525.Az

TRT-nin sabiq rəhbəri Şenol Demiröz vəfat edib


 

TRT-nin sabiq rəhbəri Şenol Demiröz vəfat edib<b style="color:red"></b>

TRT-nin sabiq rəhbərlərindən olan Şenol Demiröz vəfat edib.

525.az xəbər verir ki, Ş.Demiröz bir müddətdir, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Mərhum Adapazarı Erenler məzarlığındakı ailə qəbiristanlığında dəfn edilib.

1950-ci ildə Adapazarında dünyaya gələn Ş.Demiröz Sakarya Liseyi və Ankara Universiteti Siyasi Elmlər Fakültəsinin Media-Yayım ixtisasını bitirmişdi.

Türkiyə Cümhuriyyətinin Maliyyə Nazirliyinin Mədaxil və İctimaiyyətlə əlaqələr şöbələrində, eləcə də Nazirlər Kabinetin Torpaq və Əkinçilik Şöbəsinin katibliyində mətbuat müşavi kimi çalışan Ş.Demiröz 1976-ci ildə TRT-də işə başlamışdı. 1982-ci ildə kanaldan ayrılaraq 1994-cü ildə İstanbul Böyükşəhər Bələdiyyəsinin Mədəniyyət və Sosial Müdafiə Dairəsi başqanlığına gətirilmişdi. 2004-cü ildə isə TRT-yə rəhbər təyin olunmuş, 2005-ci ildə təqaüdə çıxmışdı.

Xatırladaq ki, Ş.Demiröz İstanbul Böyükşəhər Bələdiyyəsində çalışdığı lllərdə türkdilli respublikalar, eləcə də Azərbaycanla da sıx əlaqələr yaratmışdı.

O, müntəzəm olaraq İstanbulda Azərbaycan Ədəbiyyatı və Mədəniyyəti günlərinin təşkilində, incəsənətimizin qardaş ölkədə təbliğində böyük rol oynamışdı. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olan Ş.Demiröz ədiblərimizlə sıx əlaqə saxlayırdı.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və qurumun Katibliyi Şenol Demirözün vəfatını böyük hüznlə qarşıladıqlarını bəyan edərək mərhumun ailəsinə və yaxınlarına başsağlığı verdikərini bildiriblər.



Rəşad Məcid, İrfan Çiftçi, Şenol Demiröz, Ramiz Rövşən



Şəki, 1998. Şenol Özdemir, Fikrət Babaev, İrfan Çiftçi



Bişkek, 1998. İrfan Çiftçi, Şenol Özdemir, Muhtar Şahanov



Səmərqənd, 1997. Şenol Demiröz



Səmərqənd, 1997. Şenol Demiröz, İrfan Çiftçi, Tofiq İsmayılov

 





27.04.2020    çap et  çap et