525.Az

Pentaqon UNO-ların görüntüsünü yayımladı - Video


 

Pentaqon UNO-ların görüntüsünü yayımladı -<b style="color:red"> Video</b>

ABŞ-ın Müdafiə Nazirliyinin rəsmi internet saytında uçan naməlum obyektlərlə (UNO) bağlı videolar yerləşdirilib.

"Report"un xarici mətbuata istinadən verdiyi xəbərə görə, üç videodan biri 2004-cü ilin noyabr ayında, digəri isə 2015-ci ilin yanvar ayında çəkilib. 2007 və 2017-ci illərdə videolar Pentaqonun icazəsi olmadan internetə sızdırılıb. Lakin, Hərbi Dəniz Qüvvələri videoların həqiqiliyini təsdiqləyib.

Hərbi təyyarələrdən qeydə alınan videolarda naməlum uçan obyektlər görünür. Onların görünüşü nə təyyarələrə, nə helikopterlərə, nə də insanların tanıdığı digər uçan vasitələrə bənzəmir.

Pentaqon bildirib ki, videolar ictimaiyyət nümayəndələrinə verilən hər hansı yanlış fikirlərə aydınlıq gətirmək məqsədilə yayılıb.



 





28.04.2020    çap et  çap et