525.Az

Nizami adına Ədəbiyyat İnstitutunun 80 illiyi ilə bağlı məsələlər müzakirə olunub


 

Nizami adına Ədəbiyyat İnstitutunun 80 illiyi ilə bağlı məsələlər müzakirə olunub<b style="color:red"></b>

AMEA Nizami adına Ədəbiyyat İnstitutunda bu elmi-tədqiqat müəssisəsinin  yaxın günlərdə keçiriləcək 80 illik yubileyi ilə bağlı cari məsələlər müzakirə edilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik İsa Həbibbəyli yubileylə əlaqədar AMEA Rəyasət Heyətinin qəbul etdiyi qərarı xatırladaraq qarşıda duran vəzifələr barədə ətraflı danışıb. Bildirib ki, 2015-ci ildə AMEA-nın 70 illik yubileyi keçiriləcək, Ədəbiyyat İnstitutunun salnaməsinin yaradılması da həmin əhəmiyyətli tarixin bir hissəsidir bunu yubileyə töhfə kimi dəyərləndirmək olar. Akademik AMEA-ya daima dövlət qayğısının göstərildiyini önə çəkərək diqqətə çatdırıb ki, alimlər müstəqil dövlətimizin elminə öz layiqli töhfələrini verməlidirlər. İsa Həbibbəyli "Azərbaycan ədəbiyyatı tarixi" çoxcildliyinin V-VII cildlərinin hazırlanma vəziyyəti qarşıda duran vəzifələrdən ətraflı danışıb. Nizami adına Ədəbiyyat İnstitutunun 80 ildə keçdiyi şərəfli yoldan bəhs edən akademik bu dövr ərzində elmi-tədqiqat müəssisəsində çalışmış, Azərbaycan ədəbiyyatşünaslıq elminə böyük töhfələr vermiş görkəmli ədəbiyyatşünas alimlərin əməyini xüsusi vurğulayıb. O, qeyd edib ki, institutun çoxcəhətli fəaliyyəti, o cümlədən, tarixi, inkişaf yolu, görkəmli alimlərin fəaliyyəti barədə xeyli əsər yazıla bilər. Hazırda institut əməkdaşları tərəfindən Azərbaycan, rus ingilis dillərində Tanıtma kitabı hazırlanır. Həmçinin institut həyatında xüsusi xidmətləri olan əməkdaşlar haqqında oçerk səciyyəli məqalələr yazılıb çapa hazırlanıb. Bu biblioqrafik nəşrdə Azərbaycan ədəbiyyat elminin inkişafında xüsusi xidmətləri olmuş bir sıra görkəmli ədəbiyyatşünas alimlərin həyat fəaliyyətinə nəzər salınıb, onların Azərbaycan elminə verdikləri töhfələr ön plana çəkilib. 35 nəfər görkəmli şəxsiyyəti əhatə edəcək bu ensiklopedik nəşr artıq çap ərəfəsindədir. Akademik İsa Həbibbəyli yubileyə qədər  institutun 80 illik bir dövrünün fəaliyyətini əks etdirəcək məqalələr toplusu, biblioqrafik məlumatlar, ensiklopedik nəşrlərin yüksək səviyyədə elmi ictimaiyyətə çatdırılması barədə müvafiq şöbələrin əməkdaşlarına ayrı-ayrılıqda öz tapşırıq tövsiyələrini bildirib, təkliflərini verib.

İnstitutun direktor müavini, AMEA-nın müxbir üzvü Teymur Kərimli nəşr işlərinin vəziyyəti ilə bağlı məlumat verib. O bildirib ki, qeyd olunan nəşrlər üzərində sonuncu korrektura işləri görülür bu günlərdə çapa hazır vəziyyətə gətiriləcək. Sonra filologiya üzrə elmlər doktoru Asif Rüstəmli çıxış edərək institut rəhbərliyinin tapşırığı əsasında uzun müddət arxiv materialları üzərində çalışdığını indiyədək aşkara çıxarılmayan bir sıra arxiv sənədlərini əldə etdiyini, həmin sənədlərin institut direktorunun göstərişi ilə nəzərdə tutulmuş kitaba salındığını bildirib.

İnstitut əməkdaşlarından Şirindil Alışanlı, Alxan Bayramoğlu, Zaman Əsgərli, Elza Rəhimova başqaları çıxış edərək nəşr işləri ilə əlaqədar öz fikir mülahizələrini açıqlayıblar.

Sonda akademik İsa Həbibbəyli yubiley ərəfəsi olduğu üçün aidiyyəti əməkdaşlara nəzərdə tutulan işlərin sürətləndirilməsini tapşırıb, bir sıra istiqamətlərdə, məsələn, Sankt-Peterburq, Moskva, Tbilisi arxivlərində axtarışların yubileydən  sonra da davam etdirilməsi barədə tapşırıqlarını verib.

Ağahüseyn ŞÜKÜROV,

AMEA Ədəbiyyat İnstitutunun

mətbuat qrupunun rəhbəri

 





10.12.2013    çap et  çap et