525.Az

Avrokubokların təxmini təqvimi açıqlandı


 

Avrokubokların təxmini təqvimi açıqlandı<b style="color:red"></b>

UEFA Avropanın aparıcı klublarının rəhbərləri ilə qeyri-rəsmi videokonfrans keçirib.

Apasport.az saytının məlumatına görə, tədbirdə koronavirus pandemiyası üzündən yarımçıq qalan avrokubok mövsümünün taleyi müzakirə olunub.

Yarışın avqustda bərpa olunmasını istəyən qurum oyunlar üçün təxmini təqvim tərtib edib.

Çempionlar Liqası
1/8 final – 7/8 avqust
1/4 final - 11/12 və 14/15 avqust
1/2 final – 18/19 və 21/22 avqust
Final – 29 avqust (İstanbul, Türkiyə)

Avropa Liqası
1/8 final – 2-3 və 6 avqust
1/4 final – 10 və 13 avqust
1/2 final – 17 və 20 avqust
Final – 26 və ya 27 avqust (Qdansk, Polşa)

 





06.05.2020    çap et  çap et