525.Az

Televiziya industriyasının inkişafı istiqamətində Anlaşma sənədi imzalandı


 

Televiziya industriyasının inkişafı istiqamətində Anlaşma sənədi imzalandı<b style="color:red"></b>

Azərbaycan Respublikasında fəaliyyət göstərən 12 ümumrespublika televiziya kanalını təmsil edən 9 media qurumu televiziya industriyasının inkişafı istiqamətində birgə fəaliyyət üçün Anlaşma sənədi imzalayıb.

Milli Televiziya və Radio Şurasından APA-ya verilən məlumata görə, ümumrespublika televiziya kanallarının rəhbərləri tərəfindən imzalanmış razılaşma MTRŞ tərəfindən ölkənin televiziya məkanında ciddi islahatların başlanğıcının işarəsi kimi qəbul edilib.

Yaxın iki həftə ərzində Milli Televiziya və Radio Şurası kabel şəbəkə operatorları, IP TV xidmət provayderləri, radio kanallar, reklam agentlikləri, telekanallar üçün video kontent istehsalçıları, həmçinin, dövlət strukturları və Milli Məclis üzvləri ilə əlavə məsləhətləşmələr apararaq Azərbaycanın audiovizual industriyasının inkişafı konsepsiyasının yaradılması üzərində işə başlayacaq.

 





05.05.2020    çap et  çap et