525.Az

“Azercell” yeni balans köçürmə imkanlarını təqdim edir!


 

"AZERCELL TELEKOM" MMC "MOBİL ÖDƏMƏ" VƏ "PAYCELL" XİDMƏTLƏRİ ÇƏRÇİVƏSİNDƏ YENİLİKLƏRƏ İMZA ATIR!

“Azercell” yeni balans köçürmə imkanlarını təqdim edir!<b style="color:red"></b>

Abunəçilərin gündəlik həyatını müasir texnologiyalar və rəqəmsal həllər vasitəsilə asanlaşdırmağı hədəfləyən “Azercell” şirkəti yeni balans köçürmə imkanlarını təqdim edir.

Mobil operator innovativ "Mobil Ödəmə" xidmətinin funksionallığını növbəti dəfə genişləndirir. Artıq Fakturasız Xətt (SimSim) istifadəçiləri bu servisdən yararlanaraq öz nömrələrinin balansından  həm Fakturalı, həm də Fakturasız Xətt nömrələrə 1 AZN-dən 50 AZN-dək vəsaiti hədiyyə edə bilərlər.  Ay ərzində isə bir nömrədən digər nömrələrə köçürülən ümumi məbləğ  500 AZN həcmində təyin edilib.

Xatırladaq ki, "Mobil Ödəmə" xidmətini aktivləşdirmək üçün “Azercell”in çoxfunksiyalı "KABİNETİM" mobil tətbiqini Playstore və ya  Appstore-dan yüklədikdən sonra qeydiyyatdan keçərək, müvafiq elektron müqaviləni imzalamaq lazımdır.

Eyni zamanda, “Azercell” "Paycell" xidməti çərçivəsində də yeniliklərə imza atıb.  Odur ki,  23 aprel tarixindən etibarən "Paycell" xidməti vasitəsilə istənilən Fakturasız Xətt  nömrənin balansına 0.2 AZN, 0.5 AZN və 1 AZN-dən əlavə, həm də 2 AZN və 5 AZN vəsaiti hədiyyə qismində yükləmək mümkündür. Yeni təklifdən yararlanmaq üçün SMS mətnində vəsaiti qəbul edən nömrəni qeyd edib,  2 AZN məbləğində köçürmələr üçün 2206 qısa nömrəsinə, 5 AZN üçün isə 2208 qısa nömrəsinə mesaj göndərmək kifayətdir.

Hazırda koronavirus pandemiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə “Azercell” "Mobil Ödəmə" və "Paycell" xidmətləri vasitəsilə icra edilən balans köçürmələri üçün  əlavə xidmət haqqı tətbiq etmir.

"Mobil ödəmə" xidməti haqqında ətraflı məlumatla BURAYA keçid edərək tanış ola bilərsiniz.

"Paycell" xidməti haqqında ətraflı məlumat üçün  BURAYA daxil olmağınız xahiş olunur.

 





06.05.2020    çap et  çap et