525.Az

Qarabağ Muğam Mərkəzində yaradıcılıq gecəsi keçirilib


 

Qarabağ Muğam Mərkəzində yaradıcılıq gecəsi keçirilib<b style="color:red"></b>

Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində ədəbi-bədii məclislərin təşkili artıq ənənə halını alıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı, şair Yusif Kamalın bu günlərdə keçirilən yaradıcılıq gecəsi belə tədbirlərdəndir. Heydər Əliyev Mərkəzinin təşəbbüsü təşkilatçılığı ilə keçirilən sözügedən tədbirə müəllim tələbələr, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, yazarlar, şairin qələm dostları media mənsubları qatılıb. Gecəni aparan gənc şairlər Məshəti Musa Gündüz Sevindik məclis iştirakçılarına Yusif Kamalın həyat yaradıcılığı barədə ətraflı məlumat verib, şeirlərindən nümunələr səsləndiriblər. Özünəməxsus yaradıcılıq yolu, dəsti-xətti olan şairə həsr olunmuş televiziya filminin nümayişi bu məlumatı daha da zənginləşdirib.

Yığıncaqda qocaman pedaqoq Çingiz Bayramov, əməkdar müəllim Zəhra İbrahimova, şairlərdən, Azərbaycan Yazıçılar Birliyinin üzvi Zahid Avşar, Tofiq Zeynal, yazıçı Teymur Rəhimov, məktəb direktoru Əli Bədəlov, Ağcabədi rayon mədəniyyət turizm şöbəsinin müdiri Rza Quliyev çıxış edərək Yusif Kamal yaradıcılığının bədii məziyyətləri, orijinal xüsusiyyətləri barədə fikir mülahizələrini bildirib, ürək sözlərini bölüşüblər. Qeyd olunub ki, bu cür tədbirlər əyalətdə yaşayıb-yaradan yazarların yaradıcılığına diqqət qayğı, yüksək qiymət kimi səciyyələnir, ümumilikdə regionun ictimai-siyasi həyatında mühüm rol oynayır.

Tanınmış el aşıqları Aşıq Umbay Aşıq Təbrizin şairin sözləri əsasında ifa etdikləri mahnılar məclisin ovqatına xüsusi ahəng bəxş edib. Ağcabədi Pedaqoji Kolleci tələbələrinin, məktəblilərin təqdim etdikləri Yusif Kamalın şeirlərindən ibarət poeziya çələngi iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb. Yığıncaqda söz alan Yusif Kamal yaradıcılığına verilən yüksək qiymətə, ünvanına söylənən xoş sözlərə görə tədbirin təşkilatçılarına, bütün iştirakçılara təşəkkür minnətdarlığını bildirərək yeni  şeirlərini oxuyub, oxucuların suallarını cavablandırıb. Sonda şairə qiymətli hədiyyələr təqdim olunub.

Yəhya PAŞAZADƏ

 

 





10.12.2013    çap et  çap et