525.Az

"Maqomayevin abidəsinin Dənizkənarı Milli Parkda qoyulması versiyası da var"


 

"Maqomayevin abidəsinin Dənizkənarı Milli Parkda qoyulması versiyası da var"<b style="color:red"></b>

"Müslim Maqomayevin heykəlinin ucaldılması ilə bağlı Cənab Prezidentin fərmanı var, bu sahədə işlər aparılır".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O, bildirib ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bir sıra nailiyyətlər əldə edib: "Müslüm Maqomayevin heykəlinin hazırlanması ilə bağlı işlər görülür".

E.Əzizov Müslim Maqamayevin heykəlinin ucaldılacağı yerlə bağlı məsələyə də münasibət bildirib: "Abidənin Dənizkənarı Milli Parkda qoyulması versiyası da var. Bu məsələyə görkəmli ziyalar və mütəxəssislərin iştirakı ilə baxılır.  Nəticə əldə olunandan sonra ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, Xalq rəssamı Ömər Eldarov APA-ya açıqlamasında M.Maqomayevin heykəlinin Dənizkənarı Milli Parkda ucaldılacağını demişdi.

 





10.05.2020    çap et  çap et