525.Az

Sağlam ailə cəmiyyətin və güclü dövlətin təməlidir


 

Sağlam ailə cəmiyyətin və güclü dövlətin təməlidir<b style="color:red"></b>

 "Onu ilk dəfə voleybol zalında "Azərreyl" komandasının heyətində məşq vaxtı gördüm. Mən həmin zala komandanın türkiyəli baş məşqçisi Adnan Kıstakı ziyarətə getmişdim. Gələcək həyat yoldaşımı görən kimi ilk baxışdan aşiq oldum". Bunu azərbaycanlı voleybolçu Natəvan Qasımova ilə ailə quran türkiyəli idman funksioneri Tunc Afşar söyləyir.

2 il öncə toyları olsa da, hələlik onların övladı dünyaya gəlməyib. Amma bu, cütlüyün münasibətlərinə heç bir mənfi təsir göstərməyib. Hətta həyat yoldaşının klubda millimizin heyətində müntəzəm təlim-məşq toplantılarında, səfərlərdə olması da qarşılıqlı sevgini sarsıtmayıb. Əksinə, onlar özlərini çox xoşbəxt hiss edirlər. Afşar deyir: "İdmançı ailəsi öz istəyinə görə yox, oynadığı komandanın təqviminə görə yaşayır. Biz elə yaşayırıq. Buna görə əziyyət çəkirik. Mənim vaxtım olanda onun vaxtı olmur. Yaxud tam əksinə. Amma mən daha azad işlədiyimdən, imkan olduqca öz təqvimimi ona görə uyğunlaşdırıram.  Pis günü görməmiş insan yaxşı günün qiymətini bilməz. Mən günlərin çox pisini görmüşəm, çox yaxşısını da. Biz, Allaha şükür, xoşbəxtik. Öncə sağlamlığımız yerində olsun, qalan məsələlərin hamısı hansısa formada yoluna qoyular".

 

Ailə sərhəd tanımır!”

 

Əlbəttə, sağlam ailə üçün ilk növbədə, can sağlığı gərəkdir. Adətən, bədən tərbiyəsi idmandan söz düşərkən, "Sağlam bədəndə sağlam ruh olar" məsəli çəkilir. Görünür, bu, əbəs yerə deyilməyib. Azərbaycanda bu sahəyə göstərilən dövlət qayğısı nəticəsində fiziki mənəvi cəhətdən sağlam nəsil yetişməkdədir. Eyni zamanda Milli Olimpiya Komitəsinə (MOK) rəhbərlik edən Azərbaycan Prezidenti İlham Əliyevin idmanın, bədən tərbiyəsinin inkişafına diqqəti danılmazdır. Öz sağlamlığına biganə qalmayan hər bir şəxs bu qayğıdan təkcə maddi baxımdan deyil, həm cəmiyyətdə layiqli yerini tutmaq üçün bəhrələnir. Dövlət başçısının da dediyi kimi: "Azərbaycan cəmiyyətində idmançılara çox böyük hörmət var. Onlar bu hörməti həm öz qələbələri, həm fəaliyyətləri ilə qazanıblar". 

İdmançı ailələrindəki sağlam mühit, sağlam ruh bir çox digər ailə üçün nümunə göstərilir. Bunu Afşar - Qasımova cütlüyünün timsalında da görmək olar. Biri Türkiyə, digəri Azərbaycan vətəndaşı olsa da, qarşılıqlı sevgi ailələrindəki sağlam mühit onları enişli-yoxuşlu ömür yolundakı maneələri aradan qaldırmağa ruhlandırır. Necə deyərlər, ailə sərhəd tanımır! Xüsusən, bir millət, iki dövləti təmsil edənlərin timsalında: "İkimiz türkük. Biz bir millət olduğumuz üçün azərbaycanlı ya türkiyəlinin fərqi yoxdur. Bir-birimizi yaxşı başa düşürük".

Ümumiyyətlə, son illər Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikaha girmə sayında artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013- ilin ilk yarımilliyində bağlanan nikahların 1719-u qarışıq, yəni əcnəbilər vətəndaşlığı olmayan şəxslərlə olub. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə iki dəfədən çoxdur. Belə ki, ötən ilin ilk altı ayında 847 qarışıq nikah bağlanıb.

 

"Sağlam həyat tərzinin

təbliğatçıları"

 

İdmançı ailələri təkcə qarışıq deyil, öz vətəndaşlarımız arasındakı nikahlarda da adətən, "sağlam ittifaq" təsiri bağışlayırlar. Azərbaycan milli komandasının sabiq futbolçusu Ceyhun Sultanov artıq 11 ildir ki, ailəlidir. Onun həyat yoldaşı idmançı deyil, münasibətlərinin qurulmasında futbolçu olması da xüsusi rol oynamayıb. Sultanov da idmançı fəaliyyətinin ailədə müəyyən çətinliklər yaratdığını etiraf edir. Bununla belə, indiyədək həyat yoldaşı ilə heç bir ciddi problem yaşamadığını bildirir: "Birmənalı şəkildə iddia edə bilmərəm ki, idmançı ailələri tam sağlam uzunömürlü olurlar. Ailədən-ailəyə fərq var. O cümlədən, idmançı ailələri arasında da. Amma mən 11 ildir ki, evliyəm indiyədək həyat yoldaşımla aramda ciddi problem olmayıb".

Bəs görəsən, idmançı ailələrinin möhkəmliyinin səbəbi nədədir? Gənclər İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədovun sözlərinə görə, idmançılar beynəlxalq miqyasda ölkəmizi layiqincə təmsil etdikləri kimi, öz sağlam ailələri ilə cəmiyyətə dövlətə faydalı olmağa səy göstərirlər: "İdmançılar, ilk növbədə, övladlarının da sağlam olmaları, ailə möhkəmliyi üçün çalışırlar. Onlar böyük əziyyət bahasına qazandıqları uğurlardan sonra dövlətə sağlam ailə ilə töhfə vermə istəyirlər. Sirr deyil ki, idmançıların özləri kimi, ailə həyatları da diqqət mərkəzində olur. Bu mənada, sağlam ailələrdən danışarkən, idmançı ailələrini nümunə göstərmək olar. Çünki onlar cəmiyyətdə sağlam həyat tərzinin təbliğatçıları kimi cıxış edirlər".

Təbliğatdan söz düşmüşkən, MOK Azərbaycanda valideynlərin uşaqlara dəstək olaraq sağlam həyat tərzinə cəlb edilmələri məqsədilə bu ildən yeni kampaniyaya başlayıb. "Fəal ailəm, sağlam aləm" devizi altında keçirilən proqram yaxın 5 ili əhatə edəcək. Proqram ilk fəaliyyət ilində 70 mindən çox insanı əhatə edəcək ki, bunların da 40 mini uşaq gənclər olacaq. Layihə gerçəkləşdirilərkən, ailələri fəal sağlam həyat tərzinə sövq edən həvəsləndirici sistem yaradılacaq. Kampaniya çərçivəsində açıq ailə turniri, ənənəvi Olimpiya Qaçış Günü keçiriləcək, 80 ümumtəhsil orta məktəb internat müəssisəsində Olimpiya festivalları təşkil ediləcək. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin sözlərinə görə, qarşılarında duran əsas vəzifələrdən biri sağlam həyat tərzinin təbliği, insanlar arasında idmana marağın artırılmasından ibarətdir: "Bu proqram ailələri əhatə edəcək. Çalışacağıq ki, layihə vasitəsilə ailələr müxtəlif idman yarışlarına, idman tədbirlərinə cəlb olunsunlar. Bunun üçün əlimizdən gələn vasitələrdən istifadə edəcəyik".

 

"Cəmiyyətimizə

dövlətimizə xeyirli olsun!"

 

Göründüyü kimi, sağlam həyat tərzi həm sağlam ailə timsalında özünü büruzə verir. Bu istiqamətdə atılmış ən mühüm addımlardan biri kimi 2006- il fevralın 6-da Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmasını qeyd etmək olar. Hicran Hüseynovanın rəhbərlik etdiyi komitədə 7 ilə yaxındır ki, sədr müavini vəzifəsində ötənlərin tanınmış şahmatçısı Aynur Sofiyeva çalışır. O, hələ 4 yaşında ikən, 1974- ildən idmanın bu növü ilə məşğul olmağa başlayıb. 6 yaşında gənclər arasında Qax rayonunun çempionu, 14 yaşında qızlar arasında, 15 yaşında qadınlar arasında Azərbaycan çempionu, 16 yaşında qızlar arasında SSRİ çempionu adını qazanıb. 1990- ildə, yəni 20 yaşında tələbələr arasında dünya çempionu, həmin il 20 yaşadək qızlar, 1993- ildə Azərbaycan komandasının tərkibində gənclər arasında dünya çempionatının gümüş mükafatçısı, bir çox beynəlxalq turnirin qalibi olub. 1990- ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, İslam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını qazanıb. Sofiyeva 2002 - 2007-ci illərdə Azərbaycan Şahmat Federasiyasının prezidenti olub.

Onun həyat yoldaşı Yunis Hüseynov da idmançıdır. Hüseynov "Neftçi" "Kəpəz" kimi klubların heyətində 4 dəfə Azərbaycan çempionu, 3 dəfə ölkə kubokununun qalibi olub, 2 dəfə Azərbaycanın ən yaxşı futbolçusu seçilib, milli komandamızın heyətində 34 oyuna 4 qol vurub. O, baş məşqçi qismində uğurlu fəaliyyəti ilə seçilib, "Karvan" "Xəzər Lənkəran" klublarının "sükanı arxasında" ölkə çempionatının gümüş bürünc medallarını qazanıb, UEFA Kubokunda mərhələ adlayan ilk azərbaycanlı baş məşqçi kimi tarixə düşüb. Məhz idmançı fəaliyyətləri dövründə - 1990- ildə ailə qurmuş Hüseynov Sofiyevanın 2 qızı var.

Aynur xanım öz ailəsi barədə danışmaq istəmir. Baxmayaraq ki, Yunis müəllimlə 23 ildir xoşbəxt ömür sürür. Deyir ki, ailənin möhkəmliyi ailə üzvlərinin dünya görüşləri xarakterlərinin uyğunluğu, qarşılıqlı hörmət, bir-birinə güzəştə getmə bacarığı önəm vermək, qayğı göstərmək, məsuliyyət hissi, ailəyə görə daşıdığı vəzifələri dərketmə kimi bir çox məsələlərdən asılıdır: "Ailə təktərəfli münasibət əsasında yaranan qurum deyil. Bu səbəbdən, ailədaxili fərdlərin hər biri milli-mənəvi dəyərlərin, ailə mədəniyyətinin, nəsillərarası münasibətlərin qorunub saxlanılması üçün öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Ümumiyyətlə, ailəni formalaşdıran amillərə gənclərin milli-mənəvi ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, uşaq-valideyn münasibətlərinin düzgün qurulması, ailədə pozitiv psixoloji iqlimin olması, xasiyyətlərin uyğunluğu ailədə qarşılıqlı hörmət, valideynlərin gənclərin ailə həyatına müdaxilə etməməsi, sağlam həyat tərzinin aparılması, ər ya arvadın alkoqolizm, narkomaniya  xəstəliyinə tutulmaması kimi bir sıra amillər misal göstərilə bilər".

 

"Bir ailə - iki dövlət"

 

"Ailə - kiçik dövlətdir" deyiblər. Yəni, ailə cəmiyyətin əsas özəyi kimi möhkəm təməl üzərində qurulmalıdır. Bu təməl mənəvi, psixoloji, fizioloji, özünüdərk, qarşılıqlı hörmət məhəbbət, məsuliyyət hissinin, ailənin hüquq vəzifələrinin dərk edilməsi prinsiplərinə arxalandıqda daha da möhkəmlənir. Konstitusiyamızın 17-ci maddəsində qeyd edilir ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Sağlam ailə isə cəmiyyətin güclü dövlətin təməlidir. Həm yalnız bir dövlətin yox. Yazıya əbəs yerə Tunc Afşar - Natəvan Qasımova evliliyindən başlamadıq. Afşar Türkiyənin idman elitasında kifayət qədər tanınan simadır. Təsadüfi deyil ki, bu cütlüyün Bakıdakı toyuna qardaş ölkədən xeyli tanınmış şəxs təşrif gətirmişdi. Yazını da elə ailə başçısının sözləri ilə tamamlamaq istərdik: "Azərbaycan Türkiyədə hər kəs üçün qardaş ölkədir. Bu baxımdan, qurduğumuz ailəyə həm mənim dostlarım, həm həyat yoldaşımın yaxınları tərəfindən maraq artdı. Toyda iştirak üçün birinci dəfə Bakıya gələn dostlarımız oldu. Bir sözlə, onunla evliliyim Azərbaycan ilə Türkiyə arasındakı dostluq qardaşlıq münasibətlərinə öz töhfəsini verdi..."  

 

Elşən MƏMMƏDOV

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

 





10.12.2013    çap et  çap et