525.Az

Şair Günay Səma Şirvana - Fikrət Qocadan


 

Şair Günay Səma Şirvana - <b style="color:red">Fikrət Qocadan </b>

Ötən il ölkə Prezidenti cənab İlham Əliyev bir sıra yaradıcı təşkilatlara maliyyə vəsaiti ayırdı. Azərbaycan Yazıçılar Birliyinə ayrılmış vəsaitdən biz katiblikdə qərar verdik ki, həm də ktab çapı üçün  istifadə edilsin.
 
Bu məqsədlə aylıq ədəbiyyat dərgisi “Ulduz”a da müəyyən məbləğ pul ayrıldı. “Ulduz” jurnalının rəhbərliyi onlara ayrılmış vəsait hesabına AYB və “Ulduz” jurnalının birgə layihəsi olan “Ulduzlu nəşrlər”in çapına start verdi. Hər ay “Ulduz” jurnalının üzərində oxuculara pulsuz olaraq hədiyyə olunan  “Ulduzlu nəşrlər” istedadlı qələm sahiblərinin kitabının çapını reallaşdırdı.

Baş redaktor Qulu Ağsəsin gözəl təşəbbüsü və böyük zəhməti sayəsində ərsəyə gələn “Ulduzlu nəşrlər” oxucularla yanaşı, hər ay mənim də  diqqətlə izlədiyim bir layihə idi. Demək olar ki, layihənin bütün nəşrlərini oxumuşdum. Amma son günlər – bu sosial təcrid günləri kitab rəfimdə olan nəşrləri yenidən gözdən keçirdim. Onların arasında Günay Səma Şirvanın “Çobanyastığı mövsümü” nəzərimi çəkdi..
Günay xanımın kitabını diqqətlə oxudum. Kitab haqqında yazı yazmağı planlaşdırırdım, amma həmin yazıdan qabaq bu kiçik şeir yarandı. Bu şeiri Günay Səma Şirvana ithaf edirəm. Ona yaradıcılıq uğurları arzulayıram.

Şair Günay Səma Şirvana

“Krujeva” kimi şeirlərini oxudum,
Sən çox boyük şairsən, qızım.

Qadından pir olmur –
Şairlər üçün sən pirsən, qızım.

Amma sən elə mənim də  qızımsan, Günay,
Sən mənim
çox az adam oxuyub
anlamadığı əlyazımsan, Günay...

 





28.04.2020    çap et  çap et