525.Az

Xələf Xələfov: “Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün Azərbaycanın işğal olunmuş rayonları geri qaytarılmalıdır”


 

Xələf Xələfov: “Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün Azərbaycanın işğal olunmuş rayonları geri qaytarılmalıdır”<b style="color:red"></b>

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Türkiyə mətbuatında Ermənistanla sərhədlərin açılması məsələsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

APA-nın xəbərinə görə, nazir müavini jurnalistlərə açıqlamasında deyib ki, Türkiyə və Ermənistan arasında sərhədlərin açılması üçün Azərbaycanın işğal olunmuş rayonlarının geri qaytarılması danışıqların mövzusudur. O bildirib ki, Azərbaycanın bu məsələdə mövqeyi aydındır: “Münaqişənin çözülməsi üçün Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı, işğal olunmuş ərazilər problemi həllini tapmalıdır. Ermənistanın bu məsələdə mövqeyi qeyri-konstruktivdir. Ermənistan bu məsələnin həllinə hələ hazır deyil. Sülh prosesinin irəli getməməsinin səbəbi qarşı tərəfin siyasi iradəsinin olmamasıdır”.
 
Xatırladaq ki, Türkiyə mətbuatında yayılan məlumatlara görə, rəsmi Ankara Ermənistanla sərhədlərin açılması üçün Azərbaycanın işğal olunmuş rayonlarından ikisinin geri qaytarılması şərtini irəli sürüb.

 





11.12.2013    çap et  çap et