525.Az

Demə ki, yadımdan çıxdın


 

Demə ki, yadımdan çıxdın<b style="color:red"></b>

(“Duyğularsilsiləsindən)

 

Yeniyetməydik biz Azərbaycan radiosundan tez-tez səslənən xanəndə Ramiz Hacıyevin səsinin vurğunlarıydıq. Hələ televiziyalar çox yayılmamışdı deyə, üstəlik şəkillərini görmədiyimiz üçün hərəmiz onu təxəyyülümüzdə bir cürə canlandırırdıq - gah bəstəboylu, arıq, gah uca qamətli, tosqun, gah qarabəniz, gah da kürən. Bircə səsini kimsənin səsiylə çalpaşıq salmazdıq. Günün müxtəlif saatlarında radiodan eşidən kimi bilərdik bu Ramiz Hacıyevin avazıdır. Sonra böyüdük, oxumaq, ali təhsil almaq adına Bakıya gəldik, hərəmiz bir peşənin ardınca düşüb getdik. Mən lap uşaqlıqdan jurnalist olmaq sevdasına düşmüşdüm, oldum da. Özümə söz vermişdim ki, uşaqkən, yeniyetməykən səslərini eşidib üzlərini görmədiyim, amma sənətlərinin sehrindən qurtula bilmədiyim ünlü sənət xadimləriylə mütləq görüşəcəm, onlar haqqında ürək sözlərimi aləmə bəyan edəcəyəm.
 
Özümçün bir siyahı tutdum, ürəyimcə olan sənət xadimlərinin adlarını sıraladım. Onların arasında əlbəttə onun da adı var idi - o illərin dillər əzbəri olanAy çiçəkmahnısının əvəzsiz ifaçısı olmuş Ramiz Hacıyevin. Zaman-zaman öz jurnalist fəaliyyətim boyu siyahımdakı o insanların çoxuyla görüşüb söhbətləşsəm , istər radio dalğalarında, istər mətbuat səhifələrində onlara məqalələr, oçerklər həsr etsəm elələri oldu ki, görüşməyimizə sadəcə əcəl mane oldu. Bəziləri oldu ki, çeşidli səbəblər üzündən onlarla görüşüm zamandan-zamana adladı. belə sənətkarlardan biri istedadlı Azərbaycan xanəndəsi Ramiz Hacıyev idi. ÖzününMirzə Hüseyn segahı”, “Dəştisi, “Ay çiçək”, “Şəhla gözlüm”, “Əziz dostmahnıları ilə adını Azərbaycan musiqisi tarixinə həkk eləmiş bu ustad sənətkarla da görüşüm çox-çox sonralar baş tutdu təəssüf ki, ömrünün son məqamlarında...

Mən, istər üzürlü, istərsə üzürsüz səbəblər ucbatından uzun illər görüşə bilmədiyim bu sənətkarı heç gözləmədiyim halda çox asanlıqla tapdım. Sadəcə telefon nömrəsini öyrənib evlərinə zəng vurdum dəstəyi özü götürüb, “eşidirəmdedi. Ürəyim yerinə gəldi. Axı, mənə elə onuneşidirəmdeməsi lazım idi. Uzun sözün qısası, vədələşdik, ertəsi gün Azərbaycan radiosunda, mənim otağımda görüşdük onunla uzun illər oxuduğu muğamlara, mahnılara heyranlıqla qulaq asdığım bu istedadlı xanəndənin indi suallarımı cavablandırarkən danışıq ləhcəsini, səs ahəngini dinləməli oldum.

Eyzən Xan Şuşinski, Yaqub Məmmədov kimi onun da danışıq səsi xanəndə səsiydi, sanki danışmır, eləcə oxuyurdu. Çox-çox illər öncə kimdənsə eşitmişdim ki, hər çıxışından qabaq möhkəm həyəcan keçirir, səhnəyə çıxanacan o dünyanı görüb gəlir. Ona görə studiyaya girməzdən öncə bir balaca sorğu-suala tutdum ki, qırımından xəbərdar olum, mikrofona hazırlıyam. “İmtahanımdanyaxşı çıxdı, inandım ki, “qəddarmikrofon önündə özünü yaxşı aparacaq. Beləcə, onu radio studiyasına dəvət etdim uzun illər istər mətbuatımızın, istərsə radio-televiziyalarımızın yada salmadığı bu gözəl səsli müğənni ilə bu gün sizlərə təqdim edəcəyim söhbətimiz baş tutdu. Amma hələ studiyaya qədəm qoymağa az qalmış dözməyib ilk sualımı verdim ona. Dedim ay Ramiz müəllim, nola sənin əlinə su tökməyə belə layiq olmayansənətçilərifəxri adlarla, titullarla mükafatlandıranlar səni bax, elə mənim təki tez, problemsiz tapaydılar. O siyahılarda niyə sənin adına bir cıqqan yer ayırmırlar? Qayıtdı ki, o mənlik deyil qadan alım, onlardan soruşun...

Sonra operator öz işini görüb qurtardı, rejissor pult arxasında yerini tutdu efir verilişi üçün nəzərdə tutulan müsahibəmizə start verildi. 2002-ci ilin yay ayları idi Ramiz Hacıyev səfər üstəydi...

 

- Ramiz müəllim, mənə elə gəlir uzun illər ərzində sizi unutmayan, efir yaddaşında qoruyub saxlayan bir ocaq varsa o da Azərbaycan radiosudur. Deməli doğma ocağa xoş gəlmisiz.

R.Hacıyev: - İntiqam müəllim, elə birinci gəlişmənizdən kövrəltdiz məni. Bəli, bu illər ərzində mənə ən etibarlı dost, arxa doğma radiomuz olub. Çox sağ olun.

- Qədim, qocaman bir sualla başlamaq istərdim söhbətimizə. Necə oldu ki, müğənnilik peşəsinin əsiri oldunuz. Hər səsi olan axı, bu sənətin qabağında duruş gətirə bilmir.

R.Hacıyev: - Mən gözümü açandan atamı xanəndə görmüşəm, evimizdə daim zümzümələr, xalq mahnıları, muğamlar eşitmişəm. Atam Veyis Hacıyev bir zamanlar Şirvan, mərkəzi aran bölgələrində adnan çağrılardı. Çox şirin boğazlı bir xanəndə idi. Məndəki üstün cəhətləri görüb hiss etmisinizsə ondan gəlmədir. Daha mənə musiqi məktəbi filan gərək deyildi, ilk dərslərimi atamdan alırdım. Ağdaş orta məktəbində oxuyanda artıq məni müğənni kimi tanıyırdılar. Tətil günləri atamın dəstəsinə qoşulub rayon toylarına gedər, səsimi onun səsinə qoşub  oxuyardım. Sonra səsim-sorağım Bakıya da gəlib çatdı. 14 yaşım olanda respublika olimpiadasına dəvət olundum. Orada 1-ci yeri tutdum. Yadımdadır o vaxt filarmoniyadakı konserti radio lentə alırdı. Orada oxuduğum mahnı efirdə səslənəndən sonra məni respublikada tanımağa başladılar.

- Azərbaycan mahnı ifaçılığında, xüsusilə muğamlarımızın təqdimatında xüsusi xidmətləriniz var. Bir sıra vokal nümunələrinə, təsniflərə, muğam dəsgahlarına, bəstəkar qoşqularına öz nəfəsinizin istiliyini, öz boyanızı, rənginizi vermisiz. Amma bir mahnı da var ki, onu sizsiz, sizi onsuz təsəvvür etmək olmur. “Ay çiçəkmahnısıdır bu. “Mən sənə üz tutub deyirəm yenə. Niyə ürkək-ürkək çevrildin mənəmisralarıyla başlayan gözəl bir bəstədir. Yəqin sizə məlumdur ki, bu mahnının maraqlı araya-ərsəyə gəlmə tarixçəsi var. Necə oldu ki, bu tarixçəyə siz imza atdınız?

R.Hacıyev: - Bunu məndən çoxları xəbər alır. Mahnının sözlərini P.Qoretski adlı bir rus şairi qələmə almışdı. Onun qələm dostu Nəbi Xəzri şeiri rus dilindən bizim dilə çevirmişdi. Ağdaşda bir incə ruhlu musiqiçi vardı - Xaləddin Xəlilov. Onun xoşuna gəlmişdi deyə götürüb həmin sözlərəAy çiçəkadlı mahnı bəstələmişdi. 1957-ci il idi, mən artıq A.Zeynallı adına musiqi məktəbində, Seyid Şuşinskinin sinfində oxuyurdum. Günlərin birində məni radioya çağırıb konsertdə vermək üçün bir mahnı oxumağımı xahiş elədilər. Mən Ay çiçəkmahnısını oxudum. O, bu, qaldı fondda. Onun tarixçəsinə gələndə isə deyim ki, həmin Qoretski Azərbaycana gələndə pambıqçıların işiylə tanış olmaq üçün Sabirabada gedir. Orda Çiçək adlı bir pambıqçı qızın həm gözəlliyi, həm zəhmətkeşliyi onu valeh edir, götürüb bu şeiri yazır. Sonra da dostu N.Xəzridən xahiş edir ki, şeiri tərcümə eləsin. Bax, belə gəlib dünyaya həmin mahnı.

- Mənim xatirimdədir, hardasa ötən əsrin 70-ci illərində həmin Qoretski bir daha respublikamıza gələndə onun haqqında bir televiziya verilişi hazırlamışdılar. Nəbi Xəzri ilə siz orda iştirak edirdiniz. Həmin verilişdə artıq yaşa dolmuş, saçlarına dən düşmüş Çiçək vardı. Çox təsirli bir ekran işiydi həmin veriliş bir onun ən şirin duyğusal məqamı orası oldu ki, sizAy çiçəkmahnısını oxudunuz deyəsən Qoretski uzun illərdən sonra ilk dəfə həmən mahnıya həyəcanla qulaq asdı. Çox təsirlənmişdi.

Oxuduğunuz bir sıra mahnılar var ki, onların yazılma tarixləriylə bağlı məlumatsız olsaq da sizin əvəzsiz ifalarınızla tarixə düşdükləri şəksizdir. Məsələn Habil ƏliyevinŞəhla gözlüm”, Ramiz MustafayevinAnam yadıma düşdü”, “Bu gün elə xoşbəxtəm ki sairə. Bu mahnılarınızla yadımdadır ki, 60-70-ci illərin mahnı ifaçılığında bir yeni, ilıq abu-hava yarada bilmişdiniz. Bunu istər bəstələnən mahnıların lirizmində, istər sizi yamsılamaq istəyənlərin baş tutan tutmayan cəhdlərində sezmək olardı.

R.Hacıyev: - O da bir axın idi. Bəli, xüsusən həmyerlim Habil Əliyev bəstələdiyiŞəhla gözlüm”, “Vəfa”, “Güləsən gərək”, “İlk məhəbbətmahnılarını ilk olaraq mənə verirdi, mən çoxusuSegahüstə olduğu üçün onları xüsusi şövqlə oxuyardım.

- Ötən əsrin 60- illərini xatırlayıram. Həmin dövrdə filarmoniyamızın qabağındakı afişalarda tez-tez adınıza rast gəlinərdi. İstər solo, istərsə digər sənətkarlarla konsertləriniz paytaxtımızda əsl toy-bayram kimi qarşılanardı. Mən özüm bunun dəfələrlə şahidi olmuşam. Biz gənclər ən çox da sizin adınızı tutub o konsertlərə bileti yerin-göyün altından əldə edərdik. Bax, o vaxt sənət kuluarlarında belə bir söz gəzirdi ki, adlı-sanlı müğənnilər arasında yeganə bir oxuyan var ki, hər dəfə səhnəyə çıxmazdan qabaq əsim-əsim əsir, az qala qorxusundan bağrı yarıla. Bu siz idiniz. Bizlər konsertin gedişi boyu haqqınızda yayılan bu söz-söhbət prizmasından sizi izlərdik, amma o qorxudan, o həyəcandan əsər-əlamət görməzdik. Bununla belə haqqınızda yayılan oşaiyələrsönüb-səngiməzdi. Nəydi bunun səbəbi, bəlkə bunun bir əsası olub?

R.Hacıyev: - Buna bənzər bir sualı, o zaman radioda Tələt Şahverdiyev vardı, o da verdi mənə. Dedi Ramiz, sən hər dəfə səhnəyə çıxanda elə bil imtahana gedirsən, heç özündə olmursan. İstədim cavab verəm Xan əmi söhbətə qoşuldu. Dedi, Tələt, imtahan nədir ki, asan işdi. Mən 40 ildən çoxdu bu sənətdəyəm, bu gün səhnəyə çıxanda qılçalarım əsir, ürəyim sözümə baxmır. Sənətkar oxuduğunun üstündə öz balası kimi əsmirsə ondan sənətkar olmaz. Məsuliyyət, məsuliyyət, yenə məsuliyyət.

- Elə görünür həmin məsuliyyət hissidir ki, sizi sonralar səhnəyə çox uzun fasilələrlə çıxmağa, ifaçılar cərgəsindən kənarda qalmağa sövq etdi. Hər halda uzun illər sizi tez-tez görməyə, dinləməyə vərdiş etmiş pərəstişkarlarınızı zamandır ki, məyus qoymusunuz. 60-70-ci illərin Ramiz Hacıyevi bu günlərimizdə əvvəlki vüsəti, möhtəşəmliyi ilə görəmmirik. Olmaya səsinizlə bağlı problemlər  ortaya çıxıb?

R.Hacıyev: - İntiqam müəllim, bu taleh yüklü sualınıza görə sizə dərin minnətdarlığımı bildirirəm. Amma inanın, səsim yenə 60-, 70-ci illərdəki səsdir, yerindədir, hələ bir az da müdrikləşib. Axı, özüm bu ötən illərdə dünyanın isti-soyuğundan, yaxşı-yamanından keçmişəm. deyirəm ki, dəvət eləsinlər oxuyum, görsünlər ki, Ramiz elə həminki Ramizdi. Pis olsam qovsunlar qapılarından. Çağırmırlar, axtarmırlar axı. Mən ki, əvvəldən dərsimi belə almışam - əvvəlcə atam Veyis kişidən, sonra da böyük Seyid Şuşinskidən. Onların sözüdür: dəvət olunmadığın yerə gəlib özünü yüngüsaqqal eləmə. Bu yaxınlarda məni İran İslam Respublikasının Tehran şəhərinə bir musiqi məclisinə dəvət eləmişdlər. Orada məni tanıyan, səsimi yaddaşlarında saxlayan çoxlu sənət adamları vardı. Mən oxudum, onlar heyrətə gəldilər, dedilər 30-40 il bundan qabaqkı boğazdı, sönüb, səngiyib.

- Azərbaycan radiosunun səslər xəzinəsində gənclik illərinizin lent yazıları qorunur. Bəs yaşınız, sinninizin bu çağlarının lent yazılarını zaman dinləyəcəyik, bu barədə fikirləşirsiz?

R.Hacıyev: - Əlbəttə, çoxlu mahnılar hazırlamışam, yaxın illərdə onların hamısını lentə aldırmaq fikrim var. Lap bu yaxınlarda 7 mahnı təsnifimi radiomuzun musiqi redaksiyasına bağışlamışam, yəqin yaxın vaxtlarda dinləyicilərə çatdıracaqlar. Yeri gəlmişkən, mən bura, sizinlə görüşə gələndə özümlə təzəcə, bu yaşımda lentə yazdırdığım bir mahnı da gətirmişəm. Qulu ƏsgərovunƏziz dostmahnısıdır bu. Mən onu gənclik illərində bir dəfə lentə yazdırmışam, bu gün radio fonotekasında qorunur. İndi siz bunları tutuşdursanız, səsimin yerində olub-olmadığını hiss edərsiz”.

Bəli, o söhbətimizin efir variantında Ramiz müəllimin pencəyinin qoltuğundan çıxarıb mənə verdiyiƏziz dostmahnısını verilişin sonunda səsləndirdim doğrudan da əsl sənətkar səriştəsinin, ecazkar, dəyişməz, yaşından asılı olmayaraq hər zaman yerində olan SƏS-in demək olduğunu bir daha izlədik. Mən , çoxsaylı radio dinləyicilərimiz . Veriliş efirə gedəndən az sonra redaksiyamıza xeyli təşəkkür məktubları daxil oldu. Qonşu İrandan, Türkiyədən . Çünki ünlü bir sənət xadimini, zəhməti, xidmətləri müqabilində həqiqi dəyərini qazanmamış, hansısa məmurun səhlənkarlığı üzündən fəxri adlardan məhrum olmuş əsl istedadı yad eləyib ona efir vaxtı ayırmış, ürək sözlərini dinləmişdik. Maraqlıdır ki, həmin vaxtlarda ölkə prezidentinin sərəncamı ilə çoxsaylı sənət xadimlərinə, o cümlədən Ramiz Hacıyevlə eyni vaxtda səhnəyə çıxmış, hətta ondan çox-çox sonralar sənətə gəlmiş gənclərə belə səxavətlə fəxri adlar verilmişdi. Ramiz müəllimdən prezidentimizin bu humanist addımına münasibətini soruşduqda o ürək açıqlığı ilə bütün sənətçi dostlarını təbrik elədi, ölkə başçısına şükranlarını çatdırdı. təvazökarlıqla söylədi ki, görünür o siyahı tərtib edənlər yeni gələn nəslin nümayəndələri olub, ona görə məni tanımayıblar. Neylək, gələn dəfə prezidentə adımı təqdim eləsələr yəqin mənə fəxri ad verirlər. İnanıram.!”

Axtarışadlı o veriliş efirdə səslənəndən sonra mənə olan çoxsaylı telefon zəngləri arasında biri var idi - Ramiz Hacıyevin zəngi. Bir az ehtizazlı, bir az titrək, bir az da kövrək səsiylə təşəkkürünü bildirir, mənə bir hörməti keçmədiyinə görə özünü danlayırdı. Sonra da dedi ki, bu yaxınlarda İrana gedəcəyəm, məni bir toyu aparmağa dəvət eləyiblər, ordan gələndə sənə bir iran hədiyyəsi gətirəcəm. Aradan bir neçə ay keçdi. Açığı bilmədim Ramiz Hacıyevin İran səfəri baş tutdu  ya yox. “İran hədiyyəsini gətirib gətirmədiyindən xəbərim olmadı. Amma günlərin bir günündə səsi daim yerində olan, ömrün ahıl çağında beləƏziz dostu gənclik illərindəkindən gözəl, duyğulu oxuyan xalqımızın artisti, xanəndə Ramiz Hacıyevin qəfil vəfatı xəbərini alanda sarsıldım onun xalqımız üçün yadigar qoyub getdiyi qiymətli sənət hədiyyələri barədə - oxuduğu misilsizSegahdəsgahları, heç bir müğənninin ondan sonra cəsarət edib oxumadığıAy çiçək”, “Anam yadıma düşdü”, “Əziz dost”, “Şəhla gözlüm”, “Vəfamahnıları kimi sənət inciləri barədə bir daha, davamlı olaraq düşündüm günü bu gün düşünməkdəyəm. Xalqımıza da, elə mənim özümə bunlardan qiymətli hədiyyə ola bilər ki! O gözəl, əbədi dünyanda rahat uyu, qardaşım. Demə ki, yadımızdan çıxmısan.


5
sentyabr 2012

 





14.10.2012    çap et  çap et