525.Az

Zamanın mənəvi-estetik mənzərəsi Məmməd Araz poeziyasında


 

Zamanın mənəvi-estetik mənzərəsi Məmməd Araz poeziyasında<b style="color:red"></b>

Yaşar QASIMBƏYLİ,

Filologiya üzrə fəlsəfə doktoru

 

Xalq şairi Məmməd Arazın 50-ci illərin axırları 60- illərdə yaratdığı bir çox poetik nümunələr onun ədəbi-nəzəri görüşlərinin hansı vüsət ardıcıllıqla formalaşdığını parlaq şəkildə göstərir. Xüsusən, o dövrdə hələ gənc olan böyük sənətkarınNənəmin kitabı”, “Şeirim”, “Səba yeli”, “Şeirə gətir”, “Oxucuya məktub”, “Mən Araz şairiyəm”, “Şair ömrü”, “Bəzi şairlərəkimi gözəl əsərləri Anamdan yadigar nəğmələr  silsiləsinə daxil olan bir çox şeirlər fikrimizi təsdiq edə bilər.  Altmışıncılar nəslinin bədii-estetik axtarışları uğurlarının ən başlıca əsas xüsusiyyətləri M.Arazın ilk lirikasında öz ifadəsini tapmışdır. Məsələn, gənc şairin o illərdə qələmə aldığıNənəmin kitabı” (1956) şeirini götürək. Müəllif uşaqlıq xatirələrinə dalaraq o şeirində nəsillərin estetik yaddaşını ovqatını səmimiyyətlə ifadə etmişdi: “Kitabın ildırım sürəti vardı, Bir anda bir əsri uçub aşardı... Ondakı nağılın hüdudu hanı? Saysızdı ondakı hünər dastanı, Ondaydı ellərin fikri, nəfəsi, Keçmişin sükutu, bugünün səsi. Nənəmin səsində, dilində idi: Elə bil hər var əlində idi...”

Bu misralar gənc şairin estetik idealının mənşəyini aydınca bizə nişan verir. Şair bədii təxəyyülünün hansı gələnəklərdən gəldiyini hansı qaynaqlardan güc aldığını göstərir. Öz yaşıdları arasında heç kim mənəvi-estetik mənbəyini, şeirinin milli qaynaqlarını M.Araz qədər məftunluqla vüqarla vurğulamamışdır: “Ellərin sevinci, ellərin dərdi, Nənəmin dilində dilə gələrdi. Mən gah sevinər, gah da yanardım, Nənəmi ən böyük alim sanardım. Sinəmə el sazı açdı o kitab, Sinəmə çox kitab yazdı o kitab.” M.Araz bu şeiri ilə təkcə öz ədəbi görüşlərini arzularını ifadə etməklə kifayətlənmirdi. Eyni zamanda, öz ədəbi yaşıdlarını az qala unudulmuş milli-mənəvi dəyərlərə boylanmağa, şifahi klassik söz sənətimizdən öyrənməyə, bədii sözü yüksəltməyə səsləyirdi:

Nənəmin qəlbindən qəlbimə doldu,

Məni şair edən o kitab oldu.

O kitabın səsi el səsi idi,

O kitab nənəmin sinəsi idi.

M.Arazın o dövrdə yazdığı bir çox şeirlər zamanın mənəvi-estetik mənzərəsini təsəvvürümüzdə canlandırmaq üçün çox əhəmiyyətlidir. Yuxarıda söylədiklərimizdən çıxış edərək altmışıncıların M.Arazın həmin illərdəki poetik axtarışlarını əsasən, bir neçə istiqamətdə səciyyələndirmək mümkündür; əgər gənc müəllif bir sıra əsərlərində arzuladığı yeni şeirin poetik-fəlsəfi konturlarını təsvir edərək, Füzuli, Nəsimi başqa klassiklərimiz haqqındakı şeirləri ilə klassik poetikaya irsə münasibətini açıq-aşkar göstərirdisə, “Nənəmin kitabı”, “Anamdan yadigar nəğmələrsilsiləsi başqa şeirləri ilə  isə yeni şeirin əsas qaynaqlarını vurğulayır ideallaşdırırdı. Yeni Azərbaycan şeirinin kökləri onun sağlam mənəvi-həyati əsaslar üzərində inkişafı şairi dərindən düşündürürdü. Altmışıncıları M.Arazı narahat edən ən mühüm məsələlərdən biri azad yaradıcılıq problemləri idi.

M.ArazınPoeziya, poeziya” (1966) şeiri zamanın estetik idealının sərrast ifadəsi təsirini bağışlayırdı. “Poeziya nədir?” sualına müəllif aydın şəkildə cavab verirdi. Şair sanki öz yaşıdlarına müraciət edərək, bu çətin mürəkkəb tale yolunda irəliləməyə gücünüz olacaqmı, cürətiniz çatacaqmı, deyə onlardan sorurdu. Zira, poeziya yolu ilk növbədə tale yoludur, ölüm qalım yoludur. Bu yolla getmək var - qayıtmaq yoxdur, bu yol ancaq irəliyədir, geriyə dönüm yoxdur: “Poeziya, poeziya! Ey qələm qardaşım! Mənimlə diz-dizə, Üz-üzə oturan, Sirdaş bacım, Həmdəm qardaşım!” Bu xitab səmimiyyətin nişanəsidir. Ən yaxın, ən əziz varlığa üz tutan kimi şair poeziyaya müraciət edir. Onu öz qəlbi ilə əbədi birliyə səsləyir. Həyatın dolanbac yollarında bir-birimizə hayan, arxa ola biləcəyikmi? Bax bu lirikməni dərindən düşündürürdü: “Bu dünya younda Sən ömür karvanı! Hardasa büdrəyib, Əbədi yıxılsa, Sarbanım, Tufanlar səhrası, Boranlar gədiyi adlayan, Böhtanlar ətəyi qatlayan Cürətin olarmı? Qüvvətin olarmı?”. Bu fundamental şeirdə müəllif  poeziyanın üç mühüm funksiyasını vurğulayırdı. Bu da təbii ki, nəslin şeiriyyət qarşısında qoyduğu tələblərlə qırılmaz surətdə bağlı idi: “Poeziya, poeziya! Ürəyin yarpaq dilisən, Bənövşə nisgilisən, Bəşərin ən böyük ittiham kürsüsü, Ən iti intiqam qılıncı, Ən incə Gözəllik güzgüsü!”. Gənc şair poeziyanın təbiətini dəqiq təyin edir; “Ürəyin yarpaq diliBənövşə nisgili”! Bu qədər incə zərif varlıq üç mühüm estetik vəzifəni yerinə yetirməlidir: 1. Poeziya tribunası - bəşərin ən böyük ittiham kürsüsünə çevrilməlidir. 2. Poeziya - insanlığın ən iti intiqam qılncı kimi çalmalıdır. 3. Poeziya - dünyanın ən aydın ən incə gözəllik güzgüsü olmalıdır. Əminliklə söyləmək olar ki, hələ cavan olan M.Arazın bu cür poeziya təsnifatına onun bütün yaşıdları imza atardılar. “Poeziya, poeziya!” pleyadanın estetik idealının parlaq ifadəsi idi.

M.ArazPoeziya, poeziya!” şeirində özünün estetik görüşlərini bir küll halında əks etdirməyə nail olmuşdu. Özünün can atdığı qayəvi-fəlsəfi mündəricənin əsas atributlarını, bədii forma axtarışlarının baş yönünü təfərrüatlarını da aydın şəkildə göstərməyə çalışmışdı. Hətta 60- illərdə yeni vüsət alan forma rəngbərəngliyini, heca sərbəst poetikasının qarşılıqlı təsirini ehtiva etməyə can atmışdı. Müəllif  poeziya idealına istənilən mənəvi dəyər keyfiyyətləri, gözəlliyə ağla uyğun yolları, şəkilləri rəva görür; amma bircə şərtlə - əldən-ələ, dildən-dilə düşmək, ürəklərə yol tapmaq, xalq tərəfindən sevilmək şərtilə!

Dildən-dilə düş,

Əldən-ələ düş,

Döyül, bərki, cilalan.

Hamarlan, hamarlan!

60- illərdə poeziya işi təkcə estetik missiya deyildi, sabiq imperiya məkanında bədii yaradıcılıq eyni zamanda daha çox qayəvi-fəlsəfi çarpışmalar demək idi. Bu sınaqlardan da döyüşə-döyüşə, döyülə-döyülə, dözə-dözə, üzüağ, qalib çıxmaq lazımdır. Bədii zövq dəbləri dəyişmək asan başa gələn, asan qazanılan qələbələr sayılmırdı. Gənc qələm sahibləri hər şeirinin, hər kitabının işıq üzü görməsi üçün ziq-zaq yollardan, labirintlərdən uğurla keçməli, bütün mərhələlərdə öz əsərlərinin əslini qorumağı, müdafiə etməyi bacarmalıydılar. Yeni poeziya mürəkkəb bir bədii mühit məkanında öz mahiyyətini ləyaqətini saxlamağa səy göstərirdi.

Poeziya, poeziya!” şeirinin 60- illərin öncül estetik kredosuna poetik əhvali-ruhiyyəsinin rəmzi dərəcəsinə yüksəlməsini təmin edən dörd misrasını burada qeyd etmək vacibdir. Belə ki, şeirdə yeni bədii idealın milli ümumbəşəri ünvanı da aydın surətdə vurğulanmışdır:

Poeziya, poeziya!..

Bir Müşfiq qəlbinin

Sarımtıl muradı!

Bir Lorka ömrünün

Bozumtul fəryadı!

M.Arazın qələm əhli arasında məşhur olanGünəşi ittiham edənlər” (1968) şeirində müəllif  incə bir ustalıqla ictimai münasibətləri ulduzlar aləminə köçürmüş öz mühitinin tipik reallığını şeirdə əks etdirməyə müvəffəq olmuşdur. Əsərdə qəribə bir lirik-fəlsəfi situasiyanın təsviri ilə üz-üzə gəlirik. Səma sakinləri - Günəşdən nur alıb səmada yaşayanlar, ondan işıq alıb mövcud olanlar qəfildən günəşi mühakimə etməyə başlayırlar: “Bu gecə fəzaya düşmüşdü yolum, Bir topa ulduza ilişdi yolum. Qəribə bir aləm gördüm bu gecə: Göz işlədikcə Bir salon uzanır göyün üzündə, Ulduzlar əyləşib əli üzündə...”. Səma tarixində görünməmiş hadisə baş verir. Nankorlar qatillər Günəşi ittiham etməyə girişirlər. Hansısa kənar qüvvənin fətvası ilə Günəşi söndürmək, yox etmək istəyirlər. Amma Günəşin həyatbəxş nurları onları çaşdırır. Bu iblislərin qəlbində Günəşin əvəzinə başqa bir günəş yaratmaq niyyəti baş qaldırır. Təzə günəş yaratmaq ehtirası onların gözlərini tutur, kor edir. Kin həsəd nəticəsində şeytan ürəklilər o boyda Günəşi görməyə əzab çəkirlər: “...Buynuzlu qeybətlər, Cisimlər arası münasibətlər, Dumanlı söhbətlər, Günəş sistemində mehvər istəyir, Göylərdə ayrıca göylər istəyir”. Günəşin bilavasitə fiziki təsir dairəsində mənəvi məkanında yaşayanlar günəşlik eşqinə düşürlər; Günəşi məhv edib günəş olmağı düşünürlər. qədər dəhşətli amansız mərəzdir nursuz, ziyasız varlıqların günəş olmaq ehtirası!

Günəş işıqladan səma zalında

Günəşlik istəyir öz xəyalında

Sönmüş, söndürülmüş meteoritlər,

Sürünən, quyruqlu asteroidlər.  

Yazıq Günəş isə bunlardan xəbərsiz dünyaları həyatbəxş şəfabəxş ziyası ilə nurlandırmaqdadır. Öz işini missiyasını - yaxşılıqlarını, varlığını kainata paylaşmaqdadır: “Günəş öz işində, dərdi-sərində, Baxıb zərrəsinin zərrələrindən İstəyir yeni ay, ulduz yarada, Sönən dünyaların üstünə ata. Günəş öz işində, öz xəyalında, Günəş işıqladan səma zalında Günəş müttəhimdir”. Ulduzların uzun məsləhət-məşvərəti faciənin qarşısını almır, əksinə fəlakətə yol açır. Kinli qəzəbli, “adsız amansızcisimlər öz niyyətlərinə yetir:

Deyir, yana-yana adsız bir cisim;

Günəş haqqımızı tapdayır bizim!

Bəli, adi həyati bir konflikt ulduzlar aləmini alt-üst edir; yad adsızcisimlərin təhriki ilə ulduzlar milyon illərdən bəri şəfəqlərini içdikləri Günəşin qətlinə səs verirlər:” Yalançı natiqlər çıxıb kürsüyə, Böhtanla, yalanla dönüb gürzəyə Günəşin qətlinə verirlər qərar. Mənim qorxduğumu görüncə İkar Söylədi: Yer oğlu, olası deyil! Kainat Günəşsiz qalası deyil. Oğul, nankorların adəti budur, Günəşin nurunu həmişə udub, Cazibə alırlar, sürət alırlar, Sonra da beləcəgözdən salırlar”.

Ötən yüzilin 20-30-cu illərində ictimai-siyasi ədəbi mühitdə geniş yayılmış bu cür dəhşətli cinayətlər hələ 60- illərdə işlək idi gənc şairlər bu amansız reallıqlarla üz-üzə gəlirdilər. Onlar ötən onilliklərin faciələrini qələmə almaqla öz zamanlarına da işarə vurur, yaşıdlarını ayıq-sayıq olmağa çağırırdılar. Bu şeirdə isə konkret olaraq altmışıncıların kumiri olan əbədiyaşar dahinin nakam taleyindən bəhs edildiyini ehtimal etmək olar. Gənc altmışıncılar M.Müşfiqin xatirəsini ansalar da, onun faciəsini bütün açıqlığı sərtliyi ilə təsvir edə bilmirdilər. “Günəşi ittiham edənlər ümumən, bütün - bizim dünyanın qətl edilmiş sənətkarlarının taleyi əks etdiyini söyləmək olar: burada Lermontov Lorkanı da, Yesenin Mayakovskini , Cavid Cavadı da, Fitrət Çolpanı da duymaq, görmək mümkündür. Biz isə şeirin nakam Müşfiqi anım ilində - 1968-ci ildə yazıldığına əsaslanaraq, cavan dahimizin 60 illiyinə ithaf olunduğunu güman edirik. Müşfiqi anmaq, təbii olaraq, qətl olunmuş Günəşi xatırlamaq assosiyasını doğururdu 35 yaşlı Məmməd Araz öz ilhamının qanadlarında cavan ustadını layiq olduğu zirvəyə - düz Günəşin yanına qaldırmışdı. Eyni zamanda, nakam sənətkar yubileyinin geniş qeyd olunması, həqiqətən Günəşi öldürmək gizlətmək mümkünsüzlüyünü bir daha sübut edirdi. M.Araz Günəşin qətlinə fərman verənlərin qədər rəzil qorxunc olduqlarını söyləməklə bütün Şair ölümlərinə işarə edir onların düz gözünün içinə Günəşi gizlətmək olmaz, deyirdi. Cavid, Cavad, Müşfiq günəşini söndürmək, onların nurlarının izlərini yer üzündən silmək olmaz:

Onu əvəz edən bəs kim olacaq?”- 

Burda duruxurlar Günəş yıxanlar.

Bir ki, qədər çalışır ancaq

Onu gizlətməyə yer tapmır onlar.

XXI yüzilin ikinci onilliyində yaşayıb-yaradan gənc qələm sahiblərini yuxarıda söylədiyimiz mülahizələr misal gətirdiyimiz mətnlər bəlkə bir qədər heyrətləndirər. Zira, çağdaş ədəbi mühitimizdə Cavidi, Cavadı, Müşfiqi... tərənnüm etmək artıq fövqəlcəsarət deyil, adi bir könül işidir. Bugün onlar başqalarından bəlkə daha çox yad edilir xatırlanır. Bu  da təbiidir, biz indi azad müstəqil bir respublikanın vətəndaşlarıyıq. Amma əlli il bundan əvvəl isə yeni Azərbaycan şeirini yeni azad ədəbiyyat idealını yaratmaq ehtirası ilə yanan o məşhur mübariz ədəbi gənclik üçün həmin ustadları vəsf etmək, onlara bakirə gənclik sevgisini izah etmək hər şeydən mühüm üstün idi. Nəsillər arasında zamanın amansız tufanları nəticəsində kəsilmiş mənəvi rabitəni bərpa etmək, özlərinin Vətən üçün, azadlıq üçün qurban getmiş şəhid sənətkarların davamı - davamçısı olduqlarını dünyaya elan etmək gənc ədəbi nəsil üçün milli namus qeyrət, ədəbi ölüm olum məsələsi idi. Biz bugün - həmin qızğın qanlı döyüşlərdən düz yarım əsr keçəndən sonra qətiyyətlə etiraf edə bilərik: Altmışıncılar bu missiyanı namusla yerinə yetirdlər, yeni Azərbaycan şeirini azad poeziya amalını yaratmağa nail oldular!..

 





14.10.2012    çap et  çap et