525.Az

Şəkərli diabet xəstələrinin sayı artıb


 

Şəkərli diabet xəstələrinin sayı artıb<b style="color:red"></b> “Bütün dünyada olduğu kimi Azərbaycanda da düzgün qidalanmama, qeyri-sağlam həyat tərzi artıq çəkinin artmasına gətirib çıxarır ki, bu da bilavasitə şəkərli diabetin yaranmasına təkan verir”. Bunu Lent.az-ın sualına cavabında Respublika Endokrinoloji Mərkəzinin direktoru Rauf Cabbarov bildirib.
 
 Direktorun sözlərinə görə, buna görə də ölkədə şəkərli diabet xəstəliyində artım müşahidə olunur: Bundan əlavə illərlə qeydiyyata düşməyən diabet xəstələri də maariflənərək qeydiyyata düşür: “Ölkəmizdə ən çox yayılan şəkərli diabet və qalxanvari vəzin xəstəlikləridir”.
 
“Azərbaycanda diabet xəstəliyi əsasən hansı bölgələrdə geniş yayılır” sualına cavabında isə R. Cabbarov bildirib ki, bu xəstəliyin hansı bölgədə daha çox yayılması haqqında fikir yoxdur: “Çünki əhalisi çox olan bölgələrdə şəkərli diabet xəstəsi çox, az olan ərazidə isə az qeydiyyatdadır. Ən əsası odur ki, bu xəstəlik bütün bölgələrdə yayılıb”.
 





10.12.2013    çap et  çap et