525.Az

Hava soyuq və arabir yağıntılı olacaq


 

Hava soyuq və arabir yağıntılı olacaq<b style="color:red"></b> Bakı və Abşeron yarımadasında dekabrın 12-də hava şəraiti soyuq və arabir yağıntılı olacaq. Bəzi yerlərdə yağıntı intensivləşəcək. Yağıntının sulu qara keçmə ehtimalı var.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturunun gecə və gündüz 0-3 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında dekabrın 12-də hava yağıntılı olacaq. Bəzi yerlərdə sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı rayonlarda intensivləşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Aran rayonlarında 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 8-13, bəzi yerlərdə 18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
 





11.12.2013    çap et  çap et