525.Az

Müdafiə Nazirliyi Ermənistan KİV-ində yayılan məlumatı təkzib etdi


 

Müdafiə Nazirliyi Ermənistan KİV-ində yayılan məlumatı təkzib etdi<b style="color:red"></b>

Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycan tərəfinin minaatanlardan istifadə etməklə atəşkəs rejimini pozması barədə yayılan xəbər yalandır, həqiqəti əks etdirmir.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Ermənistan tərəfinin iddiasının əksinə olaraq bu gün gündüz saatlarında düşmən ordusunun bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri 82 millimetrlik minaatanlardan istifadə etməklə cavab atəşi ilə düşmənin atəş nöqtələrini susdurub.

 





29.04.2020    çap et  çap et