525.Az

"Vitse-spikerdən xəbərdarlıq: “Bəzi QHT-lər bağlanacaq”- Xəbərdarlıq


 

"Vitse-spikerdən xəbərdarlıq: “Bəzi QHT-lər bağlanacaq”- <b style="color:red">Xəbərdarlıq</b>

Milli Məclisin vitse-spikeri, deputat Ziyafət Əsgərov siyasi partiyalar və QHT-lərlə bağlı qanunlara ediləcək dəyişikliklərlə bağlı açıqlama verib.

Lent.az-ın məlumatına görə, o, jurnalistlərə açıqlamasında bildirib ki, siyasi partiyalar və QHT-lərlə əlaqədar qanunlara ediləcək dəyişikliklər ölkə konstitusiyasına uyğun şəkildə aparılır. Vitse-spikerin sözlərinə görə, bu qanunlara ediləcək dəyişikliklərdə heç bir qeyri-adi vəziyyət yoxdur.

Z.Əsgərov deyib ki, dəyişikliklərdən sonra qanunda göstərilən şərtlərə əməl etməyən QHT-lər qanunvericiliyə uyğun cəzalandırılacaq. Onun sözlərinə görə, qanunla qadağan olunmuş fəaliyyətlə məşğul olan QHT-lərin fəaliyyətinin dayandırılması da istisna deyil.

 





11.12.2013    çap et  çap et