525.Az

Qarabağla bağlı dinləmələr keçirilməsi təklif edildi


 

Qarabağla bağlı dinləmələr keçirilməsi təklif edildi<b style="color:red"></b>

“Qarabağ Azərbaycandır və nida işarəsi. Bu, tək sözlər deyil, bir fəlsəfədir”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Milli Məclisin Səməd Seyidov bildirib.

S. Seyidov deyib ki, Ermənistan Xarici İşlər nazirinin son bəyanatı sonuncu təxribat deyil: “Ermənistan əlindən gələni edib ki, status-kvo qalsın. Bunlar prezidentlərini belə devirib, parlamentlərini güllələyib, insanlığa qarış bütün cinayətləri ediblər, təki işğal olunmuş torpaqları saxlasınlar, status-kvo dəyişməsin. Bu da baş tutmayanda danışıqlardan qaçıblar. Parisdə Köçəryan danışıqlarda 5 dəqiqə fasilə istəyib, təyyarəyə  minib qaçmışdı. Təəssüf ki, bu gün Paşinyan həmin siyasəti başqa yolla davam etdirir”.

Millət vəkili nəzərə çatdırıb ki, Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən qanunsuz “seçkilər” də dünyada tanınmayıb: “Azərbaycanın mərhələli həll yolu prinsipi qəbul ediləndən sonra Ermənistan danışıqları pozmağa çalışdı. Biz ATƏT-in Minsk Qrupunu bununla bağlı münasibət bildirməyə çağırırıq. Azərbaycan güclü, dünyada qəbul edilən ölkədir. Prezident öz mövqeyini bəyan edib ki, Qarabağ Azərbaycandır, yəni Azərbaycanın ərazi bütövlüyü müzakirə oluna bilməz”.

S. Seyidov Xarici İşlər Nazirliyinin nümayəndələrinin dəvət edilərək, Dağlıq Qarabağ münaqişənin həlli mövzusunda parlamentin komitələrində müzakirələrin keçirilməsini də təklif edib.

Spiker Sahibə Qafarova Səməd Seyidovun təklifinin nəzərə alınacağını bildirib.

 





24.04.2020    çap et  çap et