525.Az

İşğal edilmiş ərazilər erməni terrorizminin əsas məkanlarından biri kimi


 

İşğal edilmiş ərazilər erməni terrorizminin əsas məkanlarından biri kimi<b style="color:red"></b>

Terror erməni siyasətinin mexanizmidir

Bu gün dünyanı sarsıdan "səssiz müharibə" adlanan terrorizm böyüklü-kiçikli, dini mənsubiyyətindən asılı olmayaraq bütün dövlətlərin probleminə çevrilib. Müasir dünya praktikasında dövlətlərin fərdi qaydada terrorizmlə mübarizəsinin effektiv olmadığı, bu transmilli problemlə yalnız dini, milli, siyasi mövqeyindən asılı olmayaraq dövlətlərin əməkdaşlığı kompleks yanaşması halında mübarizə aparmağın mümkün olduğu sübuta yetirilib.

Təəssüflər olsun ki, hələ dünyada Ermənistanın timsalında terroru, terrorizmi dəstəkləyən, onu hətta dövlət siyasətinə çevirmiş dövlətlər mövcuddur. Qonşularına digər dövlətlərə qarşı öz əsassız istəklərini həyata keçirmək, maraqlarını diktə etmək üçün bu kimi dövlətlər terroru xarici siyasətin ana xətlərindən biri kimi qarşıya qoyur onun həyata keçirilməsi üçün bütün vasitələrdən istifadə edirlər.

Erməni terror təşkilatlarının meydana çıxması ermənilərin ictimai birliklərinin siyasi partiyalarının yaranması ilə eyni vaxta təsadüf edir. Ermənilərin ilk siyasi partiyası olan "Armenakan" elan edildiyi 1885-ci ildən Türkiyənin Van, Muş, Bitlis,Trabzon bölgələrində İstanbul şəhərində silahlı toqquşmalar terror aktlarının təşkilatçısı kimi iştirak edib. 1887-ci ildə Cenevrədə yaradılmış "Hnçak" partiyası isə Türkiyənin Anadolu bölgəsini, rus İran Ermənistan adlandırdıqları əraziləri birləşdirməklə "Böyük Ermənistan" dövləti yaratmağı hədəf olaraq qarşıya qoymuşdu. "Hnçak" partiyası terrora əsas icra mexanizmi olaraq icazə verirdi. Partiyanın proqramının 4- bəndində bu "qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir", tezisi şəkilində qeyd olunurdu.

120 il öncə yaradılmış bu gün fəaliyyətini davam etdirən "Daşnaksütyun" 1892-ci ildən siyasi fəallara qeyri-erməni dinc əhaliyə qarşı fəal terror aktlarını planlayıb həyata keçirməkdədir. 1895-1904- illərdə daşnaklara bağlı silahlı qruplar Şərqi Anadoluda bir sıra qanlı terrorlar həyata keçirib. Bu dönəmdə daşnaklar hətta ermənilərə reallıqda dayan duran Çar Rusiyasına qarşı da bəzi terror aksiyaları reallaşdırıb, daşnaklar 1903-1905-ci illərdə çar rejiminə qarşı üsyanlarda iştirak ediblər.

Daşnakların təşkilatçılığı ilə 1973- ildə fəaliyyətə başlamış "Erməni "soyqırımının" intiqamçıları" qrupu (DRO) 1980-1982-ci illər ərzində Avstriya, Danimarka Portuqaliyada türk diplomatlarını qətlə yetirib. Məxfi terror qrupu DRO onun DRO-8, DRO-88, DRO-888, DRO-8888 adlı bölmələri nəinki türk diplomatlarını, hətta öz maraqlarını həyata keçirmək üçün dinc insanları belə hədəfə alıb. Maraqlıdır ki, 1991-ci ildən Ermənistanda fəaliyyətini yenidən aktivləşdirən "Daşnaksutyun" partiyasının terrorçu olmasını elə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan özü etiraf edib. Onun göstərişi ilə 28 dekabr 1994- ildə terror aksiyaları mafiya ilə bağlılığı, eləcə hökumətə qarşı üsyan hazırlaması sübuta yetirilən Daşnak partiyasının fəaliyyəti dayandırılıb. Partiyanın rəsmi orqanı olan "Yerkir" qəzeti yasaqlanıb. Lakin daşnakların dəstəklədiyi Robert Köçəryan hakimiyyətə gələndən sonra bu partiyaya tətbiq olunan yasaqlar aradan qaldırılıb. Hazırda Ermənistan hökumətində 4 nazir bu partiyanın üzvüdür.

XX əsrin ən qanlı terror təşkilatlarından olan "Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu"nun (ASALA) adı 1973-1985-ci illər arasında Türkiyə daxil olmaqla müxtəlif ölkələrdə türk adamlar ilə tarixə düşüb. ASALA 1980-1990- illərdə ABŞ-ın terror təşkilatlarının siyahısında yer alıb. Türkiyə kəşfiyyatının məlumatlarına görə, ASALA silahlıları bir müddət Yunanıstan Suriya xüsusi xidmət orqanlarından hər cür təlim logistik dəstək alıb. Əsasən türkləri hədəfə alan ASALA-nın hücumuna məruz qalanlar arasında Madrid şəhərində "Trans World Airlines", Los Ancelesdəki "Air Canada" aviaşirkətlərinin ofisləri yer alıb. ASALA terroristləri ümumilikdə 21 ölkənin 38 şəhərində 39-u silahlı, 70-i bombalı, biri isə zəbt olmaqla cəmi 110 terror aksiyası reallaşdırıb. Bu hücumlarda 42 türk diplomatı 4 əcnəbi şəxs həlak olub, 15 türk, 66 əcnəbi yaralanıb. Müxtəlif ölkələrdə törətdikləri çoxsaylı terror aksiyalarına görə, ASALA 2001-ci ildən ABŞ-ın Foreign Terrorist Organisation, US Terrorist Exclusion List siyahısında, İngiltərənin "Qanunsuz qruplar", Avstraliya, Kanada, Avropa Birliyi Rusiyanın "Təyin olunmuş Qruplar" kimi "qara siyahılar"ına daxil edilib.

Ermənistan dövlətindən erməni diasporundan birbaşa dəstək alaraq fəaliyyət göstərən bu terror təşkilatlarının siyahısında "Erməni gizli azadlıq ordusu" (ASOA), "Geqaron", "Erməni azadlıq hərəkatı" (AOD), "Erməni azadlıq cəbhəsi", "Orli qrupu", "Erməni soyqırım ədalət komandosları", "Erməni birliyi", "Gənc ermənilər ittifaqı", "9 iyun qrupu", "İsveçrə qrupu", "Demokratik cəbhə", "İntiharçılar eskadronu", "Apostol" kimi radikal terror təşkilatları yer almaqdadır.

 

Terrorçular Ermənistanda səhra komandiri oldu

 

Erməni terror təşkilatlarının hücumlarının əsas ağrısını Azərbaycan xalqı yaşamağa məhkum olub. Ötən əsrin əvvəllərində bolşeviklərlə birləşən daşnaklar ölkənin müxtəlif bölgələrində qanlı terror aksiyalarını həyata keçirib. AMEA-nın açıqladığı məlumatlara görə, Bakıda, Şamaxıda, Qubada, Zəngəzurda digər bölgələrdə həyata keçirilmiş mahiyyətcə soyqırım sayılan bu kütləvi qırğınlarda 50 min azərbaycanlı, ləzgi, yəhudi digər millətlərin nümayəndələri qətlə yetirilib. 1990- illərdə Ermənistan xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə erməni terror qrupları tərəfindən Azərbaycan ərazisində sərnişin avtobuslarında, sərnişin yük qatarlarında, hava nəqliyyatında, Bakı Metropolitenində, dəniz bərəsində, mülki dövlət obyektlərində, həmçinin mülki şəxslərə hərbçilərə qarşı onlarla terror aksiyaları planlaşdırılaraq həyata keçirilib.

Ekspertlərin fikrincə, ermənilərin bu dövrdə Azərbaycana qarşı həyata keçirdiyi terror aksiyalarında məqsəd əhalidə kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq bununla hərbi əməliyyatları dəstəkləmək olub. Bu məqsədlə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc əhalinin yaşadığı məntəqələrdə terror aktları təşkil ediblər.

İşğal olunmuş ərazilərdə PKK kimi terror təşkilatının yaraqlılarının təlim keçməsi, terrorun maliyyəsini təmin edən narkotiklərin becərilməsi tranziti üçün istifadə olunmasına dair kifayət qədər faktlar mövcuddur. 

Ermənilərin terror fəaliyyəti sübuta yetirən faktlar arasında 20 noyabr 1991-ci ildə, Xocavənd rayonunda Azərbaycanın dövlət rəsmilərinin içində olduğu Mi-8 helikopterinin vurulması, qaradağlıda Xocalıda dinc əhaliyə kütləvi divan tutulması, 18 mart 1994- ildə Xankəndi şəhəri yaxınlığında İran Hərbi Hava Qüvvələrinə məxsus 34 diplomat onların ailə üzvlərini daşıyan "Herkules" tipli təyyarənin vurulması kimi onlarla hadisəni göstərmək olar.

Qarabağda azərbaycanlılara qarşı terror aksiyalarının təşkilində iştirak etmiş erməni səhra komandirlərinin bir çoxu əslində sovetlər birliyi dağılanadək xaricdə fəaliyyət göstərmiş terror təşkilatlarının nümayəndələri, ya da rəhbərləri olmuş şəxslərdir. Qarabağ müharibəsində Qarabağda fəaliyyət göstərmiş, əsasən könüllülərdən təşkil olunmuş 30-dək erməni silahlı dəstəsinin 15-dən çoxunun rəhbəri vaxtı ilə ASALA digər təşkilatların üzvü olub. Onların arasında Monte Melkonyan, Jirayr Sefilyan, Karo Kaxkecyan vaxtı ilə Livanda digər ölkələrdə türk diplomatlarına qarşı terror aksiyalarının təşkilində iştirak ediblər.

Terror davam edir

Ermənistan ordusu müvafiq qurumları tərəfindən hazırkı dövrdə dünyanın terrorizmlə onu yaradan səbəblərə qarşı mübarizə apardığı dövrdə qadağan olunmuş metodlardan istifadə edilərək terror bənzəri fəaliyyətlər davam etməkdədir. Bu məqsədlərinə nail olmaq üçün ermənilər əsasən dünya ölkələrinin mübarizə apardığı terroristlərin daha çox müraciət etdiyi IED (əldə düzəldilmiş partlayıcılar) istifadə edir. ANAMA-nın əməkdaşı Adil Aslanovun sözlərinə görə, ermənilər tərəfindən Goranboyda borunun, qaz balonlarının, avtomobil təkərinin digər əşyaların içərisində hazırlanaraq gizlədilmiş belə partlayıcılara rastlaşılıb. Onların sonuncu belə terror aksiyası isə uşaq oyuncağının içində partlayıcının qurularaq çayla Tovuz rayonu ərazisinə axıdılması olub. Həmin hadisədə bir qız uşağı həlak olub, valideyni isə yaralanıb. 

 

Mədəni terror ekoloji terror 

Ermənistan dövləti tərəfindən təşkil olunan terror aksiyaları sadəcə sivil insanları hədəfə almır. Bu terrorun qurbanları arasında həm Qarabağda, həm Qərbi Azərbaycan torpaqlarında Azərbaycan xalqına məxsus tarixi mədəni abidələr, mədəniyyət nümunələri, sənət əsərləri yer alır. Qarabağın işğal altındakı şəhər qəsəbələrində, Şuşada abidələrin dağıdılması, onların memarlıq əlamətlərinin dəyişdirilməsi, "arxeoloji qazıntılar" pərdəsi altında "erməniləşdirilməsi" kimi "mədəni terror" aksiyaları reallaşdırılmaqdadır.

Ermənistanın terror siyasətinin tərkibində ekoloji bioloji terror da özünəməxsus yer tutur. İşğal altındakı Azərbaycan əraziləri kimyəvi radioaktiv maddələrin basdırıldığı "məzarlığa" çevirən ermənilər bu ərazidən axan çayların sularını kimyəvi maddələrlə çirkləndirməyi davam etdirirlər. Ermənistanda nəşr olunan "Lragir" qəzeti bir neçə ay əvvəl Sərsəng su anbarında balıqların kütləvi ölməsi barədə yaydığı məlumatda Qarabağda faydalı qazıntıları istismar edən "Beytz Metal" (Base Metals) şirkətinin Drmbon yatağından qızıl-mis emalı zamanı sianidləri çaya buraxmasını səbəb göstərmişdi.

Dövlət Fitosanitar Xidmətinin mütəxəssislərinin sözlərinə görə, cəbhəyanı rayonlarda müharibə zamanı ermənilərin kimyəvi silahlar işlətməsi sonradan bu silahların tətbiq olunduğu ərazilərdə bioloji problemlər meydana çıxarıb. Bu da hazırda həmin bölgələrdə yaşıllığa ciddi zərər vurmaqdadır.

Ekologiya Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, işğal olunmuş rayonlarda 247352 hektar meşə sahəsi, o cümlədən 13197,5 ha qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi 5 ədəd geoloji obyekt qalsa da ermənilər böyük əhəmiyyətə malik olan bu təbiət abidələrinin əksəriyyətini məhv ediblər. Kəlbəcər rayonunda "Qırmızı kitab"a daxil edilmiş 968 hektar ərazini əhatə edən ayıfındığı ağacları da kütləvi şəkildə qırılaraq xaricə satılıb. Oxçuçay Ağstafaçayın Ermənistan tərəfindən ən ağır formada çirkləndirilməsi nəticəsində bu çaylarda canlı aləmin yaşayışı üçün böyük təhlükə yaranıb. 2006- ildən etibarən Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusu tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 96 min hektar sahə yanaraq məhv olub. Yanğınlar zamanı ətraf mühitə 176 milyon manat məbləğində ziyan dəyib.

Rəşad Süleymanov

APA informasiya agentliyinin əməkdaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

 





10.12.2013    çap et  çap et