin məqamda öz məsuliyyətimizi yaxından dərk edir, bütün mənalarda dövlətimizin və xalqımızın yanında olmağa, milli maraqlarımız naminə qəbul etdiyniz bütün qərarları dəstəkləməyə, ümümmilli həmrəyliyə öz əməlimizlə töhvə verməyə çalışırıq.

Biz bunu ilk nöbvədə vətənimizin müdafiəsi, insanlarımızın sağlamlığının və təhlükəsizliyinin qorunması üçün edir və bunu bir vətəndaş borcu hesab edirik.

Təəssüflə onu da bildirməliyik ki, ölkəmizdə qlobal pandemiya təhlükəsinə qarşı aparılan mübarizəyə mane olan, dövlətin və millətin mənafelərinin əleyhinə fəaliyyət göstərən, cəmiyyətdən dışlanmış təxribatçı, marginal siyasi qruplar da var. Əli Kərimlinin başçılıq etdiyi Milli Şura adlı həmin marginal qrup xaricdəki havadarlarının yardımı ilə ölkəmizdə təxribatlar törətməyə, vətəndaşları çaşdırmağa və dövlətimizin beynəlxalq imicini ləkələməyə çalışır.

Sizin 14 aprel müşavirəsində vurğuladığınız kimi,  “bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır” Bəli, Sizin də bildirdiyiniz kimi, “əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən!”.

Bu adamlar anlamırlar ki, xarici havadarların sifarişi ilə ölkəmizə qarşı aparılan informasiya və hibrid müharibəsinin sonu çatıb, indi milli həmrəyliyimiz milli təhülükəsizliyimizdir deyə düşünən böyük və güclü cəmiyyət formalaşıb.

Artıq əvvəlki kimi sosial media vasitəsilə xalqa yalan informasiya vermək, onu çaşdırmaq, dövləti ləkələmək dövrü keçib. Koronavirus pandemiyası bütün təhlükəli tərəfləri ilə yanaşı, tarixdə bir müsbət tərəfi ilə də yadda qalacaq.  Bu da   xəstə təfəkkürlü, yalançı və millətə düşmən olan siyasi işbazların maskasınını yırtılması və onların əsl simasının tam olaraq üzə çıxmasıdır. Ümid edirik ki, koranavirisun gətirdiyi yeni reallıqlar sırasında bu cür düşüncə sahiblərinə yer olmayacaq və milli maraqlarımızı hər şeydən üstün tutan siyasi münasibətlər sistemi güclü bir şəkildə bərqərar olacaqdır.

Möhtərəm cənab Prezident!

İctimai sektorun və mətbuatın təmsilçiləri olaraq Zati-alinizin rəhbərliyi ilə koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması üçün atdığınız uzaqgörən addımların nəticəsində xalqımızın bu bəşəri bəladan tezliklə xilas olacağına  sarsılmaz inamımızı ifadə edirik.

Sizin rəhbərliyinizlə dövlətimizin daha da qüdrətlənməsi, ölkəmizin çiçəklənməsi və inkişafı üçün bundan sonra da var gücümüzlə çalışacağımızı əminliklə bəyan etməkdən qürur duyuruq.

Uca Tanrı Azərbaycanımızı qorusun!"

 





18.04.2020    çap et  çap et