525.Az

Polislərdən nümunəvi addım - Foto


 

Polislərdən nümunəvi addım - <b style="color:red">Foto</b>

Ölkədə vətəndaşların sağlamlığı baxımından görülən tədbirlər sırasında Azərbaycan polisinin də özünəməxsus rolu var.

Onlar həm qanun keşiyində dayanır, həm də Nazirlər Kabinetinin qəbul etdiyi qərarların, yəni "evdəqal-sağlam ol” tələblərinin yerinə yetirilməsini təmin edirlər. Bütövlükdə polislərimiz öz sağlamlıqlarını təhlükə qarşısında qoysalar da, hər gün iş başındadırlar.

Bu gün onlar daha bir xoşməramlı təşəbbüslə çıxış etdilər. Suraxanı Polis İdarəsinin əməkdaşları rayonun Yeni Günəşli və digər ərazilərində sakinlərə 1500 ədəddən artıq qoruyucu maskalar paylayıblar. Bununla da onlar həm insanlara öz xoş münasibətlərini bildirib, həm də maarifləndirmə işi aparıblar. Bu da o deməkdir ki, ehtiyac olmasa, zərurət yaranmasa, izinsiz evdən çıxmayın. Evdə qalın ki, sağlam olasınız.





 





08.05.2020    çap et  çap et