525.Az

Fəxriyə Xələfovadan maraqlı təşəbbüs


 

Fəxriyə Xələfovadan maraqlı təşəbbüs<b style="color:red"></b>

ATV-də yayımlanan "Zövqə Doğru"  verlişinin layihə rəhbəri və əsas eksperti, tanınmış rəssam-modelyer,  parfümer,  əməkdar incəsənət xadimi, "Fakhriya Khalafova" moda evinin təsisçisi Fəxriyə Xələfova maraqlı təşəbbüs irəli sürüb.

Hər zaman öz yenilikləri ilə xanımların sevgisini və inamını qazanan modelyer bu dəfə də insanların həyatına rəng qatmağı bacarıb.  Belə ki, "Fashion Quarantine" müsabiqəsi çərçivəsində evdə qalan xanımlar öz tərzlərini evlərinin  hər hansı bir köşəsində məsələn eyvanda, hündürmərtəbəli binaların pilləkənində, evlərinə yaxın ərazidə fotolarını çəkərək, " @zovqe_dogru" -instagram ünvanına göndərməlidirlər.  Sonda yüksək imici olan, zövqlü bir nəfər qalib seçilərək, fotosu beynəlxalq  müsabiqəyə göndəriləcək.

Qeyd edək ki, "Zövqə Doğru"  verlişinin layihə rəhbəri və əsas eksperti  Fəxriyə Xələfova, aparıcısı isə Teleaparıcı Yusif Ağayevdir. Verliş il yarımdır ki, hər bazar günü gözəlliyinə-gözəllik qatmaq istəyən xanımların  sevimli proqramına çevrilib.  Veriliş auditoriyanın sabitliyini qorumaqla, tanınmış ekspertlərin məsləhət və tövsiyələri ilə ilin dəbdə olan paltarları, aksessuarları haqqında məlumat verir.


 





04.05.2020    çap et  çap et