525.Az

Yaponiya astronomlarına görə Ryuqu asteroidinin orbiti Günəşdən uzaqlaşır


 

Yaponiya astronomlarına görə Ryuqu asteroidinin orbiti Günəşdən uzaqlaşır<b style="color:red"></b>

Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyinin (JAXA) yaydığı məlumata görə Ryuqu asteroidi uzaq gələcəkdə Günəş ilə Merkuri arasındakı orbitə yerləşə bilər. Bu mövqe onun Yer ilə Mars arasındakı indiki orbitindən fərqlənir.

AZƏRTAC xəbər verir ki, JAXA bu barədə “Hayabusa-2” kosmik zondundan alınmış fotoları təhlil etdikdən sonra məlumat yayıb.

Agentliyin məlumatına əsasən, Ryuqu asteroidinin qum və qayadan ibarət səthi 600 dərəcə Selsidən yüksək temperatur nəticəsində qızarıb. Bu temperatur asteroidin indiki orbitində Günəşə maksimum yaxınlaşma zamanı belə mümkün deyil.

Bildirilir ki, Ryuqu asteroidindəki yeni kraterdə olan qum və qaya növü yüksək temperaturun təzyiqinə məruz qalmadığına görə mavi rəngdədir. Bu, kosmik cismin qismən yaxın keçmişdə Günəşdən aralandığını deməyə əsas verir.

Tədqiqatın nəticəsi təsdiq edir ki, 300 min ildən 8 milyon ilədək olan dövrdə Ryuqu asteroidi Günəşdən indiki orbitinin üçdə birindən beşdə birinədək olan məsafədə yerləşib.

 





09.05.2020    çap et  çap et