525.Az

Rəsmi İrəvan Qarabağ şərtini aradan qaldırmaq istəyir


 

Rəsmi İrəvan Qarabağ şərtini aradan qaldırmaq istəyir<b style="color:red"></b>

"Ankaranın başqa məsələlərlə Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasını əlaqələndirmə cəhdləri müvəffəqiyyətsizliyə məhkum edilib".

ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib. Onun sözlərinə görə, Ermənistanın və beynəlxalq cəmiyyətin yanaşması aydındır: "Erməni-türk münasibətləri önsözlərsiz normallaşdırılmalıdır".

Nalbandyan həmçinin bildirib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti və digər rəsmilərlə görüşlər nəzərdə tutulub. Toplantı çərçivəsində həmçinin Türkiyənin xarici işlər naziri ilə Edvard Nalbandyan arasında da görüş baş tutacaq.

Xatırladaq ki, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bu gün Qara Dəniz İƏT-nın şura iclasında iştirak etmək üçün İrəvana gəlib.

 





12.12.2013    çap et  çap et