525.Az

Vəkili Gülər Əhmədova ilə görüşüb


 

Vəkili Gülər Əhmədova ilə görüşüb<b style="color:red"></b>

Vəkil Əfsər Talıbov həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb.

Bu barədə APA-ya məlumat verən Ə. Talıbov G. Əhmədovanın səhhətinin yaxşı olmadığını deyib: “Ötən gün Penitensiar Xidmətin Müalicə Müəssisəsindən həkim gəlib yoxlayıb dərman yazıb. Ürəyi ağrıyır, özünü yaxşı hiss etmir”.
 
Ə. Talıbov Bakı Ağır Cinayətlər Məhkəməsinin G. Əhmədova barədə olan hökmünü müzakirə etdiklərini də bildirib: “Hələ ki, apellyasiya şikayəti vermək barədə qərara gəlməmişik. Məhkəmənin hökmünü oxuyuruq. Oxuyub qurtarandan sonra apellyasiya şikayəti verib-verməməklə bağlı qərar qəbul edəcəyik”.
 
Qeyd edək ki, G. Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
 
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.
 
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

 





10.12.2013    çap et  çap et