525.Az

Milli Kitabxanada Beynəlxalq Onlayn Kitabxana Forumu keçirildi


 

Milli Kitabxanada Beynəlxalq Onlayn Kitabxana Forumu keçirildi <b style="color:red"></b>

Aprelin 29-da Milli Kitabxanada MDB dövlətlərinin və bir sıra digər xarici ölkələrin Milli Kitabxana direktorlarının iştirakı ilə “Karantin şəraitində mütaliə: Kitabxanalar yeni formatda” mövzusunda Beynəlxalq Onlayn Kitabxana Forumu keçirilib.

Forumda Azərbaycan, Rusiya, Qazaxıstan,  İtaliya (Roma), Malaziya,  Fransa, Çin, Moldova, Bolqarıstan, Gürcüstan və digər ölkələrin Milli Kitabxana direktorları çıxış ediblər.

Milli Kitabxana direktorları koronavirus dövründə kitabxanaların fəaliyyətindən, həyata keçirilən layihələrdən danışıblar.

Koronavius dövründə yaranan problemlər müzakirə olunmuş, kitabxanaların bu günkü onlayn xidmətləri barədə çıxışlar olub.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov “Milli Kitabxanalar karantin dövründə: Yeni şəraitdə yeni xidmətlər” mövzusunda  çıxışında Azərbaycan Milli Kitabxanasının bu çətin şəraitdə yaratdığı yeni onlayn xidmət formalarını nümayiş etdirib və rəqəmlərin dili ilə karantin dövründə oxucuların fəallığının artmasından danışıb.

Forum iştirakçılarını Milli Kitabxananın hazırladığı “Dissertasiyaların virtual Elektron kitabxanası”, “Səsyazılarının və qrammafon vallarının Elektron kitabxanası”, habelə elektron resursu olmayan materialların yerindəcə rəqəmsallaşdırılaraq pdf formatında sifarişçilərin elektron ünvanlarına göndərilməsi xüsusilə maraqlandırıb və bu barədə K.Tahirova çoxlu sayda suallar ünvanlayıblar.

 





29.04.2020    çap et  çap et