525.Az

AFFA yarışların təxirəsalınma müddətini uzatdı


 

AFFA yarışların təxirəsalınma müddətini uzatdı<b style="color:red"></b>

Koronavirus pandemiyası səbəbindən təxirə salınan AFFA-nın təşkilatçılığı ilə keçirilən liqaların bərpa müddəti artırılıb.

Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, aşağı yaş qrupu üzrə çempionatlar mayın 4-dək uzadılıb.

U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarının, "Coca-Cola Məktəbli kuboku"nun, həmçinin Region Liqası turnirinin oyunları həmin təxirə qədər keçirilməyəcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası və I divizion da dayandırılıb.v

 





19.04.2020    çap et  çap et