525.Az

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur


 

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur<b style="color:red"></b>

Şəxsiyyət anlayışı barədə

(Xeyirə kahin xidməti, şərə qarşı isə məğlubedilməz qladiator cəsarəti göstərən R.A.-ya)

 

Antonin kimi mənim üçün şəhər vətən Romadır, bir insan kimi isə - dünyadır.

Mark Avreli

 

Şəxsiyyətlər daim ehtiram bəslənən, bəzən hətta sevilən insanlar olmuşlar. Özlərinə məxsus olan keyfiyyətlərə görə şəxsiyyətlər onları əhatə edənlərdən ciddi surətdə fərqlənir, hər bir cəmiyyətdə aparıcı qüvvəyə çevrilir, ictimai həyatda bəzən hətta xırda dairədə olsa liderlik imkanı qazanmağa cəhd edirlər. Şəxsiyyət anlayışı əslində müxtəlif cəhətləri əks etdirən məfhum olduğundan, buna fəlsəfi qaydada yanaşdıqda öz mahiyyətini daha yaxşı biruzə verir. Fəlsəfə isə hələ qədim zamanlardan cəmiyyəti onun üzvü kimi insanı öyrənməklə məşğul olmuşdur. Fəlsəfi bilik hər şeydən əvvəl insan haqqındakı bilikdir. Fəlsəfə insanı dünyada, dünyanı isə insanda təhlil edir. İnsan isə o vaxt şəxsiyyətə çevrilir ki, o, ətrafındakılara münasibətini şüurlu surətdə müəyyən edir.

Şəxsiyyətlə fərd arasında mühüm fərqlər mövcuddur. Şəxsiyyət fərdin sosial cəhətdən əhəmiyyət kəsb edən xüsusiyyətləri sistemidir, onun sosial dəyərləri mənimsəmək ölçüsüdür, həm bu dəyərləri həyata keçirmək qabiliyyətinin sahibidir. Şəxsiyyət anlayışı özünəməxsusluğu ilə seçilməklə fərddə ümumsosial xüsusiyyətlərin ifadə olunması ilə əlaqədardır. Bu xüsusiyyətlər isə konkret insanın dünyaya təkrar olunmaz qaydada sistemli münasibətindən, onun sosial qarşılıqlı təsirdə meydana gələn fərdi bacarığından irəli gəlir. İnsan şəxsiyyət kimi öz şüurunun inkişaf səviyyəsi ilə, bunun ümumi şüura uyğunluğu ilə xarakterizə olunur, axırıncı isə öz növbəsində həmin cəmiyyətin inkişaf səviyyəsi ilə müəyyən olunur.

Şəxsiyyət ictimai münasibətlərdə bilavasitə iştirak edir. Şəxsiyyətin mühüm cəhəti ayrı-ayrı adamlara, özünə, öz ictimai zəhmət vəzifəsinə münasibətidir. Şəxsiyyətdə ən başlıca xüsusiyyət təkcə onun mövqeyi deyildir, həm öz münasibətlərini bütün müqavimətlərə maneələrə baxmayaraq həyata keçirmək bacarığıdır. Bu, insanın yaradıcı imkanlarından, onun qabiliyyətlərindən, biliklərindən bacarıqlarından, iradəli-emosional intellektual xüsusiyyətlərindən asılıdır. İnsan heç hazır qabiliyyətlərlə, maraqlarla, xarakterlə dünyaya gəlmir. Bu xüsusiyyətlər yalnız ömür çərçivəsində, sürülən həyat boyu, ancaq həm müəyyən təbii əsas üzərində formalaşır. İnsanın təbii cəhətləri heç onun sosial mahiyyətinə əkslik kimi qəbul olunmamalıdır. Axı insanın təbiətinin özü , təkcə bioloji təkamülün məhsulu olmayıb, həm tarixin məhsuludur.

Lakin şəxsiyyətin təşəkkül tapması yalnız konkret ictimai şəraitlərdə baş verir. Cəmiyyətin tələbləri adamların davranış modelini, həm bu davranışın qiymətləndirilməsi meyarlarını müəyyən edir. Şəxsiyyətin inkişafı, əslində onun imkanlarının daim genişlənməsi həm yeni tələbatlarının formalaşmasıdır. Şəxsiyyətin inkişafının daha yüksək səviyyəsi ictimai cəhətdən əhəmiyyət kəsb edən münasibətlərin üstünlüyü ilə xarakterizə olunur. Hər bir fərd həyatın mürəkkəb vəzifələrini həll edir. Şəxsiyyətin rolu da məhz bu problemləri həll etdikdə üzə çıxır. Eyni çətinliklər müxtəlif adamlar tərəfindən müxtəlif üsullarla yoluna qoyulur. Bəziləri hətta cinayət əməllərinə əl atır. İnkişaf etmiş şəxsiyyət yüksək dərəcədə olan ədalət, vicdan şərəf hissinə malikdir. Belə şəxsiyyət öz davranışına düzəliş verməyə, səhvindən nəticə çıxarmağa qadirdir. O, öz uğurlarının uğursuzluqlarının mənbəyini heç xarici şəraitlərdə deyil, məhz özündə görür. Belə adam çəkinmədən öz üzərinə məsuliyyət götürür çox hallarda hətta haqlı sayılan risqlərə gedir.

Şəxsiyyətin özəyi onun yüksək psixiki xassəsi ilə - mənəviyyatla əlaqədardır. İnsanın mahiyyətinin mənəvi cəhətdən ən yüksək qaydada təzahürü onun əxlaqi borca daxilən bağlılığıdır, insan varlığının yüksək mənasından asılılığıdır. Təsadüfi deyildir ki, görkəmli insanlar, qəhrəmanlıq səviyyəsinə yüksələnlər həyatın mənasını həyatın özündən qiymətli bildiklərindən, əzabdan qurtulmaq üçün özünü tonqala atan Herakl kimi, mübarizə tonqalında yanmaqdan da qorxmurlar. Ona görə şəxsiyyət yüksək ideallara sönməz sədaqəti ilə seçilir.

Şəxsiyyət açıq davranış fövqündə dayanan faktorların geniş sırasında qarşılıqlı əlaqədə olanların ifadəsidir, bura, kompleksə malik olmaq nöqteyi-nəzərindən fərdin bədən quruluşu onun keçmiş şəxsi təcrübələrinin effektləri daxildir. İnsanın mürəkkəb davranışı daim dəyişən həyat çağırışlarının, həzzlərin, tələblərin gündəlik stresslərin təsiri altında baş verir. Beləliklə, insan ölçüsü, tipləri xüsusiyyətləri yaranır. Bu halda meydana çıxan nəticə müşahidə edilən davranışdan çıxarılır. Spesifik davranış isə böhranlı hadisələr vaxtı baş verir.

Şəxsiyyət termini bir sıra mənalara malikdir. Lakin onların hamısının özəyində xüsusiyyətlərin təşkili ya fərdin daxilinə aid xarakteristikalar durur. Hər bir fərd digərindən bu xarakteristikaların ayrıca birləşməsi qaydası onun bunları hansı dərəcədə nümayiş etdirməsi ilə fərqlənir. Şəxsiyyət anlayışı altında münasibətlərin şüurlu fəaliyyətin subyekti kimi insan fərdi, həm bu ya digər cəmiyyətin ya icmanın üzvü kimi fərdə xarakterik qaydada məxsus olan xüsusiyyətlərin dayanıqlı sistemi başa düşülür.

Şəxsiyyət barədə ideyaların tam sırası bədii əsərlərdə, qanuna aid olan həmçinin dini fəlsəfi ədəbiyyatda əks olunmuşdur. Biz Viktor Hüqonun dühası hesabına monsenyor Byenvenyu ya Jan Valjan kimi başqalarından öz həyat tərzi fəlsəfəsi ilə tam fərqlənən, ikincisinin timsalında nəcib təsirdən sonra dünyaya baxışını bütünlüklə dəyişib, örnək saydığı nümunə kimi özünü yalnız insanlığa, ləyaqətə həsr edən bu iki qeyri-adi varlıqla, daha doğru deyilsə, nəhəng şəxsiyyətlə tanış oluruq. Şekspirin qəhrəmanları Hamlet kral Lir həyatın ağır sınaqları qarşısında olanda bizə öz kömək əlini uzadır, məkrə nankorluğa biganə qalmamağa çağırır. Onun Makbeti ledi Makbeti isə məkr qaniçicilik simvolu kimi gözlərimizin önündən getmədiklərindən, həyatda belələri ilə qarşılaşanda ehtiyatlı olmaq xəbərdarlığını alırıq.

Ümumiyyətlə yuxarıda saydığımız kimi minlərlə məxəzlərdə insan təbiətini əmələ gətirən saysız-hesabsız nümunələr, mülahizələr mövcuddur.

İnsanların hamısı şəxsi xarakteristikalar əsasında bir-birlərindən fərqlənirlər. Tarixi araşdırdıqda, şəxsiyyətlərin ağır sınaq anlarındakı rolu daha çox nəzərə çarpır. Onlar bir qayda olaraq istənilən mühüm ictimai prosesdə xüsusi yer tuturlar, uğurun ya uğursuzluğun birbaşa baiskarlarına çevrilirlər. Yüz minlərlə həlak olanlar yaddan çıxsalar, xatirələrdən silinsələr , liderliyi öz üzərinə götürmüş şəxsiyyətlər, hətta çox sayda qüsurlarına baxmayaraq, öz adlarını bəşər salnaməsinin məhv olmayan vərəqlərinə ya öz xalqının yaddaş cədvəlinə nəqş edirlər. Belələrindən nəinki xalqının, ölkəsinin, hətta bəzən bütöv dünyanın taleyi asılı olur. Napoleon on beş il ərzində uğur, qələbə simvolu idisə, axırda xalqını alçaldıcı məğlubiyyətlə üzləşdirdi. Hitler ölkəsini dirçəldib hərbiləşdirdi, Avropada qan çayı axıtdı axırda Almaniyanı xarabalığa, qəbiristanlığa döndərdi.

Şəxsiyyətin psixikası onun uğur ya uğursuzluq qazanmasında böyük rol oynayır. Mark Antoni sərkərdəyə məxsus iti ağlını itirib, dəlicəsinə sevdiyi Kleopatranın gəmisini uzaqlaşdığını gördükdə, onun arxasınca dəniz döyüşünü biabırçı qaydada tərk etməsəydi, Aktsi döyüşü bəlkə belə fəlakətli məğlubiyyətlə nəticələnməzdi onun bir il sonra baş verən özünə sui-qəsd etməklə həyatdan getməsi ehtimalının mövcudluğunu da meydana çıxarmazdı. Bircə anlıq Antoni gözləri ilə gördüyünə deyil, ağıl gözünün diqtəsinə inansaydı, yəqin ki, özünün məharətli sərkərdə adına da belə ləkə yaxmazdı. Xalqı Sezarın qatillərinə qarşı qaldırmağı bacaran bir adam, eyş-işrətin şəhvətin hesabına psixoloji cəhətdən ağır zərbələrə məruz qalmışdı. Psixoloji cəhətlər isə ayrıca elmi axtarış obyekti olmaqla, bu sahədə Freydin psixoanaliz nəzəriyyələri daha böyük təsir gücünə malikdir.

Şəxsiyyət davranışının xarakterik nümunələri fərdi qaydada əks olunanların bir toplusudur, bunlar həm şüurlu, həm şüursuz səviyyələrdə gündəlik fəaliyyətlə müəyyən olunur. Bu, daxili stimulların vicdan tərəfindən icra edilən xarici nəzarətlərin birliyinin tarazlığını təmsil edir. Şəxsi nizamın olmaması o vaxt mövcud olur ki, şəxsiyyətin xüsusiyyətləri fərdlər arasındakı əlaqələrin uyğun səviyyədə olmasının formalaşmasını məhdudlaşdırır. Dəyişilməyən ya pis idarə edilən xüsusiyyətlərin nəticəsi kimi, fərdin fəaliyyət bacarığı zədə alır qeyri-adi şəkildəki obyektiv bir taqətdən düşmə hadisəsi baş verir. Şəxsiyyətin nizamsızlığının görünüşü müxtəlif psixiatriya təsnifatında xeyli dərəcədə fərqlənir, onun nümunələrinə isə, əlbəttə, asılı vəziyyətdə olan dəli adamlar daxildir.

Şəxsiyyət insanı xarakterizə edən dünyagörüşün, psixoloji davranışa aid əlaqələrin dayanıqlı sistemidir. Şəxsiyyət ictimai inkişafın məhsulu olub, fərdləri aktiv fəaliyyətə sosial münasibətlər sisteminə qoşur. Şəxsiyyətin formalaşması anadangəlmə qəbul edilmiş bioloji şərtlərin məcmuu əsasında, həmçinin fərdlərin sosiallaşması istiqamətləndirilmiş tərbiyə-sosial normaların funksiyaların mənimsənilməsi prosesində gedir.

Şəxsiyyətin formalaşmasında tərbiyə mühüm rol oynayır. Tərbiyə gerçəkliyə cəmiyyətdəki normalara müvafiq olaraq məqsədyönlü sistemli şəkildə gedən bir prosesdir. Bu cəmiyyətdə qüvvədə olan normativ modellərə uyğun olaraq aparılır. Şəxsiyyət tərbiyə özünütərbiyə prosesinin nəticəsidir. Şəxsiyyət doğulmur, ancaq təşəkkül tapır.

Şəxsiyyətin imicinə gəldikdə, bəzən bu obyektiv xarakter daşımır, məqsədli reklam təbliğat tərəfindən şəxsin adına yazılan deyilən xüsusiyyətlərin məcmuu kimi nəzərə çarpır. Təbliğat bəzən həddi aşaraq, konkret şəxsin şöhrətini artırmaq üçün tarixi təhriflərə yol verir, ona aid olmayan əməlləri onun adına yazmaqla, əslində saxtakarlığa əl atır. Belə panagirik tipli təbliğat bir müddət məqsədinə çatsa da, sonradan həmin şəxsin ifşası üçün tutarlı vasitəyə çevrilir.

Şəxsiyyətin təşəkkül tapmasında onun özünü necə qiymətləndirməsi az rol oynamır. Özünə güvənmə vəzifələrə uyğun gəldikdə, müsbət nəticələrə gətirib çıxarır. Lakin öz qüvvəsini şişirdilmiş şəkildə qəbul etmə çox vaxt həmin adamın vəziyyətini nəinki çətinləşdirir, bəzən hətta onu istehza obyektinə çevirir. Axı hər bir fərd həm başqaları tərəfindən qiymətləndirilir   bu vaxt bəzən özü barədəki yüksək fikirlə ümumi rəy arasında uçurum yaranır, özünə vurğunluq, nartsissizm həddi aşdıqda bu uçurum daha da dərinləşir. Özündən razılıq, xudpəsəndlik bütövlükdə insanın kasad təbiətini biruzə verir, onun qüsurlarını daha aydın şəkildə göstərir. Özlərinə belə vurulmuş nartsisslər adi bayağılıqlarını da dahiyanə qeyri-adilik kimi qələmə verməyə çalışırlar. Bəzən kütlə Moisey, Esxil, Dante, Mikelancelo Napoleon kimi insanların doğulmasını mümkün edən vergiyə, öz məqsədinə, burada əsasən siyasi səhnə nəzərdə tutulur, çatanları da heç bir başqa amilə məhəl qoymadan tələsikliklə yekdil qaydada sahib olanların siyahısına daxil etməklə, onları ədalətsizcəsinə mükafatlandırırlar. Səhvən yaradılan şişirdilən şöhrət həmin adamları özlərinin fövqəlbəşəri varlıq olmaları kimi haqsız səfeh bir fikrə düşmələrinə gətirib çıxarır.

(Ardı gələn şənbə sayımızda)

 





14.10.2012    çap et  çap et