525.Az

"Vergi cinayətlərinə görə cəzaların sərtləşdirilməsinə ehtiyac var"


 

"Vergi cinayətlərinə görə cəzaların sərtləşdirilməsinə ehtiyac var"<b style="color:red"></b>

Vergilər Nazirliyi vergi ödənişlərini dövlət büdcəsinə vaxtında tam ödəməyən vergi ödəyicilərini mütəmadi olaraq məlumatlandırır, onlara xəbərdarlıqlar göndərir. Buna baxmayaraq, bəzi vergi ödəyiciləri külli miqdarda vergiləri dövlət büdcəsindən yayındırmaqla ağır vergi cinayətlərinə yol verirlər. Belə hallara qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər haqqında məlumat almaq üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (VCİAD) rəisi, 3- dərəcəli dövlət ədliyyə müşaviri Vidadi Məmmədova müraciət etdik.

- Vidadi müəllim, artıq il başa çatmaq üzrədir. Bu il vergi hüquqpozmaları ilə bağlı ümumi mənzərə necə olub?

- Vergilər Nazirliyi sistemində çevik operativ nəzarət mexanizminin yaradılması, tətbiq edilməsi vergiləri ödəməkdən yayınma hallarının qarşısının alınması sahəsində kompleks tədbirlərin həyata keçirilməsi büdcə daxilolmalarının artmasına öz müsbət təsirini göstərib. Departamentimiz vergi hüquqpozmalarına yol vermiş şəxslərin ifşa edilərək məsuliyyətə cəlb olunması, dövlətə vurulmuş ziyanın ödətdirilməsi sahəsində xeyli işlər görüb. Cari ilin on ayı ərzində 426 cinayət işi açılmışdır ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 79 çoxdur. Cinayət işləri üzrə araşdırmaların nəticələri ilə bağlı 94 təqsirləndirilən şəxs barəsində 93 məhkəməyə göndərilib. Həmçinin 216 işin icraatına xitam verilib ki, bunların da 136- üzrə maddi ziyanın tam ödənilməsinə görə Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsi ilə qərarlar qəbul edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində axtarışda olan 25 nəfərin tutulub VCİAD-in İstintaq idarəsinə təqdim olunması təmin edilib.

- Vergi ödəyiciləri tərəfindən əsasən hansı fəaliyyət sahələri tədiyyə növləri üzrə vergi cinayətlərinə yol verilir?

- Departamentdə bütün sahələr tədiyyə növləri üzrə baş verən vergidən yayınma hallarının səbəbləri mütəmadi olaraq araşdırılır, təhlil edilir. Bu təhlillərin nəticələri onu göstərir ki, son vaxtlar icarə, istehsal, tikinti, tikinti materiallarının alqı-satqısı, ixtisaslaşdırılmış məhsulların (ərzaq, məişət digər) topdan pərakəndə alqı-satqısı sahəsində daha çox qanun pozuntularına yol verilmişdir. İl ərzində departamentin icraatında  icarə (16 ), istehsal (27 ), tikinti (113 ), tikinti materiallarının alqı-satqısı (26 ),  ixtisaslaşdırılmış məhsulların (ərzaq, məişət digər) topdan pərakəndə alqı-satqısı (201 ) sahələrində vergidən yayınma hallarına dair cinayət işləri olub.

Vergi tədiyyələri üzrə bölündükdə isə vergilərin yayındırılması halları, əsasən, ƏDV (74,03%), mənfəət vergisi (14,8%), sadələşmiş vergi (4,2%), gəlir vergisi (3,8%), ödəmə mənbəyində tutulan vergi (2,5%)  üzrə müəyyən olunub.

- Belə görünür ki, vergidən yayınmaq istəyən vergi ödəyiciləri əsasən ƏDV fırıldaqçılığı ilə məşğul olmağa çalışırlar. Bu sahədə hansı tədbirlər görülür?

- ƏDV fırıldaqçılığı, əsasən, ƏDV depozit hesabında olan vəsaitlərin hərəkətinə yönəldilərək, bir çox hallarda əmtəəsiz əməliyyatların aparılması ilə müşahidə olunur. Belə əməliyyatlar, bir qayda olaraq, iki ya daha artıq şəxslərin birgə iştirakı ilə baş verir. Başqa sözlə, rəsmiyyətdən gizlədilən nağd qaydada aparılmış əməliyyatlardan ödənilməli olan vergilər iştirakçılar arasında müvafiq razılaşma ilə bölündükdən sonra gizlədilmiş dövriyyənin ört-basdır edilməsi üçün saxta sənədləşmələr tərtib edilir ƏDV depozitində olan vəsaitlər dövlət büdcəsinə ödənilməyərək əsassız olaraq əvəzləşmə əməliyyatlarına yönəldilir. Bu tip yayınmalar, adətən, zahirən görünməsə sənədli yoxlamalar istintaq prosesində ifşa edilməklə günahkar şəxslərin əməllərinə hüquqi qiymət verilir.

Bu növ cinayətlərə qarşı mübarizə sahəsində VCİAD-ın zəngin təcrübəsi vardır. Əldə etdiyimiz göstəriciləri daim təhlil etməklə konkret addımlar atırıq. Bu ilin on ayı ərzində departamentin araşdırdığı 133 cinayət işi ƏDV fırıldaqçılığı ilə bağlı olub ki, bunlardan 98-i səyyar vergi yoxlaması, 35-i isə vergi borcu materialları əsasında başlanmış işlərdir. Həmin işlərdən 40-ı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.

- Vergi cinayətlərinin ibtidai araşdırmaları zamanı həyata keçirilən tədbirlər nəticəsində dövlət büdcəsinə vəsaitlərin alınması necə təmin edilir?

- Vergi-hüquq münasibətlərinin nizama salınmasının son məqsədi vergilərin büdcəyə ödənilməsini təmin etməkdir. Cari ilin on ayı ərzində cinayət işləri materiallar üzrə aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, dövlət büdcəsinə ödənilməsi təmin olunmuş vəsaitin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 3,2 dəfə artaraq 30 milyon 423,9 min manat təşkil edib ki, bunun da 23 milyon 726,3 min manatı istintaqı tamamlanmış cinayət işləri üzrə, 955,7 min manatı cinayət işinin başlanması rədd edilmiş materiallar üzrə, 5 milyon 741,9 min manatı isə istintaqı davam etdirilən cinayət işləri üzrə ödənişlərdir.

- Vergi hüquqpozmaları üçün nəzərdə tutulan cəzaların hüquqi şərtləri barədə deyə bilərsiniz?

- Vergi qanunvericiliyinin pozulmasına görə mövcud olan məcburiyyət tədbirlərini iki kateqoriyaya bölmək olar. Birincisi, vergi öhdəliklərinin yerinə yetirilməməsi vergilərin vaxtında tam şəkildə ödənilməməsi nəticəsində büdcəyə vurulan ziyanla bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulan maliyyə sanksiyaları inzibati cərimələrdir.

Məcburiyyət tədbirlərinin ikinci kateqoriyasına isə xeyli külli miqdarda vergiləri ödəməkdən yayındırmağa görə nəzərdə tutulan cəza tədbirləri aiddir ki, bunlar da Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə tənzimlənir. 2000-ci ildə qəbul olunmuş Cinayət Məcəlləsində vergiləri ödəməkdən yayınma əməlləri ilə bağlı yalnız üç maddə - "Qanunsuz sahibkarlıq" (192-ci maddə), "Yalançı sahibkarlıq" (193- maddə) "Vergi ödəməkdən yayınma" (213- maddə) nəzərdə tutulduğu halda, 20 iyun 2003- ildə yeni bir maddə - "Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma ya idxal etmə" (213-1-ci maddə) 31 may 2007-ci ildə "Saxta aksiz markalarını hazırlama, əldə etmə ya satma" (205-1-ci maddə) maddələri qəbul olunmuşdur. Cinayət Məcəlləsi ilə (maddə 213) xeyli miqdarda vergiləri ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayətinə görə yüksək cəza həddi 3 il müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulub. Eyni əməllər mütəşəkkil dəstə tərəfindən ya külli miqdarda törədildikdə yüksək cəza həddi kimi 7 il müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulub. Məcəllənin tələblərinə görə, vergiləri ödəməkdən yayınma cinayətini ilk dəfə törətmiş şəxs  vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.

Müqayisə üçün qeyd etmək olar ki, Rusiya Federasiyasının Cinayət Məcəlləsində külli miqdarda vergiləri ödəməkdən yayınma cinayətinə görə 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma cinayətinə görə yüksək cəza həddi kimi 6 il azadlıqdan məhrumetmə nəzərdə tutulur. Hər iki maddənin "qeyd" hissələrini müqayisə etsək, görərik ki, bizim ölkədə cinayət əməlini ilk dəfə törətmiş şəxs yalnız ödəməkdən yayındırdığı məbləği (Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş cərimə sanksiyaları faizlər istisna olmaqla) ödədiyi halda cinayət məsuliyyətindən azad olunur. Rusiyada isə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün ödəməkdən yayındırdığı məbləğin tam şəkildə, yəni Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş cərimə sanksiyaları faizlər daxil olmaqla ödənilməsi tələb olunur.

Təcrübə göstərir ki, istintaqı aparılan cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmaq üçün şəxs yalnız yayındırılmış vergi məbləğini dövlət büdcəsinə ödəməklə cinayət təqibindən azad olur. Bununla belə, ödənilməkdən yayındırılmış vergilərdən əlavə, cinayət işləri üzrə Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq hesablanmış cərimə sanksiyaları faizlərin ödətdirilməsi mülki qanunvericiliklə müəyyənləşdirildiyindən, vergi ödəyiciləri tərəfindən belə ödəmələr qəsdən uzadılır əksər hallarda ödənilməmiş qalır.

Mənə elə gəlir ki, bu sahədə qanunvericiliyin daha da təkmilləşdirilməsi ümumiyyətlə, vergiləri ödəməkdən yayınma əməlləri ilə bağlı cinayətlərə görə cəzaların daha da sərtləşdirilməsi məsələsinə baxmağa ehtiyac var.

 





12.12.2013    çap et  çap et