525.Az

Aktaudakı konsulluğumuz Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım tədbiri keçirdi


 

Aktaudakı konsulluğumuz Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım tədbiri keçirdi<b style="color:red"></b> Dünən Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu “Azərsun Holdinq”in maliyyə dəstəyi ilə müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı Aktau şəhər qocalar evində anım mərasimi keçirilib.

525.az-ın məlumatına görə, qocalar evinin sakinləri, dövlət qurumları, ziyalılar, diplomatik korpus nümayəndələri və diasporamızın iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulu Rəşəd Məmmədov, Aktau şəhərində fəaliyyət göstərən “Dostluq” Azərbaycan Milli Mədənu Mərkəzinin sədri Vaqif Nəbiyev, Aktau şəhərinin fəxri vətəndaşı, Qazaxıstanın Manqistau vilayətinin Ağsaqqalar Şurasının üzvü, həmyerlimiz Cəmil Həbibov çıxış ediblər.

Baş konsul R.Məmmədov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizin müstəqillik əldə etdikdən sonra beynəlxalq arenada layiqli yer tutmasındakı tarixi xidmətlərindən danışıb. R.Məmmədov ulu öndərin yaşlı və gənc nəsillərə göstərdiyi diqqət, ölkəmizdə həyata keçirilən sosial siyasət barədə tədbir iştirakçılarına məlumat verib.

“Dostluq” Azərbaycan Milli Mədənu Mərkəzinin sədri V.Nəbiyev öz çıxışında dərin zəka, təcrübə və uzaqgörənliyə malik bir dövlət xadimi kimi Heydər Əliyevin dünya miqyaslı siyasətçi olduğunu, onun Qazaxıstan-Azərbaycan münasibətlərindəki rolunun əhəmiyyətindən danışdı.

Manqistau vilayətinin Ağsaqqalar Şurasının üzvü, həmyerlimiz C.Həbibov anım mərasimin məhz qocalar evində keçirilməsinin Heydər Əliyevin xatirəsinə olan ən böyük hörmət olduğunu bildirdi, ulu öndər barədə xatirələrini bölüşüb.

Tədbir zamanı ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, elece də onun muasir Azərbaycanın qurulmasındakı xidmətlərindən bəhs edən sənədli film nümayiş olunub.

Tədbirin yekununda Baş konsulluğun nümayəndələri qocalar evinin 110 nəfər sakinlərinə “Azərsun Holdinq” tərəfindən istehsal olunmuş ərzaq məhsullarından ibarət hədiyyə paketləri, həmçinin qocalar evinin ehtiyaclarının təmin olunması məqsədilə 20 qutu əlavə ərzaq malları və məişət-elektrik avadanlıqları təqdim edilib.
 





10.12.2013    çap et  çap et