525.Az

Ekspertlər pandemiyadan sonra ən tələbatlı peşələri açıqladılar


 

Ekspertlər pandemiyadan sonra ən tələbatlı peşələri açıqladılar<b style="color:red"></b>

Koronavirus pandemiyası başa çatdıqdan sonra böhran əleyhinə məsləhətçilər, fərdi maliyyə məsləhətçiləri, proseslərin rəqəmsallaşdırılması üzrə mütəxəssislər, proqramçılar, SMM və kontent menecerlər ən çox axtarılan işçilər olacaq.

“Report” xəbər verir ki, bu barədə RT Rusiya Proqressiv Təhsil İnstitutunun mütəxəssislərinə istinadən məlumat verib.

Ekspertlər hesab edir ki, məlumat mərkəzinin (call centre) məsləhətçiləri, internet-mağazaların əməkdaşları, həmçinin kuryerlər, sürücülər və çatdırılma dispetçerlərinə də tələbat yüksək olacaq. İşəgötürənlərin işçilərinin işini təşkil etmək üçün taym-menecment üzrə mütəxəssislərə müraciət edəcəkləri də gözlənilir.

Həmçinin xəstə baxıcıları və onlayn həkimlərə, psixoloqlara tələbat yüksək olacaq.

Məişət xidməti üzrə mütəxəssislərə - santexniklərə, mebel yığanlara, fotoqraflara da tələbat az olmayacaq.

 





05.05.2020    çap et  çap et