525.Az

Qarabağ: danışıqsız çıxış yolu


 

Qarabağ: <b style="color:red">danışıqsız çıxış yolu</b>

Məni bu yazıya vadar edən Gorusda doğulmuş, Xocalıda azərbaycanlılara qarşı vəhşiliyi ilə ad çıxaran, hazırda Argentinada yaşayan Levon Saribekyanın mətbuata verdiyi müsahibədir.

Müsahibəni yəhudi Aron Hanukayev tərcümə edərək sosial şəbəkədə paylaşıb. Bu qatı terrorçu müsahibədə fəxrlə belə deyir: "Biz bütün qadınlara təcavüz edir, istədiyimiz kimi öldürürdük. Diri-diri yandırır, maşınlara bağlayıb sürüyürdük. Dişlərini sökür, gözlərini çıxarır, qulaqlarını kəsirdik. Yaralarına kislota tökürdük". Bizə, türk dünyasına qarşı nifrətini gizlətmir, sanki dediyi sözlərdən zövq alır: "Türkü öldürmək günah deyil, əksinə, böyük bir mükafatdır".

Görəsən, "ermənilər pis insanlar deyil, onlar ürəyi təmiz, saf insanlardır", "ermənilərlə dost olmalıyıq", "ermənilər bizim düşmənlərimiz deyil", "biz gənclərimizə izah etməliyik ki, bizim ermənilərlə heç bir poblemimiz yoxdur" deyən sapı özümüzdən olan baltalar ermənilərin vəhşiliklərindən xəbərsizdirlər? İnanmıram, onlar da bizim kimi hadisələrdən xəbərdardılar. Bəs onları nə vadar edir ki, düşmənə belə can yandırırlar?

Ermənilər üçün canfəşanlıq edənlərə sosial şəbəkədə verilən cavablardan da görünür ki, Mirzə Cəlilin sözü olmasın, biz hələ də ayılmamışıq, yerimizdə gərnəşirik.

Kənan Mustafayev adlı bir nəfərin cavabı ilə tanış olaq. O yazır: "Biz çox rahat millətik. Heç vecimizə də deyil, xatırlayan da yoxdur, elə bil, heç bizim başımıza bu işlər gəlməyib. Allah axırını xeyir eləsin". Axırımızın xeyir olması üçün dostla düşməni tanımalıyıq.

Təəssüflər olsun ki, ermənilərin Xocalıda törətdikləri soyqırımı bu günə kimi tanınmır. Onların əsirlər üzərindəki işgəncə növləri ilə tanış olanda bir daha bizə, türklərə qarşı nifrətini görürsən. İyrənc erməni işgəncə növlərinə aşağıdakılar daxildir:

Hamilə qadınların qarınlarının cırılaraq uşaqların oradan çıxarılması: Ermənilər əsasən Xocalı şəhərində əsir düşən hamilə qadınların qarınlarını əsgər bıçağı ilə cıraraq, onların bədənlərindəki uşaqları itlərə yem edir, qadınların daxilinə giliz, diri pişik, ilan, qurbağa, siçan və s. doldurur, yaranı tikir və qadınların əzablar içərisində ölməsinə baxırdılar.

Təcavüz: Ermənilər 4 yaşından 60 yaşına qədər bütün qız və qadınlara növbə ilə təcavüz edir, sonra onları lüt halda rəqs etməyə məcbur edirdilər.

Siçovul yuvası: Əsirin əl-ayağını bağlayıb dəmir vedrəyə otuzdurub və içərisinə diri siçovul qoyurlar. Vedrənin arxasını deşib siçovulun keçə biləcəyi dəlik saxlayır və əsiri həmin dəliyin üstə otuzdururlar. Sonra vedrəni qızdırırlar və içəridə istidən xilas olmaq üçün siçovul əsirin anus dəliyinə girərək onu daxili orqanlarını yeyir və çölə çıxır. Bu cəza növünü əsasən Suriya və Livan erməniləri edirdilər.

Odda yandırmaq: Bir neçə əsiri qollarından hündürlükdən asaraq ayaqları altında tonqal qalamaq, isti suda diri-diri yandırmaq, quyuya ataraq üstünə dizel, yaxud benzin tökərək yandırmaq, dəmir boruya salıb oda atmaq, taxtaya bağlayıb od vurmaq və s. formada yandırırdılar

Qurban kəsmək: Ermənilər əsir düşən azərbaycanlıları bayramlarında ölən əsgərlərinin və yaxınlarının məzarlarının üstündə qurban kəsirdilər.

Göz çıxarmaq: Qızdırılmış əsgər bıçağı ilə əsirlərin gözləri çıxardılır və itlərə yem edirdilər.

İt əvəzinə saxlamaq: Əsirləri imkanlı ermənilər alıb öz bağlarında, evlərində it damında saxlayır, boğazlarına zəncir taxır və it kimi durmağa və hürməyə məcbur edirdilər. Bəzən "it döyüşü" keçirir və mərcə girirdilər. Etiraz edəni döyüb oda atırdılar.

İtlərə yem etmək: Əsirləri sıraya düzür, hasar çəkilən əraziyə salır və təlim keçmiş itləri onların üzərinə buraxırdılar. İtlər əsirləri parça-parça edirdi.

İynə: Əsir düşənlərin bədənlərinə benzin, dizel, spirt və digər naməlum tərkibli məhlullar vuraraq onları şikəst edirdilər.

Ölülərə həqarət: Ermənilər ölən əsirlərin meyitlərini ayaqyoluna atır, donuzlara yem edir və hətta onların ətini bişirib əsirlərə yedizdirirdilər.

Yaralılara əzablar: Yaralı əsirlərin yarası üzərinə kislota, benzin, qaynar yağ və s. tökür, təcrübə məqsədilə əməliyyat aparırdılar.

Orqan satışı: Əsir düşənlərin daxili orqanlarını əməliyyat edir və xarici ölkələrə satışını təşkil edirdilər.

(Qeyd: Yuxarıda qeyd olunan faktlar AMEA-nın əməkdaşı, Diaspor və Lobbi Elmi Araşdırmalar Mərkəzinin direktoru Zaur Əliyevin Femida.az saytında dərc olunmuş məqaləsindən götürülüb)

Ermənilərin bu vəhşiliyindən sonra insan olan kəs necə olar ki, desin "ermənilər pis insanlar deyil, onlar ürəyi təmiz, saf insanlardır".

Görünür, bizim bir xalq kimi dözümlü, səbirli, bir sözlə, tolerant olmağımızın nəticəsidir ki, içimizdəki dönüklər düşməni mələk kimi görür və onu da həyasızcasına təbliğ edirlər. Belələrində vətən və torpaq sevgisi olmaz. Onların bir nümayəndəsi də Moskvadakı diasporumuzun əməkdaşıdır. Onun Qarabağ, şəhidlər haqqındakı düşüncələri heç də ermənilərin fikirlərindən seçilmir və açıq-aşkar utanmadan, çəkinmədən mövqeyini belə bildirir: "Azərbaycanda şəhid olanlar mənim üçün şəhid olmayıb və uğrunda döyüşülən torpaqlar da mənim deyil. Mən qarabağlı da deyiləm ki, torpaqları qorumağa haqqım çatsın. Mən Rusiya vətəndaşıyam, Qarabağı gedib qarabağlılar qorusun". Onu da bildirim ki, qızını erməniyə verib. Utanmaz-utanmaz da deyir ki, anam sağ olsaydı, onu da erməniyə verərdim. Bu, onun dar düşüncəsidir, özü bilər.

Sosial şəbəkədə bu azərbaycanlının, erməni vurğununun ünvanına deyilən söyüşləri qoyuram bir kənara, yalnız Səməd Məmmədov adlı bir nəfərin yazısına müraciət etməyi lazım bildim. O yazır: "Bəs bunu kim Azərbaycan diasporu seçib? Niyə ermənidən törəmələri diaspor seçirik?"

Düz sözə nə deyəsən!

Otuz ilə yaxındır Ermənistan işğal etdiyi ərazilərdə qəsəbə salır, məktəb tikir, Suriyadan qaçqın düşmüş erməniləri məskunlaşdırır. Taclı virusun tüğyan etdiyi vaxtda qondarma respublikada "prezident" seçkisi keçirir. Yeni seçilən "prezident" Arutunyan yerini qızdırmamış elan etdi ki, Kəlbəcərdə tikintisi yarımçıq qalmış su elektirik stansiyasının tikintisini başa çatdıracaq. Bu arxayınlıq hardandır?

Bəli, ermənilərə belə bir söz vaxtilə verilmişdi. Bu sözü Mixail Qorbaçov vermişdi. 1983-1988-ci illərdə Dövlət Təhlükəsizlik Komitəsinin Dağlıq Qarabağ Muxtar Vilayəti bölməsinə rəhbərlik etmiş general-mayor Georgi Septa (Naxçıvanda doğulub) Azeri.today saytına müsahibəsində Kremlin Qarabağ münaqişəsində oynadığı rolu faktlarla açıqlayıb: Mixail Qorbaçov ABŞ-da səfərdə olarkən arvadı Raisa Qorbaçovaya erməni diasporu bahalı brilyant üzük hədiyyə edir və əvəzində Qarabağ məsələsini onların xeyrinə həll olunmasına razılıq alır. Raisa Qorbaçovanın erməni diasporuna cavabı bələ olur: "Qarabağ məsələsi tezliklə həll olunacaq".

Yeri gəlmişkən, qeyd edim ki, Rusiyanın tanınmış siyasi və ictimai xadimi Sergey Baburin "Rossiya-1" telekanalında “Solovyov ilə axşam” proqramında (1 noyabr, 2019) "28 il SSRİ-siz. Sovet İttifaqının dağılmasına necə hazırlıq görülürdü" mövzusunda keçirilən müzakirədə çıxış edərək bildirdi ki, Qorbaçov və SSRİ rəhbərlərindən olan Aleksandr Yakovlev erməniləri Dağlıq Qarabağı almağa çağırırdılar. Hətta Baburin onu da qeyd elədi ki, Yakovlev Yerevanda (İrəvanda ) olarkən "Dərhal qərar verib Qarabağı ələ keçirin" çağırışı ilə ermənilərə dəstək olmuşdur. Həmin dövrdə Rusiyada baş verən siyasi proseslərin həqiqi iştirakçısı və canlı şahidi Baburin etnik qarşıdurmanı kimlərin hazırladığını və bütün təhlükələrin arxasında SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov və sovet hökumətinin durduğunu çəkinmədən veriliş iştirakçılarına bildirdi.

Atalar məsəlidir: "Arxalı köpək qurd basar". Ermənilər Kremlə arxayın olmasaydılar, heç Qarabağ məsələsini gündəmə gətirməzdilər. Erməni olanda nə olar, rusların onlara köməyini dilə gətirənlər də var. Onlardan biri, deputat 2014-cü ildə "Azadlıq" radiosunun erməni bölməsinə müsahibəsində bunları deyib: "Məgər Qarabağda biz qələbə qazandıq? Əgər Moskvanın dəstəyi olmasaydı, biz bu günə qədər Qarabağı əlimizdə saxlaya bilərdik? Ümumiyyətlə, sizcə, bizim ordu ruslarsız Qarabağa girə bilərdi? Əlbəttə ki, bunların hamısı Rusiyanın köməyi ilə başa gəlib".

İndiyədək Dağlıq Qarabağla bağlı səsləndirilən fikirlər, hadisələrin əsl mahiyyətini əks etdirmir. Bu fikirlər status-kvonu qoruyub saxlamağa xidmət edir. Bu da həm Ermənistan üçün, həm də Rusiya üçün məqbuldur.

Kremlin hər iki respublikaya "xalqınızı sülhə hazırlayın" çağırışı Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir. Bunu ayrı cür başa düşmək olmaz. Axı işğal olunmuş torpaqlar azad olunmayınca hansı sülhdən söhbət gedə bilər?

Dağlıq Qarabağ məsələsində Azərbaycanın tutduğu mövqe birmənalıdır. Ölkə başçısı bəyan edib ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, problem yalnız Azərbaycanın bütövlüyü çərçivəsində həllini tapmalıdır.

İpə-sapa yatmayan, beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə məhəl qoymayan Ermənistanı yalnız silah gücü ilə susdurmaq olar. Buna Azərbaycan ordusunun gücü çatar. Odur ki, Azərbaycan danışıqlara "yox" deyib, özündə təpər tapmalı, işğal olunmuş torpaqları azad etməlidir.

 





28.04.2020    çap et  çap et