525.Az

Səhrada cənnət- Və ya hər bir müsəlmanın getmək arzusunda olduğu ölkə.....


 

Səhrada cənnət- <b style="color:red">Və ya hər bir müsəlmanın getmək arzusunda olduğu ölkə.....</b>

Yazıma belə bir ad seçməyim təsadüfü deyil. Özü təsadüflərə inanmayan biri kimi... Səudiyyə Ərəbistanı Krallığı doğrudan da, səhrada cənnətdir. Noyabrın son günləri, dekabrın əvvəlləri...Temperatur müxtəlif şəhərlərdə 30-40 dərəcə arasında dəyişir. İlk dəfə səfər etdiyim hər bir ölkə haqqında elə ilk təəssüratım hava limanından şəhərə qədər olan məsafədə yollarından başlayır. Paytaxt Əl Riyadın Hava Limanında bizim qrupu - "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidi, "Xalq qəzeti"nin tanınmış yazarı İttifaq Mirzəbəylini, AzTV-nin operatoru Vüqar Həsənovu bu sətirlərin müəllifini Səudiyyə Ərəbistanı İnformasiya Nazirliyinin nümayəndələri qarşılayır. Hava Limanından qalacağımız "Marriott" hotelinə qədər yolların hər iki tərəfi yaşıllıqlara bürünüb. Arabir səhralar görünsə , diqqətimi daha çox yaşıllıqlar, salınmış meşələr, xurma ağacları çəkir.

Geniş rahat yollarda ABŞ-da, Yaponiyada istehsal olunan avtomobillər üstünlük təşkil edir. Eyni zaman, qədim müasir tikililər, körpülər, tunellər...Hotelə çatanda Orta Asiyadan - Özbəkistandan, Qırğızıstandan, Tacikistandan gələn həmkarlarımızla tanış oluruq.

Haşiyə: Hələ Bakıda olarkən Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri cənab Musaid Əl Suleym bizimlə görüşündə bildirmişdi ki, səfərin məqsədi Səudiyyə Ərəbistanı ilə Azərbaycan, eləcə , Orta Asiya ölkələri ilə iqtisadi əlaqələri inkişaf etdirməkdən ibarətdir. Diplomat onu da əlavə etmişdi ki, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında siyasi əlaqələr olduqca yüksək səviyyədədir. Ona görə iki ölkə rəsmiləri Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirməkdə maraqlıdırlar.

Səudiyyə Ərəbistanında olduğumuz günlərdə, keçirdiyimiz görüşlərdə, tədbirlərdə bütün bunların bir daha şahidi olduq. Bu barədə bir az sonra daha ətraflı yazacağam(.

Biz Orta Asiyadan olan həmkarlarımız...

 Elə səfərimizin ilk günü Orta Asiyadan gələn həmkarlarımızla tanış olduq belə demək mümkünsə, dörd qrup tezliklə bir qrupa çevrildi. Onların hər biri öz ölkələrinin nüfuzlu telekanallarını, mətbuat orqanlarını, informasiya agentliklərini təmsil edirdilər. Aralarında Xarici İşlər Nazirliyinin nümayəndələri vardı. Demək olar ki, hər biri Azərbaycan haqqında çox məlumatlı idilər. Sonradan həmkarlarımın Azərbaycan, Bakı, Qarabağ münaqişəsi ilə bağlı materiallarını görəndə, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini onun digər ölkə rəhbərlərinə örnək olacaq keyfiyyətlərini önə çıxaran məqalələri oxuyanda onlara hörmətimiz daha da artır.

Səudiyyə Ərəbistanı Tarix Muzeyində...

Səfər proqramımızda ilk tanışlığımız ölkənin Tarix Muzeyindən başladı. Tarixi özündə əks etdirən zəngin muzeydə müasir aparatlar quraşdırılıb. Ölkənin tarixi, mədəniyyəti, müqəddəs yerləri, yeraltı sərvətləri s. ilə maraqlanırsansa, o zaman uyğun olaraq qarşındakı düyməni basırsan Səudiyyə Ərəbistanının xəritəsini gözdən keçirirsən. Səni maraqlandıran məlumatlar xəritədə yaşıl işıqla öz əksini tapır.

Muzeydə ən yaddaqalan məqamlardan biri o qədər böyük olmayan, lakin 3 ton ağırlığındakı meteorit parçası oldu. Onun zaman yer üzünə düşdüyü məlum olmasa da, yüz il öncə Səudiyyə Ərəbistanı ilə Oman sərhədindən tapılıb.

Eyni zamanda, müqəddəs şəhərlərin - Məkkənin, Mədinənin, Kəbə Evinin maketləri var. Bundan başqa, Krallığın müxtəlif dövrlərinə aid olan şəhər planlarının, sarayların maketləri elə qurulub ki, elə bil özünü o dövrdə hiss edirsən. Səudiyyə Ərəbistanının tarixindən bəhs edən, müxtəlif dillərə tərcümə olunan on-on beş dəqiqəlik sənədli filmlər muzeyi ziyarət edənlər üçün nümayiş etdirilir.  

Muzeydə vaxtilə ölkə ərazisində mövcud olan, indi isə kökü kəsilən heyvanların qalıqları saxlanılır.

Ümumiyyətlə, ölkənin Tarix Muzeyi ilə tanışlıq üçün ən azı yarım gün burada olmalısan.

Qədim müasir Əl Riyad, balaca Mühammed... 

Günün ikinci yarısı Orta Asiyadan olan həmkarlarımızla, Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Musaid Əl Suleym, eləcə , ölkənin Xarici İşlər Mədəniyyət Nazirliklərinin nümayəndələri ilə birlikdə Əl Riyadın qədim yerləri, qalaları, məhəllələri ilə tanış oluruq. Eyni zamanda da, Əl riyadlılarla..... Əslində, bütün ərəb ölkələrində olduğu kimi, havaların isti olması ilə əlaqədar adamlar daha çox axşamlar gəzməyə, istirahət, alış-veriş etməyə üstünlük verirlər. Bəlkə tarixi çox sevdiyimdən qədim yerləri, qalaları, məhəllələri görmək, tanış olmaq xüsusi zövq verir. Nisbətən yaşlı insanlar, qadınlar oturub söhbət edir, uşaqlar isə elə dünyanın hər yerində olduğu kimi öz uşaq dünyalarındadırlar.....Topla oynayan kim, evcik quran kim.....Valideynləri həm istirahət, həm onlara nəzarət edirlər. Bir neçə dəqiqəliyə qədim qala daşının üzərində əyləşib onların futbol oynamasına tamaşa edirəm. Top əyləşdiyim yerə gəlib düşəndə, beş-altı yaşlı yaraşıqlı uşaq bir qədər çəkinə-çəkinə mənə yaxınlaşır. Yəqin ki, əcnəbi olduğumu hiss edib. Topu əlimdə tutub, başını tumarlayıram. O, həm mənə, həm topa baxıb gülümsəyir...Adını soruşuram. Şirin ərəb ləhcəsi ilə - Mühammed - deyir. Topu qaytaran kimi - Şukran - söyləyib, dostlarının yanına qaçır.....

Səudiyyə Ərəbistanında insanlar olduqca qonaqpərvər, istiqanlı, mehribandırlar. Özlərinin təbirincə desək, elə bizdə olduğu kimi.....

Qaldığımız hoteldə isə, Mətbuat Mərkəzi demək olarki, günün 24 saatı bizim ixtiyarımızdadır.

Qarşıda isə bizi Səudiyyə Ərəbistanının böyük şəhərləri, liman, iqtisadi, sənaye mərkəzləri ilə tanışlıq gözləyir...

 

Səudiyyə Ərəbistanı Şərq vilayətinin paytaxtı -Dammam 

İlk səfər etdiyimiz şəhər Səudiyyə Ərəbistanının üçüncü böyük şəhəri malliyyə paytaxtı Dammamdır. Elə ilk tanışlıqdan Ərəb körfəzinin sahilində yerləşən bu şəhərin gözəlliyinə heyran qalıram. Hər zaman deyirlər ki, dəniz sahilində yerləşən şəhərlər xoşbəxt olur. Bilmirəm, bu ifadənin müəllifi kimdir, ümumiyyətlə.....mənə elə gəlir ki, xoşbəxtlik məfhumu insana məxsusdur. Bəlkə səhv fikirləşirəm, bəlkə düz.....Hər halda, Səudiyyə Ərəbistanının Şərq vilayətinin paytaxtı sayılan bu şəhər çox gözəldir. Oxuduqların, yazdıqların, görmək bir başqa, canlı, gözlərinlə görmək isə, ünvanında olmaq bir başqa... Ərəb körfəzini deyirəm, buranı müxtəlif adlarla adlandırırlar. Ərəb, Fars körfəzi s... Ərəb körfəzi sahilində bir müddət gəzirik, çəkiliş aparırıq.  Bir faktı da qeyd edim ki, Ərəb körfəzi boyunca cəkilən tunel düz Bəhreynə qədər aparıb çıxarır... Lakin körfəzdən Bəhreyi seyr etmək olar... Tunel vasitəsilə Bəhreynə keçmək üçünsə, mütləq viza tələb olunur.

Əhalisi 3 milyona yaxın Dammamda çoxsaylı görüşlər keçirdik, sənaye müəssisələrində olduq. Bütün görüşlərdə Səudiyyə Ərəbistanı rəsmiləri xüsusi olaraq bildirdi ki, "Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikası arasındakı əməkdaşlıq əlaqələri qardaş müsəlman dövlətləri arasındakı əməkdaşlığın bir nümunəsi sayıla bilər. Ələlxüsus siyasi sahədə iki ölkə arasında beynəlxalq təşkilat forumlar çərçivəsində davamlı koordinasiya həyata keçirilir. Bir çox regional beynəlxalq məsələlərdə eyni mövqelərdən çıxış edilir. Siyasətlə yanaşı Səudiyyə Ərəbistanı Krallığının digər sferalarda da iki ölkə arasındakı əməkdaşlıq üçün prioritet saydığı sahələrə gəlincə isə demək lazımdır ki, Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikası iqtisadi sahənin inkişafı, o cümlədən qarşılıqlı ticarət dövriyyəsini investisiyaları artırmaq, hər iki ölkənin özəl sektorunu əməkdaşlığa cəlb etmək üzərində aparır".

  

Səudiyyə Ərəbistanı

iqtisadiyyatı

 

Səudiyyə Ərəbistanı iqtisadiyyatı əsasən neft gəlirlərinə söykənir.  Səudiyyə Ərəbistanı dünya neft ehtiyatlarının 25%- malik olaraq, dünyada neft ixracına görə birinci yer tutur OPEK-in aparıcı üzvüdür. Neft gəlirləri ölkə büdcəsinin 75%-ni, ümumdaxili məhsulun 45%-ni ümumi ixracın 90%-ni təşkil edir. Ümumdaxili məhsulun 40%-i özəl sektorun payına düşür. Səudiyyə Ərəbistanında çalışan 10 milyona yaxın əcnəbi ölkə iqtisadiyyatı, xüsusən neft xidmət sektorunda vacib rol oynayır. Hökumət iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması Səudiyyə Ərəbistanı vətəndaşlarının məşğulluğunun artırılması məqsədilə özəl sektorun inkişafına xüsusi diqqət ayırır. Səudiyyə Ərəbistanı hökuməti ölkədə elektrik enerjisi təbii qaz istehsalı, telekommunikasiya neft kimyası sahələrində özəl sektorun xarici investorların iştirakını dəstəkləyir. Uzun sürən danışıqlardan sonra Səudiyyə Ərəbistanı nəhayət ki, 2005-ci ilin dekabr ayında Ümumdünya Ticarət Təşkilatının üzvü seçilib. Neftdən gələn gəlirlərin sayəsində Səudiyyə Ərəbistanı hökuməti təhsil, peşə hazırlığı, habelə infrastrukturun inkişafı maaşların artırılmasına külli miqdarda vəsait ayıra bilir. Neftdən krallığın asılılığını azaltmaq üçün sürətlə artan səudiyyə əhalisinin məşğulluğunu artırmaq üçün, son illərdə özəl sektor sürətlə inkişaf edir. Su infrastrukturunun təhsilin inkişafına əlavə vasitələrin ayrılması ən yaxın perspektivdə Səudiyyə Ərəbistanının hökumətinin əsas prioritetidir. Suyun çatışmazlığı sürətli əhali artımı ölkəyə özünü kənd təsərrüfatı məhsullarıyla tamamilə təmin etməyə icazə vermirlər.

Səudiyyə Ərəbistanına səfərimiz, bu ölkə ilə bağlı ən maraqlı nüansları gələn yazılarımızda diqqətinizə çatdıracağıq.

Bizi izləyin.

Ağanisə SULTANOVA

Bakı-Əl Riyad- Ciddə-Məkkə-Əl Riyad- Bakı,

Xüsusi olaraq "525-ci qəzet" üçün

 





11.12.2013    çap et  çap et