525.Az

“Zərifə xanım Əliyeva” Elektron məlumat bazası təqdim edildi


 

“Zərifə xanım Əliyeva” Elektron məlumat bazası təqdim edildi <b style="color:red"></b>

28 aprel, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ad günü münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Zərifə xanım Əliyeva” adlı Elektron məlumat bazası alimin həyat və fəaliyyətinə həsr olunub.

Məlumat bazasında alimin həyat və fəaliyyətinə dair sənədlər, kitabları, elmi məqalələri, haqqında yazılan kitab və məqalələr, akademikin dünya kitabxanalarındakı əsərləri, Zərifə xanım Əliyeva surəti bədii ədəbiyyatda, Zərifə Əliyevanın adının əbədiləşdirilməsi haqqında sənədlər, fotoalbomlar, videoqalereya və digər sənədlər təqdim olunur.

Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə  xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

Gözlərə nur, qəlblərə hərarət bəxş edən böyük insan, akademik Zərifə Əliyevanın keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun özündən sonra qoyduğu ənənələr bu gün tələbələri, yaxınları tərəfindən layiqincə davam etdirilir.

 





28.04.2020    çap et  çap et