525.Az

Əcnəbi QHT-lərdən yeni tələb


 

Əcnəbi QHT-lərdən yeni tələb<b style="color:red"></b>

Azərbaycanda qeyri-hökumət təşkilatı yaratmaq istəyən əcnəbilərə şərt tətbiq olunacaq.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 7.5-ci maddəsinə edilən əlavəyə əsasən, əcnəbilər ölkədə təşkilat yaradarkən mütləq özlərinə müavin olaraq Azərbaycan vətəndaşı götürməli olacaqlar.
 
Əlavədə deyilir ki, əcnəbi və ya vətəndaşlığı olmayan, habelə xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş qeyri-hökumət təşkilatlarının, eləcə də xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Xarici dövlətin qeyri-hökumət təşkilatının filialının və nümayəndəliyinin rəhbərinin təyin edilməsi barədə sənəddə onun səlahiyyət müddəti göstərilməlidir.
 
Layihə dekabrın 17-də keçiriləcək Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

 





10.12.2013    çap et  çap et