525.Az

Əməkdar artist "Sizə məktub var" aksiyasına qoşuldu


 

Əməkdar artist "Sizə məktub var" aksiyasına qoşuldu <b style="color:red"></b>

Azərbaycanın Əməkdar artisti, aktyor Anar Heybətov Gənc jurnalistlər ("Young Press") səhifəsinin başlatdığı "Sizə məktub var" sosial aksiyasına qoşulub.

Anar Heybətov məktubda çalışdığı Akademik Milli Dram Teatrının bütün heyətini salamladığını bildirib: "Karantin bitdikdən sonra repertuarda olan yeni tamaşalarla tamaşaçılarımızı yenidən sevindiciyik. Hər biriniz üçün çox darıxmışam. Aktyor eyni zamanda qeyd edib ki, evdə qalaq və özümüzü, yaxınlarımızı qoruyaq".

Qeyd edək ki, layihənin idea müəllifləri gənc jurnalistlər Rauf Şirinov və Rövşən Əlisoy gələcəkdə də bu layihədə tanınmış ictimai, siyasi və incəsənət xadimlərinin də iştirak edəcəyini bildiriblər.


 

 





25.04.2020    çap et  çap et