525.Az

Sizə güvənərək sabaha inamla baxırıq! - Telli Pənahqızının yazısı


 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ MİNNƏTDARLIQ MÜRACİƏTİ

Sizə güvənərək sabaha inamla baxırıq! - <b style="color:red">Telli Pənahqızının yazısı</b>

"Dözümə əsaslanan səbr tukənər, ümidə əsaslansa, tükənməz" - bu, Aristoteldən sonra dünyada "ikinci müəllim" adlandırılan alim və mütəfəkkir Əbunəsr Farabinin sözləridir. Möhtərəm Prezidentimiz, mən Sizə muraciətimi məhz bu qiymətli elm və bilim adamının məşhur fikri ilə başlamaq istədim.

Bəli, insanları yaşadan da, onları gözəl əməlləri, boyuk ideyaları gerçəkləşdirməyə ruhlandıran, qurub-yaratmağa sövq edən də bu ümid, bu inamdir! Bu ümid və inamımızı biz - Azərbaycan vətəndaşları Sizdən alırıq! Sizin səbrinizə, cəsarətinizə, bütün hədəflərə inamla və sərrast yönəlməyinizə, həyata keçirməyə müvəffəq olduğunuz ideyalara güvənərək sabaha inamla baxırıq! Biz millət olaraq əminik ki, bizi bütün qəfil bəlalardan qoruyan, rifamizin qayğısına qalan bir dövlət başçımız var!

Açıq etiraf edim ki, dünyanı cənginə alan bu fəlakətin ilk addım səsləri eşidiləndə bir çoxları kimi mən də müxtəlif mənbələrdən oxuduğum fikirləri saf-çürük edərək düşünürdüm ki, bəlkə bu doğrudan da “Yeni Dünya yaratmaq” marağında olanların həm əhalisinin sayına, həm də iqtisadi gücünə görə son illər dünyanın super dövlətinə çevrilmək iddiası ilə nəhəng addımlar atan böyük və qədim Çinə onun rəqiblərinin vermək istədiyi dərsin tərkib hissəsidir. Ancaq zaman keçdikcə, bu bəla uzaq Uhandan İrana, daha sonra İtaliyaya, İspaniyaya, oradan da bütün dünyaya sıçrayanda və yüzlərlə canı alıb sürətlə irəliləyəndə hər kəs  kimi mən də əmin oldum ki, bu virusdan heç bir ölkə rahatlıqla yaxa qurtara bilməyəcək. Bunu hadisələrin gedişi, insanların kütləvi şəkildə öldüyünü göstərən xəbərlər də sübut edəndən sonra daha çox təlaslandıq: Əcəba, bu bəla qarşında super güclü dövlətlər diz cökursə, mənim Simruq quşu timsallı məmləkətimin taleyi necə olacaq?

Dünyada  tüğyan edən xəstəliyin vahiməsindən sarsılan olkələrin itkisi də çoxaldıqca,  bu hegemon dövlətlərin rəhbərləri söz savaşı ilə çıxış yolu axtardıqca narahatlığımız birə min artdı.

Ancaq... bu xəstəliyə qonşu ölkələrdə yoluxanların ilk dəstələri vətənimizin sərhədlərini keçəndə Siz böyük uzaqgörənlik və  qətiyyətlə ilk addımlarınızı atdınız, xalqımızın həyatı uğrunda mübarizədə ən optimal və qısa yol seçdiniz. Təhsil ocaqları, iş yerləri müvəqqəti qapandı, Sizin "Evdə qalın!" çağırışınız daha sonra milyonlarla ürəkdə "Biz bir yerdə güclüyük!" nidası ilə qovuşub həyata keçdi! İnsanlar Sizə guvəndilər, inandılar, həkimlərimiz xəstəxanalarda, polislərimiz küçələrdə, əsgərlərimiz səngərlərdə, cörəkcilərimiz günəşi iş başında qarşıladılar. Ailələrin süfrəsinə nemət qoyanların yuxusu qaçaq düşdü,  ehtiyacı olanlara, kimsəsizlərə, tənhalara ərzaqla bərabər şəfqət, ümid aparanların fikri yollarda qaldı...

Möhtərəm Prezidentimiz! Bütün bunlar Sizin illərdən bəri cilalanmış mükəmməl siyasətiniz, tədbirli davranışlarınız sayəsində mümkün oldu. Mən inanmıram ki Avropada, Amerikada hansısa siyasi lider bu qədər cəsur, dəqiq və qətiyyətli addımlar ata bilsin! Təbii ki, bu sizin xalqa sevginizdən və xalqın sizə güvənindən qaynaqlanan bir addımdır.

Bu məsuliyyətli günlərdə millət də sizin səsinizə səs verdi, kiçiklərə qayğısı, ahıllara ehtiramı, bir-birinə mehribanlığı ilə bir olduğunu, birlik olduğunu isbat etdi. İnanıram ki, biz bu birliklə, bu yekdilliklə sizin də Ali Baş Komandan kimi arzusunda olduğunuz o böyük niyyətimizi də, inşallah, gerçəkləşdirəcəyik!
Dünyanın düzənini pozan bu bəlanın iqtisadiyyata vurduğu ziyanın nə qədər böyük olduğu məlumdur. Ancaq Siz hər çıxışınızda vurğulayırsınız ki, biz xalqın rifahı üçün nə lazımsa edəcək, hansı addım gərəkdirsə, atacağıq! Deyirsiniz və biz bu sözlərin gerçəkləşib əmələ çevrilməsini çox da gözləmirik.
Bu virus bəlasının yaratdığı bütün xofa, sarsıntya rəğmən Azərbaycan xalqı Sizin rəhbərliyinizlə gələcəyə ümid və inamla, nikbinliklə baxır, ölkənin gələcək qayğıları, planlaşdırılan layihələrin icrası da hər kəsi həyata qırılmaz tellərlə bağlıyır. Respublikamızda sabitlik hökm sürür, xüsusi əhəmiyyətli sahələrdə iş ritmi pozulmur,  yolların çəkilişi, əkin sahələrinin su ilə təchizatı, rayonların iqtisadi inkişafına yönəlmiş mükəmməl addımlar atılır...  Butun bunlarsa xalqını ürəkdən sevərək onun sonsuz sevgisini qazanan bir Liderin və onun dəyərli silahdaşı Mehriban xanım Əliyevanın hər bir ailənin, hər bir fərdin xeyir-duasını, alqışını qazanmaları ilə şərtlənir. Bütün bunlar dövlət və xalq, iqtidar və cəmiyyət arasındakı körpüləri daha dayanıqlı, sarsılmaz edir! Allah bu körpüləri daima qorusun! Gördüyünüz işlər, çəkdiyiniz zəhmət üçün bu gün hər kəs Sizə özünün, ailəsinin təşəkkür və minnətdarlığını ünvanlayır!

Həyat gözəldir və əminəm ki, bu gözəlliyi duyan, qiymətləndirən milyonlarla həmvətənimiz bahar ətirli günlərin necə dəyərli, necə möhtəşəm olduğunu, ümumiyyətlə insan ömrünün qiymətini bir daha dərk etdi. Odur ki, hər kəs özünü, doğmasını və əzizini qorumaq üçün "Evdə qal, sağlam qal!" çağrışına əməl etməyə çalışır!

Siz başda olmaqla, adını bilmədiyimiz, üzünü görmədiyimiz yüzlərlə qəhrəmanımızın - minlərlə həkim və tibb işçimizin, habelə polisimizin, əsgərimizin, sürücümüzün, sufrəmizi nemətlərlə təmin edənlərimizin zəhməti müqabilində ürəkdən minnətdarlığımızı bildiririk!

Bizi yaşadan böyük ümid və inamımız heç zaman tükənməsin!

 





21.04.2020    çap et  çap et