525.Az

90 ilin zirvəsində- davamı


 

90 ilin zirvəsində- <b style="color:red">davamı</b>

Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin rektoru,
filologiya üzrə elmlər doktoru, professor

 

Hazırda universitetdə musiqi sənətinin populyar ixtisasları üzrə gələcəyin sənətkarları yetişdirilir, "Solo oxuma", "Estrada müğənnisi", "Xalq çalğı alətləri ifaçılığı", "Aşıq sənəti" kimi ixtisaslar üzrə kadr hazırlığı aparılır. Bu gün burada tanınmış musiqi xadimləri dərs deyirlər. Bu sənətçilər onilliklər boyu formalaşmış sənət ənənələrini davam inkişaf etdirirlər.

Son illər Heydər Əliyev  Fondunun Prezidenti, YUNESKO İSESKO-nun xoş məramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın muğam sənətinə verdiyi böyük dəyər, bu sahədə həyata keçirdiyi ölkədaxili beynəlxalq tədbirlər universitetdə  muğam ixtisası üzrə  kadr hazırlığına da öz müsbət təsirini göstərmişdir. Belə ki, Heydər Əliyev Fondunun muğam sənəti çərçivəsində nəşr etdirdiyi kitablar, müxtəlif elmi-tədqiqat əsərləri tələbələrimiz üçün qiymətli dərs vəsaitidir. Eyni zamanda bu fondun təşəbbüsü ilə keçirilən musiqi festivallarında muğam müsabiqələrində  tələbələrimizin iştirakı da bu səmərəli fəaliyyətin bəhrəsidir.

Musiqi sahəsində tələbələrimizin respublika beynəlxalq müsabiqələrdəki uğurları bizi çox sevindirir. "Muğam", "Yeni ulduz" müsabiqələrində, müxtəlif xarici ölkələrdə keçirilən musiqi festivallarında tələbələrimiz laureat adına layiq görülmüşlər.

Universitetdə xoreoqrafiya ixtisası da zəngin tarixə malikdir. Burada görkəmli sənətkarlar pedaqoji fəaliyyət göstərmişlər. Xalq artistləri Tamilla Şirəliyeva, Rəfiqə Axundova, Mədinə Əliyeva başqaları universitetimizin müəllimləri olmuşlar. Bu gün onların ənənələrini davam etdirən xoreoqraf müəllimlərimiz bu sahənin tanınmış təmsilçiləridir. 

Universitetdə musiqi təhsili ənənələri xoreoqrafiya sənəti ilə sıx yaradıcılıq əlaqələrinə malikdir. Bir sıra ixtisaslar kimi, xoreoqrafiya ixtisası üzrə ölkəmizdə ali təhsil verən yeganə sənət ocağı məhz bizim universitetimizdir. Ona görə biz bu sahəyə böyük məsuliyyətlə yanaşır, pedaqoji prosesə yalnız peşəkarları cəlb edirik.

"Avroviziya" Beynəlxalq müsabiqələrində tələbələrimizdən  Səfurə Əlizadənin Fərid Məmmədovun qazandıqları qələbələr universitetimizin uğurlarındandır. "Avroviziya-2013" Beynəlxalq Müsabiqəsində Universitetin IV kurs tələbəsi olmuş, indi magistri olan Fərid Məmmədovun ikinci yerə layiq görülməsi təkcə universitetimiz üçün deyil, bütün respublikamız üçün qürur mənbəyi oldu.

Uğurlarımızdan danışarkən toxunulması vacib olan başqa bir sahə rəssamlıqdır. Respublikamızda rəssamlıq sənəti üzrə ilk ali təhsil müəssisəsi Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetidir. Burada rəssamlıq təhsilinin yarım əsrlik tarixi vardır. Əvvəllər Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirən gənclər ali təhsil almaq üçün Moskvaya, Leninqrada, Kiyevə, Tbilisiyə digər şəhərlərə getmək məcburiyyətində qalırdılar. İncəsənət İnstitutunda rəssamlıq təhsilinin əsasının qoyulması gənclərin bu sahədə məhz respublikamızda ali təhsil almasına imkan yaratdı.

Bu təhsil ocağında Azərbaycanın görkəmli sənətkarları Tahir Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Böyükağa Mirzəzadə, Nadir Əbdürrəhmanov, Nadir Qasımov, Yusif Hüseynov, Rafiq Mehdiyev, xalçaçı rəssam Lətif Kərimov, heykəltəraşlar Ömər Eldarov, Tokay Məmmədov, Mirələsgər Mirqasımov başqaları dərs demişlər. Bu gün universitetin "Rəssamlıq"   fakültəsində  rəngkarlıq, qrafika, dizayn, teatr rəssamı, kino televiziya rəssamı, qrim rəssamı, xalça rəssamı, sənətşünaslıq kimi ixtisaslar üzrə kadr hazırlığı aparılır.

Tələbələrin əsərləri respublikada xarici ölkələrdə təşkil edilən sərgilərdə müntəzəm olaraq nümayiş etdirilir. Rəssam tələbələrimiz 2006 2009-cu illərdə İstanbul Uluslararası Öyrənci sərgilərində, 2010-cu ildə Marmara Universiteti Gözəl Sənətlər Fakültəsinin təşkilatçısı olduğu Beynəlxalq Rəsm sərgisində iştirak etmiş sertifikatlar almışlar. 2011-2013- illərdə keçirilmiş Beynəlxalq Qəbələ rəsm sərgilərində Azərbaycanı təmsil edən rəssamların böyük əksəriyyəti universitetimizin "Rəssamlıq" fakültəsinin təmsilçiləri olmuşlar. Onlar bu sərgilərdə müxtəlif nominasiyalarda yüksək mükafatlara layiq görülmüşlər. 2013- ilin fevralında Berlində Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş beynəlxalq rəsm sərgisində müəllim tələbələrimiz öz əsərlərini nümayiş etdirmiş, böyük uğur qazanmışlar.

Bu gün universitetimiz dövrün tələblərindən irəli gələn yeniliklər yoluna qədəm qoymuşdur. Vaxtilə İncəsənət İnstitutunda fəaliyyət göstərən "Mədəni-Maarif" fakültəsinin bazasında müasir ruhlu "Kulturologiya" fakültəsinin yaradılması bu yeniliklərin bariz təzahürlərindən biridir. Belə bir fakültənin təşkil edilməsi zamanla ayaqlaşmaq deməkdir. Xatırladım ki, respublikamızda bu sahənin ilk peşəkar mütəxəssisi Leninqradda təhsil almış orada kulturologiya üzrə dissertasiya müdafiə etmiş mərhum professor Solmina Dadaşova olmuşdur. Sonrakı illərdə kulturologiyanın tədris elmi-nəzəri bazası məhz universitetimizdə əsaslı şəkildə inkişaf etdirilmişdir. Təsadüfi deyil ki, bu illər ərzində 10-dan artıq mütəxəssis dissertasiya müdafiə edərək kulturologiya üzrə elmlər doktoru fəlsəfə doktoru elmi dərəcələrini almışdır. Kulturologiya sahəsində bu gün yeni ixtisaslar şəbəkəsi yaradılmışdır. Bunlardan "Muzeyşünaslıq, arxiv işi abidələrin qorunması", "Beynəlxalq mədəni əlaqələr", "Menecment" digər ixtisasları qeyd etmək olar. 

  "Muzeyşünaslıq, arxiv işi abidələrinin qorunması" ixtisasının yaradılması günümüzün reallıqlarından irəli gəlmişdir. Dövlət müstəqilliyini elan etmiş respublikamız elə ilk günlərdən etibarən təkcə hərbi-siyasi deyil, həm mənəvi təcavüzə məruz qalmışdı. Maddi - mədəniyyət abidələrimiz, mədəni sərvətlərimiz bəzən özgənin adına çıxılır, mənimsənilirdi. Belə bir şəraitdə mədəni tariximizə, abidələrimizə sahib çıxmaq, onları mənəvi təcavüzdən qorumaq, dünyaya öz adı ilə tanıtmaq müstəqil dövlətimizin mədəniyyət siyasətinin əsas prinsiplərindən birinə çevrilmişdir.

Universitetimizin gerçəkləşdirdiyi başqa bir mühüm ixtisaslaşma "Beynəlxalq mədəni əlaqələr" adlanır. Bu ixtisaslaşmanın beynəlxalq  miqyasda əhəmiyyəti elə adından bəlli olur. Müasirləşən, yeniləşən Azərbaycan sürətlə dünya birliyinə inteqrasiya etməkdədir. Azərbaycanın dünya birliyi ilə əlaqələri çoxplanlı müstəvidə gerçəkləşdirilir. Əlbəttə, əlaqələrimizin mühüm bir səhifəsini mədəniyyət amili təşkil edir.

Ölkəmizin qədim mədəniyyət ocağı olması dünyada böyük maraq doğurur. Bu reallığın dünya birliyinin diqqətinə çatdırılmasında mədəni ənənələrimizi xarici dilləri yaxşı bilən mütəxəssislərə böyük ehtiyac vardır. Beynəlxalq mədəni əlaqələr ixtisaslaşması məhz belə mütəxəssislər yetişdirmək, mədəniyyətimizi beynəlxalq miqyasda təbliğ etmək, onu hüquqi baxımdan qorumaq məqsədi ilə yaradılmışdır. Mədəniyyət, siyasət diplomatik missiya qovşağında qərarlaşan bu ixtisaslaşmanın perspektivli olması dövlətçiliyimizə mədəni siyasət sahəsində uğur gətirəcəyi şübhəsizdir.

Ümumiyyətlə, ADMİU-da xarici dillərin tədrisinə böyük diqqət yetirilir. "Xarici dillər" kafedrasında xüsusi linqofon kabinələri yaradılmışdır ki, bu da xarici dillərin daha keyfiyyətli mənimsənilməsində mühüm əhəmiyyət kəsb edir. Yeri gəlmişkən deyim ki, universitetdə bir sıra ixtisaslar üzrə rus bölməsi açılmışdır.

Universitetdəki digər nəzəri ixtisaslar da günün tələblərindən irəli gəlir. Müstəqillik illərində burada nəzəri ixtisasların əhatəli şəbəkəsi yaradılmışdır. Onların xeyli hissəsi "Sənətşünaslıq" fakültəsinin payına düşür. Teatrşünas, sənətşünas kimi ixtisaslarla yanaşı, universitetdə son  illərdə ədəbi yaradıcılıq ekran dramaturgiyası, kinoşünas, kitabşünas kimi ixtisaslar da açılmışdır. Bu yerdə ssenari yaradıcılığı üzrə kadr hazırlığını xüsusilə qeyd etmək istəyirəm. Rəssamlıq kino sahələrində olduğu kimi, vaxtilə ssenari sənəti üzrə ali təhsil almaq istəyən gənclər Moskvaya, Qorki adına Dünya Ədəbiyyatı İnstitutuna, Ümumittifaq Kinematoqrafiya İnstitutuna üz tuturdular. Bu gün məhz bizim universitetdə həmin ixtisas üzrə kadr hazırlığı aparılır. "Sənətşünaslıq" fakültəsində Natiq Rəsulzadə, Ramiz Rövşən, Çingiz Əlioğlu kimi tanınmış qələm sahibləri pedaqoji fəaliyyət göstərmişlər.

Məzunlarımız bu gün "Azərbaycanfilm" kinostudiyasında, telekanallarda çalışır, təkcə respublikamızda deyil, xarici ölkələrdə keçirilən yaradıcılıq müsabiqələrində fəal iştirak edir, mükafatlara layiq görülürlər. Belə bir faktı qeyd etmək istəyirəm ki, məzunlarımızdan Səbinə Mövsümova 2005-ci ildə Almaniyada keçirilən beynəlxalq ssenari müsabiqəsində Qarabağ mövzusuna həsr etdiyi ssenarisi ilə birincilik qazanmışdır.

Bu ildən televiziya jurnalistikası ixtisaslaşması üzrə mütəxəssis hazırlığına başlanılmışdır. Yeni ixtisasların açılması milli mədəniyyətin, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, Azərbaycanın dünyaya inteqrasiya etməsi prosesi üçün çox önəmlidir. Bu ixtisaslarla bağlı fənlərin tədrisi üçün respublikamızın tanınmış alimləri universitetə dəvət olunmuşlar.

Yeni yaradılmış ixtisaslardan biri dövrün tələblərindən irəli gələn kitabşünaslıq ixtisasıdır. Məlum olduğu kimi, son illərdə respublikamızda kitab çapı sürətlə inkişaf edir. Bu gün Azərbaycanda onlarla nəşriyyat, mətbəə, mətbuat evi, poliqrafiya mərkəzi fəaliyyət göstərir. Hazırladığımız kadrlar məhz həmin sahələrə yönəldilir, mədəniyyətin bir qolu olan nəşriyyat-poliqrafiya sahəsində çalışırlar.

Ümumiyyətlə, son 25 ildə universitetdə ciddi islahatlar aparılmış, yeni sahələr üzrə yüksək ixtisaslı  mütəxəssislər hazırlanmışdır. Bu gün universitetdə kadr hazırlığı beynəlxalq təcrübəyə əsaslanaraq həyata keçirilir. Ölkə Prezidentinin 2008-ci il yanvarın 31- imzaladığı "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamında  həmin prosesin sürətləndirilməsinin vacibliyi xüsusilə qeyd olunmuşdur.

ADMİU-nun nailiyyətləri ildən-ilə artır. Bu gün burada 7 fakültə, 30 kafedra fəaliyyət göstərir, 40-a yaxın ixtisas ixtisaslaşmalar üzrə kadr hazırlanır. Təhsil sahəsində dövlət siyasəti prinsiplərinin ardıcıl olaraq həyata keçirilməsi, bu sahədə milli ideologiyanın tətbiqi, Bolonya təhsil sisteminə keçid - bütün bunlar ali təhsilin inkişafı üçün geniş imkanlar açmışdır. Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin diplomları beynəlxalq aləmdə tanınır ki, bu da son dövrlərdə qazanılan uğurlarımızın əsas göstəricilərindən biridir.

Ali məktəbimiz həm böyük elmi potensiala malikdir. Elmi işlərlə universitetimizdə əsasən nəzəri kafedraların professor-müəllim heyəti məşğul olur. Son bir neçə ildə 50 monoqrafiya, 140 dərslik dərs vəsaiti, 260 tədris proqramı metodiki tövsiyə nəşr edilmişdir. Bundan başqa, müəllim tələbələrimizin respublika mətbuatında xarici ölkələrdə kitabları, elmi məqalələri çap olunmuşdur. Professor-müəllim heyəti hər tədris ilində orta hesabla 300 çap vərəqi həcmində elmi-tədqiqat işi hazırlayır.

Universitetin fəaliyyətində Elmi Şuranın rolunu xüsusilə qeyd etmək istəyirəm. Bu ali qurum tədris prosesinin tənzimlənməsində, müəllim kadrlarının təsdiqində, elmi adların verilməsində digər məsələlərin həllində böyük əhəmiyyətə malikdir. Universitetin Bədii Şurası, Əlaqələndirmə Metodiki Şuraları da öz işlərini günün tələbləri səviyyəsində qururlar. 

 Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarına uyğun olaraq universitetimizdə Dissertasiya Şurası fəaliyyət göstərir. Bu qurumun əksər üzvləri ali məktəbimizin görkəmli alim-pedaqoqlarıdır.

Universitetdə Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi nəşrlərin siyahısına daxil edilmiş "Mədəniyyət dünyası" "Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin Elmi Əsərləri" çap olunur. Bu elmi nəşrlərdə sənətşünaslıq, kulturologiya, muzeyşünaslıq, fəlsəfə onların tədrisi metodikası ilə bağlı elmi əsərlər işıq üzü görür. Bundan əlavə, bizim ali məktəbdə "Sənət dünyası" adlı qəzet, "Mədəniyyət: problemlər perspektivlər" adlı elmi-nəzəri jurnal da nəşr edilir.

Məlum olduğu kimi, Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkəmizin qarşısında dünya ölkələri ilə əməkdaşlıq sahəsində geniş imkanlar açılmışdır. Bu imkanlar tədris sahəsinə, o cümlədən bizim universitetimizə aiddir. Bu gün univesitet geniş beynəlxalq əlaqələr şəbəkəsinə malikdir. Bu əlaqələr  universitetlərarası qarşılıqlı müqavilələrin imzalanmasında, tələbə mübadiləsində, müəllimlərimizin digər ölkələrin ali məktəblərinə ezam olunmasında özünü büruzə verir. Mədəniyyət, elm təhsil məsələləri universitetin xarici əlaqələr sahəsindəki fəaliyyətində prioritet istiqamətlər kimi dəyərləndirilir.

Universitetimiz dünyanın bir çox ölkələrinin ali təhsil, elm mədəniyyət müəssisələri ilə sıx əlaqələr saxlayır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, universitetimiz bu gün  22 xarici ölkənin 53 ali məktəbi ilə əməkdaşlıq edir.    

Universitetimizdə bir çox xarici ölkələrdən, xüsusən qardaş Türkiyədən çoxlu sayda tələbə təhsil alır. Onlara verilən diplomlar beynəlxalq sertifikata malikdir. Xarici vətəndaşların tədris prosesinə Əcnəbi tələbələr üzrə dekanlıq nəzarət edir. Bunu da qeyd etmək vacibdir ki, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti 2002-ci ildən etibarən Avropa İncəsənət Universitetləri Liqasının tamhüquqlu üzvüdür. Bundan başqa, universitetimiz 2008-ci ildə Beynəlxalq Universitetlər Birliyinə, 2013- ildə isə Qafqaz Universitetlər Birliyinə qəbul olunmuşdur. Bütün bunlar universitetimizin beynəlxalq aləmdəki nüfuzunu aydın şəkildə göstərir.

Təhsil sahəsində mühüm sənədlərdən biri ölkə başçısının 22 may 2009-cu il tarixində imzaladığı "2009-2013- illərdə Azərbaycan Respublikasının Ali təhsil sistemində islahatlar üzrə  Dövlət Proqramının təsdiq edilməsi barədə" Sərəncamıdır.  Bu Sərəncama uyğun olaraq son 4 ildə  universitetdə  müasir tələblərə cavab verən təhsil resurslarının hazırlanmasına xüsusi diqqət yetirilmişdir. Əsas fənlər üzrə həm qloballaşma dövrünün nəzəri-təcrübi tələbləri, həm azərbaycançılıq fəlsəfəsinə  əsaslanan  metodları üzrə  xüsusi tədris  proqramları  işlənib hazırlanmışdır. Bu proqramlar Bolonya təhsil prinsipləri əsasında ixtisas yönümlü innovativ  informasiyalar internet resursları ilə tədris prosesinə tətbiq olunmuşdur. Sivil təfəkkür, mədəniyyətlərin inteqrasiyası prosesində milli  müəyyənliyin müdafiəsi, təhsildə kompüter texnologiyalarının tətbiq metodları fəaliyyətimizdə əsas istiqamət təşkil edir. Universitetdə elektron kitabxana, bütün fakültələri, kafedraları, struktur şöbələri birləşdirən elektron lokal şəbəkə fəaliyyət göstərir. Həmin şəbəkədə universitetdə tədris olunan fənlərin mühazirələrinin elektron versiyası saxlanılır. Bu yaxınlarda ADMİU-nun yeni saytı da fəaliyyətə başlamışdır.

ADMİU-da aparılan kadr siyasəti ənənələrə uyğun şəkildə həyata keçirilir. Burada xalq artistləri, əməkdar incəsənət xadimləri, elmlər doktorları, professorlar gənc nəslin təlim tərbiyəsi üçün var qüvvələrini sərf edirlər. Yuxarıda adlarını çəkdiyim müəllimlərimizdən başqa, bu gün universitetdə görkəmli rejissorlar Azər Paşa Nemət, Ağakişi Kazımov, Cənnət Səlimova, Yalçın Əfəndiyev, Bəhram Osmanov, aktyorlar Ramiz Əzizbəyli, İlham Namiq Kamal, Rafiq Əliyev, Bəsti Cəfərova, Firəngiz Mütəllimova, Zemfira Nərimanova, Gülşad Baxşıyeva, Qəmər Məmmədova, Valeh Kərimov, Ağaxan Salmanlı, Cəfər Namiq Kamal başqaları, teatrşünaslar Məryəm Əlizadə, İlham Rəhimli, Ədalət Vəliyev, Rafiq Sadıqov, Aydın Talıbzadə, musiqi sahəsində Faiq Sücəddinov, Yalçın Rzazadə, Azər Zeynalov, Qərinə Kərimova, muğam ustaları Canəli Əkbərov, Ağaxan Abdullayev, Qəndab Quliyeva, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Zümrüd Məmmədova, Simarə İmanova, instrumental ifaçılarımızdan Zamiq Əliyev, Vamiq Məmmədəliyev, Ağasəlim Abdullayev, Mirnazim Əsədullayev, Zakir Mirzəyev, Fəxrəddin Dadaşov, aşıq sənəti üzrə Əhliman Rəhimov, Fəzail Miskinli, Samirə Əliyeva, Altay Məmmədov,  musiqişünaslar Nailə Kərimova, Kamilə Dadaşzadə, Ellada Hüseynova başqaları, rəssamlar Arif Əziz, Ağaəli İbrahimov, Xanlar Əhmədov, Fəxriyyə Xələfova, sənətşünaslar Səyyad Bayramov, Xəzər Zeynalov, Aygül Hüseynova başqaları çalışırlar. Universitetdə həmçinin  filoloq filosoflar, yazıçı dramaturqlar  Nizaməddin Şəmsizadə, Əlikram Tağıyev, Aqşin Babayev, Gülşən Əliyeva, Vəfa Əliyev, Gülnarə Məmmədova, Əli Əmirli, kulturoloqlar Niyazi Mehdi, Maral Manafova, Sədaqət Əliyeva, İlqar Hüseynov, Apdin Əlizadə, Çingiz Bağırov başqaları səmərəli pedaqoji fəaliyyət göstərirlər.

Universitetimiz respublikanın ictimai mədəni həyatında yaxından iştirak edir. Bir çox nüfuzlu, beynəlxalq tədbirlərin, bayram proqramlarının hazırlanmasında müəllim tələbələrimizin əməyi böyükdür. Universitetdə müntəzəm olaraq beynəlxalq konfranslar, simpoziumlar keçirilir. Bunlardan "Nizami Şərq intibahı", "Türksoy xalqlarının musiqi mədəniyyəti", "Hüseyn Cavid dünya romantizmində Şərq-Qərb təmasları",  "Mədəniyyətlərarası dialoqda ənənəvi incəsənətin rolu" digər respublika beynəlxalq elmi-nəzəri konfransları misal göstərmək olar.

Universitetimizin idman həyatı da tədris prosesinin ayrılmaz hissəsidir. Bu sahədə uğurlarımız təqdirəlayiqdir. Təmsilçilərimiz hər il respublikamızda keçirilən idman yarışlarında, tələbə olimpiadalarında fəal iştirak edir, müxtəlif mükafatlara layiq görülürlər. Böyük fərəh hissi ilə vurğulamaq istərdim ki, universitetimizdə  təhsil alan buranı bitirmiş gənclər arasında Azərbaycan idmanının layiqli təmsilçiləri olan respublika çempionları da vardır.

Əlbəttə, kiçik bir yazıda universitetin tarixini, inkişaf mərhələlərini, qazandığı nailiyyətləri əhatə etmək mümkün deyil. Eyni zamanda tədris prosesində müəyyən rolu olan yardımçı qurumların da rolunu vurğulamaq vacibdir. 90 illik yubileyimizlə əlaqədar olaraq universitetin nəşriyyat-poliqrafiya mərkəzində çap olunmuş "Mədəniyyət İncəsənətimizin məbədgahı" adlı kitabımda mən bu məsələləri nisbətən geniş şəkildə əks etdirməyə çalışmışam. Həmin kitabda universitetimizin Magistratura şöbəsi, İxtisasartırma bölməsi, Tələbə Elmi Cəmiyyəti, Nəşriyyat-Poliqrafiya Mərkəzi, Mətbuat xidməti, habelə Həmkarlar İttifaqı Komitəsi, Gənclər təşkilatı, Muzeyi digər qurumları barədə məlumatlar öz əksini tapır. Bu qurumlar ADMİU-da tədris prosesinin ayrılmaz tərkib hissələridir.

  Bu gün Azərbaycan mədəniyyətinin bütün sahələrində - teatrlarda, kino sənətində, televiziya kanallarında, muzeylərdə, mədəni-maarif müəsissələrində fəaliyyət göstərən sənət adamlarının böyük əksəriyyəti ADMİU-nun məzunlarıdır. Onlar öz sələflərinin yolunu ləyaqətlə davam etdirir, Azərbaycan mədəniyyətinin inkişafı, onun beynəlxalq miqyasda məşhurlaşması işinə xidmət edirlər.

Ölkə başçısı cənab İlham Əliyevin mədəniyyət incəsənətimizə, təhsilimizə göstərdiyi böyük qayğını biz daima hiss edirik. Təkcə bunu göstərmək kifayətdir ki, son 10 ildə universitetimizin müəllimlərindən 13 nəfəri "Prezidentin fəxri təqaüdü", 4 nəfəri "Prezident Mükafatı"na, 2 nəfəri "Şöhrət", 1 nəfəri "Şərəf" ordenlərinə, 15 nəfəri "xalq artisti", 2 nəfəri "xalq rəssamı", 16 nəfəri "əməkdar incəsənət xadimi", 17 nəfəri "əməkdar artist", 6 nəfəri isə "əməkdar mədəniyyət işçisi", "əməkdar müəllim" "əməkdar jurnalist" fəxri adlarına layiq görülmüşlər. Beş nəfər tələbəmiz prezident təqaüdçüsüdür. 

Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mədəniyyətimizə, onun ayrılmaz hissəsi olan Mədəniyyət İncəsənət Universitetinə göstərdiyi böyük diqqət qayğısının parlaq təzahürüdür.

Çağdaş dönəmdə  Azərbaycan Respublikası dünyada təkcə tükənməz təbii  resusrlara malik olan dövlət kimi deyil, həm   böyük mədəniyyət yaratmış, zəngin bədii təfəkkür sahibi olan ölkə  kimi tanınır.  Bu reallıqlar digər sahələrlə yanaşı, bədii təhsil  təmayüllü ali məktəblərin, o cümlədən  bizim qarşımıza yeni tələblər, yeni vəzifələr qoyur. Bu tələb vəzifələr "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013- il tarixli Sərəncamında geniş əks olunmuşdur. Təhsilin inkişafı üzrə Dövlət strategiyası bu sahədə keyfiyyət göstəricilərinin, pedaqoji fəaliyyətdə peşəkarlığın yüksəldilməsi, müəllim nüfuzunun artırılması başqa mühüm, aktual məsələlər, təhsil sistemi qarşısında qoyulan başlıca vəzifələrlə yanaşı, həm onun dünya standartlarına uyğun inkişafı üçün çox geniş perspektivlər açır. Universitetimizin  professor-müəllim heyəti  dövlətimizin böyük qayğı diqqətinə cavab olaraq kadr hazırlığının müasir dövrün tələbləri səviyyəsində  qurulması, Azərbaycan təhsilinin  dünyanın  qabaqcıl  təhsil sisteminə  hərtərəfli inteqrasiya olunması  üçün bundan sonra da var qüvvəsi ilə  çalışacaq,  dövlətçiliyimizin, milli  maarifçilik strategiyamızın inkişafına tükənməz fədakarlıq sədaqətlə xidmət edəcəkdir.

 





11.12.2013    çap et  çap et