525.Az

Serbiyalı həkimlər koronavirus xəstələrinə qarnıüstə yatmağı məsləhət görürlər


 

Serbiyalı həkimlər koronavirus xəstələrinə qarnıüstə yatmağı məsləhət görürlər<b style="color:red"></b>

İnsanlarda boğulma yaradan koronavirus zamanı xəstələrin daha yaxşı nəfəs ala bilmələri üçün yatmaq pozası aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, serbiyalı həkimlər koronavirus və ya hər hansı səbəbdən boğulma yaşayan xəstələrə Prone pozasında yəni, qarnıüstə yatmağı tövsiyə edirlər. Həkimlər bildiriblər ki, belə yatmaq və ya uzanmaq hətta süni nəfəs aparatını əvəz edə bilər. Bu cür yatanda oksigenin ağciyərlərə daxil olması asanlaşır. Serbiyada həkimlər artıq nəfəs problemi yaşayan bütün xəstələrə bunu tətbiq edirlər.

Prone pozası Avropada nəfəs alma problemi yaşayan hər bir xəstəyə tətbiq olunur. Serbiyalı həkimlər xəstənin qarnı üzərində yatma müddətinin məhdud olmadığını da deyiblər. Xəstə özünü rahat hiss etdiyi müddət ərzində belə yatmaqda davam edə bilər. Hazırda bu metodu COVID-19 müalicəsində də geniş istifadə edirlər.

 





19.04.2020    çap et  çap et