525.Az

Alimlər koronavirusu üçün ən həssas insan hüceyrələrini təyin edib


 

Alimlər koronavirusu üçün ən həssas insan hüceyrələrini təyin edib<b style="color:red"></b>

ABŞ tədqiqatçıları ağciyərlərdə, burun sinuslarında və bağırsaqlarda hansı hüceyrələrin koronavirusa qarşı xüsusilə həssas olduğunu müəyyənləşdiriblər.

“Report” xəbər verir ki, bu barədə “Daily Mail” Boston Uşaq Xəstəxanasından olan alimlərin işinə istinadən məlumat yayıb.

Belə ki, elm adamları selik ifrazına cavabdeh olan sinuslardakı bəzi hüceyrələrin COVID-19-un hüceyrəyə nüfuz etməsi üçün lazım olan iki zülala sahib olduğunu hesab edir.

Tədqiqatçılar eyni zamanda sübut ediblər ki, koronavirus yeni xüsusiyyətlər əldə edib və artıq orqanizmin viruslu infeksiyalara qarşı mübarizə aparmaq üçün ifraz etdiyi interferonlara də təsir edə bilər.

Bu kəşflər koronavirusa qarşı peyvəndin işlənib hazırlanmasını düzgün istiqamətə yönəltməyə və ya mövcud dərmanlardan hansının müalicə üçün uyğunlaşdırıla biləcəyini müəyyən etməyə kömək edəcək.

 





25.04.2020    çap et  çap et