525.Az

“Şuşanın işğalı Ermənistanın hərbi təcavüzünün növbəti mərhələsidir”


 

“Şuşanın işğalı Ermənistanın hərbi təcavüzünün növbəti mərhələsidir”<b style="color:red"></b>

“Bugünkü iclasımız həm kədərli, həm də əlamətdar hadisələr ətrafında keçirilir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

O bildirib ki, bu gün Azərbaycanın mədəniyyət mərkəzi olan  Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 28 il ötür: “Şuşa şəhərinin işğalı Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi və yerli azərbaycanlıların ata-baba torpaqlarından qovub çıxarmaq üçün həyata keçirilən hərbi təcavüzün növbəti mərhələsini təşkil edib”.

 





08.05.2020    çap et  çap et