525.Az

NATO baş katibinin səlahiyyət müddəti uzadıldı


 

NATO baş katibinin səlahiyyət müddəti uzadıldı<b style="color:red"></b>

NATO-nun baş katibi Anders Foq Rasmussenin səlahiyyət müddəti uzadılıb.

APA-nın xəbərinə görə, bu qərar A. F. Rasmussenə 2014-cü il sentyabrın 4-5-də Cənubi Uelsdə keçiriləcək  NATO sammitinə hazırlıq görmək və toplantıya sədrlik imkanı vermək məqsədilə qəbul olunub. Onun səlahiyyət müddəti 2014-cü il sentyabrın 30-na qədər artırılıb.
 
Qeyd edək ki, danimarkalı A. F. Rasmussen 2009-cu ilin avqustunda baş katib seçilib və alyansın 12-ci baş katibidir.
 

 





11.12.2013    çap et  çap et