525.Az

Penitensiar Xidmətin əsgərinin özünü güllələməsi faktı ilə bağlı cinayət işi başlandı


 

Penitensiar Xidmətin əsgərinin özünü güllələməsi faktı ilə bağlı cinayət işi başlandı<b style="color:red"></b>

Penitensiar Xidmətin əsgərinin özünü güllələyərək intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev APA-ya açıqlamasında bildirib ki, prokurorluğa daxil olmuş sözügedən məlumat əsasında Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər hərəkətlər icra edilib: “Fakt üzrə Bakı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir”.

 

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.

***

Cəzaçəkmə müəssisəsində əsgər başından özünü güllələyib.

APA xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 15 saylı cəza çəkmə müəsissəsində baş verib. Penitensiar Xidmətin əsgəri, 2001-ci il təvəllüdlü Salmanov Polad Nağı oğlu özünü güllələyib. O, alnından güllə yarası alıb.

Yaralı 1 saylı şəhər xəstəxanasına aparılarkən yolda ölüb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında hadisəni təsdiqləyib. O bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır.

 





08.05.2020    çap et  çap et